Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə122/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   307
333 felsefe muhazireler toplusu eyani

məzdəkilik
dini-təriqəti meydana çıxır. Xey-
rin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ edən məzdəkilik Odu Hörmü-
zün yerdə təzahürü hesab edir, oda sitayişi geniş yayırdı. Zərdüştlükdən fərqli ola-
raq, məzdəkilik ölünün dəfn edilməsinə icazə verir, Zərdüştün bir peyğəmbər kimi 
Hörmüzlə hökmdarlar arasında vasitəçi olması ideyasına qarşı çıxırdı. Günəş allah-
larına etiqadı qəbul etməklə məzdəkilik bütpərəstliyə də yol verirdi. 
Avesta
(Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. 
Vendidad (Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə yö-
nəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etmə") ibadət və qurban vermə məra-
simi zamanı oxunan ayrı-ayrı qanunlar və Vispered (və ya Visprat -"hakimlərin ha-
kimi", "Allahların hamısı") dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Bi-
rinci iki kitabda toplanılmış dini mərasimləri əks etdirən mətnlər (yaştlar - himnlər) 
Avestanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış, 
irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu Zərdüştün lirikası 


136
(qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir. 
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüv-
vələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu müba-
rizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, 
ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz 
(Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-Manyuya) üzərində qələbə 
çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və monoteist 
müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlə-
dən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli 
güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini 
elan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hör-
müz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatın ye-
ganə yaradıcısı, vahid Allah sayılmışdır. 
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. 
Burada Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının 
əsas triadası ön plana çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xe-
yirxah sözlə və xeyirxah əməllə xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tə-
rif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikir-
dən, bəd sözdən və bəd əməldən əl çəkirəm". 
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır". Avestada başqa 
himnlər də mənəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, mə-
cusilikdə bütün söhbət işığın qaranlığa çulğalaşması səbəbini və işığın qaranlıqdan 
xilasolma səbəbini izah etmək qaydaları ətrafında gedir, çünki bir-birinə zidd iki 
əsas - işıq ilə qaranlıq dünyadakı mövcud şeylərin mənbəyidir. Din və fəlsəfə tarix-
çisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər o ikisinin (işiq və qaranlığın) 
qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana çıxmışdır. Xeyir 
və şər, mürvət və əskiklik, paklıq və xəbislik işıq və qaranlığın qatılığından törən-
mişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir-birinə müqavimət 
göstərir, mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib gəlir". 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin