Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə118/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
 
§ 4. Marksizm fəlsəfəsinin mahiyyəti 
Marksizm fəlsəfəsinin yaranması XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bu 
fəlsəfənin meydana gəlməsi bütün keçmiş tarixi inkişafın qanunauyğun nəticəsidir. 
Onun yaranması bir sıra sosial-iqtisadi və mənəvi amillərlə bağlı olmuşdur. Burada 
bir tərəfdən təbiətşünaslığın nailiyyətləri, digər tərəfdən fəlsəfi fikrin inkişafı - He-
gelin dialektikası və Feyerbaxın materializmi böyük rol oynamışdır.
Təbii –elmi və nəzəri ilkin şərtlər olmadan heç bir yeni təlim meydana çıxa bil-
məz. Marksizm fəlsəfəsinin də formalaşmasında gəlməsində XIX əsrin axırlarında-
kı 3 böyük elmi kəşf xüsusi rol oynamışdır. XIX əsrin ortalarında təbiətşünaslığın 
inkişafı nəticəsində hüceyrənin kəşfi (M.Y.Leyden və T.Şvan), Darvinin təkamül 


129
nəzəriyyəsi, enerjinin itməməsi və çevrilməsi qanunu (M.V.Lomo-nosov və Y.Ma-
yer) və cəmiyyətə baxışlarda yeni iqtisadi və sosial- mənəvi təlimlərin meydana 
çıxması marksizm təliminin formalaşmasında təbii- elmi ilkin əsaslar oldu və onun 
inkişafına təkan verdi. 
Şübhəsiz ki, marksizm fəlsəfəsi birdən-birə yaranmamışdır. Onun yaradıcıları 
K.Marks və F.Engels mürəkkəb ideya və siyasi inkişaf yolu keçmişlər. Öz yaradıcı-
lıqlarının başlanğıc mərhələsində onlar idealist olmuşlar. Onların ictimai-siyasi ba-
xışları isə inqilabi xarakter daşımışdır. Marks özünün "Demokritin naturfəlsəfəsi və 
Epikürün naturfəlsəfəsi arasındakı fərq" mövzusundakı doktorluq dissertasiyasını 
(1841) idealizm mövqeyindən yazmışdı. Bu əsərində o göstərirdi ki, "idealizm fan-
taziya deyil, həqiqətdir". 1842-ci ildə "Reyn" qəzetində çalışan zaman Marksın və 
Engelsin dünyagörüşündə idealizmdən materializmə, inqilabi-demokratizmdən 
kommunizm ideyalarına keçid başlandı. 1843-1844-cü illərdə Marksın materializm 
mövqeyinə keçməsi başa çatdırıldı. Marksla Engels həm də tarixin materialist anla-
yışını
yaratmağa başladılar. Onların ilk görüşü 1842-ci ilin noyabr
ayında Reyn qə-
zetində, 1844-cü ildə isə Parisdə oldu. O zamandan e"tibarən onların arasında möh-
kəm dostluq yarandı. Onlar
birlikdə dialektik materializm, siyasi iqtisad və sosia-
lizm nəzəriyyəsini yaratmağa başladılar. Marksizm fəlsəfəsinin sonrakı şərhi "Mü-
qəddəs ailə" və "Alman ideologiyası" əsərlərində verildi. Bu əsərlər Marks və En-
gels tərəfindən birlikdə yazılmışdır. Fəlsəfənin sonrakı inkişafını K. Marks özünün 
"Fəlsəfənin yoxsulluğu" əsərində davam etdirdi. 
Marksizm fəlsəfəsinin sonrakı inkişafı və müdafiəsi Q.V.Plexanov və V.İ.Leni-
nin adları ilə bağlıdır. Onlar bir sıra əsərlərində marksizm- leninzm fəlsəfəsini inkişaf 
etdirmişlər. Bu fəlsəfi konsepsiyanın fərqləndirici xüsusiyyəti odur ki, K.Marks, 
F.Engels və V.İ.Lenin cəmiyyətə baxışları, onlar ictimai nəzəriyyələri utopiyadan xi-
las edib, real zəmin üzərində qurdular, cəmiyyətin inkişaf qanunauyğunluqlarını və 
onların aparıcı amil kimi maddi iqtisadi əsaslarını öyrənib aşkar etdilər. 
- onlar tarixi prosesin subyekti kimi fəlsəfədə insan problemini, onun sosial 
mahiyyəti ideyası, praktika haqqında təlimi əsaslandırdılar. Praktika insan fəaliyyə-
tinin əsasıdır, səbəbidir. Praktika ictimai fəaliyyətdir, əmək prosesidir. Marksizmə 
görə “praktika həqiqətin, fəaliyyətin əsası və meyarıdır”; 
- onlar ictimai şüurun ictimai varlıqdan asılılığı ideyasını verməklə müəyyən 
etdilər ki, ən yaxşı ideya və konsepsiyaların dəyişməsinin mənbəyi və səbəbi real 
həyatdır, ictimai varlıqdır; 
- onlar tarixin yeni konsepsiyasını, cəmiyyət inkişafının ictimai- iqtisadi forma-
siyalar haqqında, təlimi, onların bir-birini əvəz etməsindən ibarət olan mərhələli tə-
rəqqi yolunu və strukturunu müəyyən etdilər, siyasi, sosial, sinfi və s. münasibətlərin 
əsasında maddi istehsal münasibətlərinin durması ideyasını işləyib hazırladılar; 
- onlar şəxsiyyətin azadlığı məsələsini işləyərək onun tarixi zərurət və qanuna-
uyğunluğun dərk olunması, insanın inkişafı ilə əlaqələndirdilər. Onların fikrincə 
fərdin azadlığı o zaman mümkündür ki, hər cür sosial məhdudluq (istismar, bəra-
bərsizlik, ədalətsizlik və i. ax.) məhv edilib aradan qaldırıla bilsin; 
- onlar inkişaf haqqında dialektik müddəaları materializmlə birləşdirərək, hə-


130
min ideyaları cəmiyyətin öyrənilməsinə tətbiq etdilər: bunun əsasında tarixin dia-
lektik materialist anlayışını kəşf etdilər, maddi və mənəvi münasibətlərin qarşılıqlı 
nisbətini, maddi-istehsal münasibətlərinin aparıcı rolunu, ictimai varlığın ictimai 
şüuru müəyyən etməsini əsaslandırdılar;
- onlar cəmiyyət haqqında baxışların seyrçi xarakterini, aradan qaldırdılar, 
dünyanı dəyişdirmək haqqında inqilabi təlim yaratdılar. K.Marks yazırdı ki, filo-
soflar dünyanı ancaq müxtəlif şəkildə “izah etmişlər, mətləb isə onu dəyişdirmək-
dən ibarətdir”; 
- onlar gerçəkliyin dərk olunmasının dialektik metodunu işləyib hazırladılar, 
materialist dialektikanın müddəalarını müəyyən etdilər, özlərinin dedikləri kimi, 
əvvəllər “başı aşağı” olan dialektikanı ayaq üstə qaldırdılar, dialektikaya ən ümumi 
əlaqə və inkişaf haqqında təlim kimi baxdılar; 
- onlar təbiətşünaslığın nailiyyətləri və inqilabi təcrübə əsasında varlıq, materi-
ya, şüur, hərəkət, məkan, zaman, insan, idrak, həqiqət, ictimai münasibətlər, ictimai 
varlıq, ictimai şüur, qanun, kateqoriya və s. kimi fəlsəfə anlayışları dialektik- mate-
rialist mövqedən dəqiqləşdirilmiş izah olunmuş və yeni fəlsəfi müddəalarla zəngin-
ləşdirmişlər. 
Söz yoxdur ki, marksizm fəlsəfəsi bəşəriyyətin fəlsəfi fikir tarixində xüsusi bir 
mərhələdir. Lakin bu fəlsəfəyə kommunist rejimi dövründə olan münasibət dəyişi-
lib. Onun meydana gəlməsinin "bəşəriyyətin fikir tarixində əsl inqilab", "yeganə 
həqiqi təlim", "ən mütərəqqi ideologiya" kimi qiymətləndirilməsi yanlış hesab edi-
lir. Fəlsəfə tarixinin inkişafında dialektik və tarixi materializmin rolu düzgün işıq-
landırılmalı, onun doqmatik ideyalarının geniş tənqidi verilməlidir. Marksizmin nə-
zəri müddəaları deformasiyaya uğradı, həyatda özünü doğrultmadı. Marks və En-
gels Hegelin səhvini təkrar etmiş, dialektikanın tələblərinə zidd olaraq öz fəlsəfi 
sistemlərinə bəşəriyyətin fəlsəfi fikrinin son zirvəsi, kommunizmi isə ən təkmil ic-
timai quruluş elan etmişlər. Odur ki, müasir gənclərin dünyagörüşünün formalaşdı-
rılmasında o, artıq öz əhəmiyyətini itirmişdir. Bununla birlikdə, onu tarixdən silib 
atmaq düzgün olmaz. Fəlsəfi fikir tarixində onun yeri və rolu düzgün müəyyənləş-
dirilməlidir. 
Marksist-leninçi fəlsəfi konsepsiyanın bir sıra nəzəri müddəaları özünü doğ-
rultmamış, ziddiyyətli xarakter daşımışdır: Məs. sosializm quruculuğunun ümumi 
qanunauyğunluqları haqqında, “inqilabın ixracına” qarşı, ayrıllıqda götürülmüş bir 
ölkədə sosialist inqilabının qələbəsinə dair, “imperializmin sosialist inqilabının ərə-
fəsi olması”, “çürüməkdə olan kapitalizm olması” və s. 
Sosializm quruculuğu illərində bu təlimin “zənginləşdirilməsi” məqsədilə ona 
əlavə edilmiş ideyalar onu kütlələrin nəzərindən salmışdır. Butaya “mədəni inqi-
lab”, “ümumxalq mülkiyyəti”, “milli münasibətlərin inkişaf qanunauyğunluğu”, 
“vahid milli yekcinsliyə doğru inkişaf”, “sovet xalqının formalaşması”, “vicdan 
azadlığı”, “millətlərin öz müqəddəratını təyin etməsi” və s. kimi özünü doğrultma-
yan “yeni, sosialst nəzəri müddəaları” göstərmək olar. Məs. İ.Stalinin təkidilə 
marksizm təliminə sinfi mübarizə haqqında belə bir müddəa əlavə edilmişdir. “So-
sializm inkişaf etdikcə sinfi mübarizə güclənir”. Həmin müddəaya əsasən ölkədə 


131
milyonlarla adamın qanı axıdılmış, qolçomaqlar və sosializmə zərərli olan ictimai 
qruplar və təbəqələr bir sinif kimi ləğv edilmiş, görkəmli adamlar “xalq düşməni” 
kimi repressiyalara, təqiblərə məruz qalmışlar. 
Hazırda SSRİ-nin dünya sosializm sisteminin dağılması, XX əsrin bir çox xalq 
və millətlərinin sosializmdən üz döndərməsi, marksizm- leninizmin özünü doğrult-
maması nəticəsi deyil, əslində sosializm quruculuğu haqqında marksizm- leninizm 
ideyalarının düzgün həyata keçirilməməsi, bu təlimin bayağılaşdırılması, zorakılı-
ğa, inzibati- amirliyə əsaslanan, bir sosializm cəmiyyətinin qurulması nəticəsi idi. 
Bu cəmiyyətdə azadlıq, bərabərlik, humanizm, ictimai mülkiyyət prinsipləri sözdə, 
qanunlarda elan olunsa da, işdə heç də ardıcıl həyata keçirilməmişdir. İqtisadi, siya-
si, mənəvi ziddiyyətlər axıra qədər həll edilməmiş, əksinə, tək partiyalı siyasi rejim 
onları daha da dərinləşdirmişdir. Düzdür, bu prosesə bir fəlsəfi təlim kimi mark-
sizm- leninizmin ziddiyyətlərinin, onun neqativ tərəflərinin də təsiri olmuşdur, la-
kin əsil səbəb real gerçəklik ziddiyyətləri, qurulmuş real “sosializm cəmiyyətinin” 
iqtisadi, siyasi, sosial və mənəvi cəhətlərdən deformasiyaya uğraması, cəmiyyətin 
iqtisadi, siyasi və mənəvi böhran həddinə gəlib çatması, dağılma prosesinin obyek-
tiv zərurətə çevrilməsi olmuşdur. 
Müasir dövrdə marksizm fəlsəfəsinin əsas modelləri sosial-demokratların mü-
dafiə etdikləri autentik
 
və ya həqiqi marksizm fəlsəfəsindən

Marksın baxışları-
nı ekzistensializm, freydizm və M.Veberin "ideal tip"lər nəzəriyyəsi ideyaları ilə 
inkişaf etdirən neomarkizm fəlsəfəsindən ibarətdirlər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin