Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


mötəzililik, ismaililik, sufilik



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə128/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   307
333 felsefe muhazireler toplusu eyani

mötəzililik, ismaililik, sufilik
və s. cərəyanlar üçün səciy-
yəvi olmuşdur. Quranda və çoxsaylı İslam ideoloji cərəyanlarında əsas problem 
Xaliq (Allah) və məxluq münasibətidir. Bu münasibətin şərhindən asılı olaraq müx-
təlif təlimlərin fəlsəfi baxımdan idealist, monoteist, dualist, panteist və ya materia-
list təmayülü müəyyən edilirdi. Qeyri-ortodoksal cərəyanlar Allahın Quranda həqi-
qət kimi təqdimini, onun canlı olması, vəchi haqqında, insanın Allaha qayıtması və 
Onunla görüşməsi, astral hadisələrə, idraka münasibət, İlahi nur, təqdir, cəza, Allah 
qorxusu, maddi nemətlərə münasibət və s. məsələləri ehtiva edən surələrin ezoterik 
şərhini verir, bir sıra hallarda məntiq və dövrün elmi və fəlsəfi fikrinə müvafiq, or-
todoksal yönümdən fərqli, panteistik vəhdət əl-vücud fəlsəfəsini yayır və nəticədə, 
Azərbaycanda İslam bölgəsi mənəvi-mədəni məkanının ziddiyyətlərlə dolu ideolo-
giyasını inkişaf etdirirdilər. 
VII–VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf etməsi ilə əlaqədar olaraq. islamın 
fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vəzifəsinə çevrilir. Buna baxmayaraq, həmin 
vəzifənin icrası prosesində fikir ayrılıqları da baş verirdi. 


142
Göstərilən dövrdə Azərbaycanda ortodoksal fəqihlərdən Əhməd ibn Harun 
Bərdici, Məkki ibn Əhməd Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur 
idilər. Rasionalizmi və azadfikirliliyi ilə səciyyələnən mötəzili cərəyanının Azər-
baycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçı-
lar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bərdəi, 
Əbusəid Əhməd Bərdəi və b. idi. Bu dövrdə İslam mədəni bölgəsində Şərq və qə-
dim yunan fəlsəfəsinə, xüsusən neoplatonizmə əsaslanaraq idealizmlə panteizmi 
özündə birləşdirən özünəməxsus 
batinilik
fəlsəfəsi mövcud idi. Bu fəlsəfi təlimi 
Azərbaycan filosoflarından batinizmin missionerləri Əbü-l-Qasim Əli ibn Cəfər və 
b. yayırdılar. VIII–X əsrlərdə İslam bölgəsində, o cümlədən Azərbaycanda daxilən 
ziddiyyətli, lakin əksər hallarda fəlsəfi dünyagörüşündə panteizm, sosial baxışların-
da demokratizm, etik görüşlərində humanizm və varlığa dialektik yanaşma ilə fərq-
lənən mistik ismaililik və sufilik sosio-mədəni cərəyanları ilk inkişaf dövrlərini ke-
çirirdilər. Sufiliyin fəlsəfi dünyagörüşünün əsasında fəlsəfi kateqoriya kimi eşq, is-
maililiyin əsasında isə real və irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini bu 
dövrdə Əbü-l Fərəc Əbü-l Vahid Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn 
Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil edirdi. Orta əsr mənbələrində 
ideya kökləri qədim Şərq və yunan fəlsəfəsinə aparan ismaililiyin İslamı inkar edə-
rək zərdüştiliyin bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda ya-
yılması haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və b. məlumat verirlər. Mən-
bələrə görə ismaililik fəlsəfəsi təbiət elmlərinin nailiyyətləri və “İxvan əs-Səfa” en-
siklopediyasının yaranması ilə bağlıdır. Bu ensiklopediyanın ideoloqu azərbaycanlı 
alim və filosof Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi. 
Şamanizm, zərdüştilik, qədim yunan, xristian və İslam mədəni bölgələrinin fəl-
səfi ənənələrini özündə sintezləşdirərək inkişaf etdirən VII-X əsrlər Azərbaycan 
fəlsəfəsi XI–XIII əsrlərdə həm Azərbaycan mədəniyyətinin İntibahına, həm də bü-
tövlükdə İslam bölgəsi mənəvi mədəniyyətinin, o cümlədən fəlsəfəsinin İntibahına 
zəmin yaradan qaynaqlardan olmuş və sonrakı dövrlərdə bu mədəniyyətlərin fəal 
üzvi hissəsi kimi tanınmaqda davam etmişdir. Digər tərəfdən, XI–XII əsrlərdə ölkə-
nin iqtisadi (feodal münasibətlərin inkişafı, pul rentasının yayılması, iqtisadi cəhət-
dən yüksək inkişaf etmiş iri şəhərlərin mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar, 
Şəddadilər, Rəvvadilər dövlətlərinin yaranması, Ön Asiya və Şərqin digər bölgələri 
ilə müxtəlif növ əlaqələr), sosial (daxili və xarici sosial zülmə qarşı arasıkəsilməz 
mübarizə, Beyləqanda 1110-cu ildə xalq hakimiyyətinin yaranması) və mənəvi-mə-
dəni (ərəb və fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi dil kimi qəbulu) sahələ-
rində vəziyyət və onun unikal mənəvi-mədəni 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin