XV–XVIII əsrlər Azərbaycan fəlsəfəsinin xüsusiyyətləri. XV– XVIII əsrdə
Azərbaycan tarixinin ən mürəkkəb dövrüdür. Teymur imperiyasının süqutu, Səfəvi-
lərin hakimiyyətə gəlməsi, ardı– arası kəsilməyən müharibələr, dağıntılar, iqtisadi
böhranlar heç də mədəniyyət, elm və fəlsəfənin inkişafının qarşısını kəsə bilməmiş-
di. Sufilik, hürufilik və s. cərəyanlar inkişaf edib yayılırdı. Bu dövrdə islam ideolo-
giyası hakim ideologiya kimi özünü tam şəkildə təsdiq edirsə də, müxtəlif ideyalar
da münbit zəmin əldə edən kimi inkişaf edirdilər. İslama qarşı çıxan bidətçilik və
mötədillik ideyaları geniş yayılmışdır. Bu dövrdə hürufilik, xəlvətilik təriqətləri su-
fizm zəminində yaranıb inkişaf etmişdir. Həmin dövr müxtəlif ideoloji cərəyanlar
və təlimlər arasında gərginləşən ziddiyyətlərin həll edilməsi onlara yaxınlaşma pro-
sesini gücləndirir, ideologiyada sinkretizm yaradırdı. XV– XVI əsrlərdə sufilik, iş-
raqilik, kəlam, peripatetizm cərəyanlarından, demək olar ki, heç biri əvvəlki əsrlər-
də malik olduğu məzmunu xalis şəkildə saxlamamışdı. Z.Məmmədovun fikrincə,
həmin dövrdə universal yaradıcılıq yoluna qədəm qoymuş filosof və mütəfəkkirlə-
rin elmin bütün sahələrinə aid yazdıqları müxtəlif mövzulu əsərlər tədqiqatdan daha
çox təbliğat səciyyəsi daşıyırdı. Burada, ilk növbədə, sanki mövcud elmləri yaşat-
maq, onu daha anlaşıqlı, dövrün tələbinə uyğun şəkildə yeni nəslə çatdırmaq məq-
sədi güdülürdü.
XV əsrdən başlayaraq bu filosofların əksəriyyətinin yaradıcılığında
şərhçilik daha geniş yer tuturdu.
XV əsrdən etibarən Azərbaycanda yayılan təriqətlərindən biri də mötədil sufi
baxışlarını təmsil edən xəlvətilik olmuşdur.
Xəlvətilik öz adını ərəb sözü olan "xəlvət"dən götürüb.
Xəlvət - insanların
görmədiyi, gizlin, yalnız qala biləcəyin yerdir. Xəlvətə çəkilmək, Yaradanla baş-
başa qalmaq İslamdan öncə də mövcud olmuşdur. Hələ Məhəmməd peyğəmbərin
gənc yaşlarında Hira mağarasına – xəlvətə çəkilərək saatlarla, bəzən günlərlə Tan-
rını düşünməsi haqqında qaynaqlar var. Ünlü İslam filosofu və sufisi Muhyiddin
ibn Ərəbi (1165-1245) xəlvətə çəkilməyi belə izah edir: