Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 2. Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikrin inkişafı



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə127/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 2. Orta əsrlərdə Azərbaycanda fəlsəfi fikrin inkişafı 
Azərbaycan fəlsəfi fikrinin inkişafında orta əsrlər özünəməxsus mərhələ ol-
muşdur. VII-X əsrlərdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış, ölkədə 
fəlsəfənin sonrakı inkişafı xristian və İslam mədəniyyətləri məcrasında davam et-
mişdir. Eramızın I əsrindən Şimali Azərbaycanda (Albaniyada) mövcud olan xristi-
anlığın artıq IV əsrdə dövlət dini elan edilməsilə Azərbaycanın mənəvi həyatı və 
fəlsəfəsi yunan-Roma mədəni-mənəvi arealı və bilavasitə Qüdslə bağlanır. Alban 
fəlsəfəsi haqqında müəyyən məlumatı Musa Kalankatuklunun “Albanların tarixi” 


141
əsəri verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi və dualizm təmayüllü 
çoxsaylı bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin olması, onların 
Albaniyanın baş kilsəsi tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və “filosofla-
rın şöhrəti” kimi tanınan yepiskop Karin Teodorosun erməni katolikosu Eliya tərə-
findən təqibi, Nerses Bakurun zəngin kitabxanasının çayda batırılması və onun xə-
lifə Əbdülməlikin əmri ilə edama məhkum edilməsi haqqında məlumat verilir. Hə-
min mənbədə alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ortodoksal xristian-
lıqdan fərqli, hikməti tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası haq-
qında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli 
Petros (VI əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos 
Davidin “Fəlsəfənin tərifi” və Porfirinin “Giriş” əsərlərinə yazdığı şərhlərlə tanınır. 
Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni kato-
likosatının təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batı-
rılması, yandırılması) faktı hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan 
və Qüdsün monastır kitabxanalarında axtarılmasına əsas verir. 
Folklor və orta əsr yazılı abidələri həmin dövrdə Azərbaycanda türkdilli etno-
sun bütpərəstliklə yanaşı, şamanlığa və vahid Göy Tanrıya inamı haqqında məlu-
matlar verir. Qədim və erkən orta əsr Azərbaycan türklərinin sosial-mədəni həyatı 
və xüsusən dili, dini, əxlaqi norma və dəyərləri haqqında nisbətən geniş, obyektiv 
təsəvvür yaradan abidə və əsasən Azərbaycan reallığını əks edən türk xalqlarının 
müştərək eposu “Kitabi-Dədə Qorqud”dur. 
VII-X əsrlərdə Azərbaycana İslam dininin gəlməsi və möhkəmlənməsi, və öl-
kənin İslam mədəni bölgəsinə fəal daxil olması Azərbaycan fəlsəfi fikrinin bu 
dövrdə inkişafının islam dini ilə çoxçalarlı əlaqələrinə imkan yaratdı. Zaman keç-
dikcə, ölkəyə Quranın zahiri və batini şərhinə əsaslanan İslam mədəni bölgəsinin 
çoxsaylı ideoloji cərəyanları da daxil olur və burada Azərbaycan mütəfəkkirlərinin 
simasında öz yerli təmsilçilərini tapırlar. Müxtəlif cərəyanların nümayəndələri nə-
zəri-fəlsəfi mövqelərini Quran ayələri ilə əsaslandırmağa cəhd göstərirdilər. Bu 
meyl regionda yayılmış 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin