Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə121/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   307
333 felsefe muhazireler toplusu eyani

Zərdüşt Azərbaycani" 
deyə yad etmişdir. 
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə ya-
randığını təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq 
olar: 
l. Kainatın nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi 
mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı 
Hürmüz (Ahura-Məzda) 
və şər, qa-
ranlıq allahı isə 
Əhriman (Ahura-Manyu) 
hesab olunur. Onlarm arasında əbədi 
mübarizə gedir, insanlar onlar arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi mü-
barizə varlığın mahiyyətini təşkil edir. Deməli, «Əksliklərin vəhdəti və mübarizə-
sinin inkişafın mənbəyi olması haqqında dialektik qanunauyğunluq hələ «Aves-
ta»da özünəməxsus şəkildə ifadə olunmuşdur. 
2. Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərində qələ-
bəsinə inam və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır, lakin insanlar fəaliyyət-
siz halda durub bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə qoşulub bu qələ-
bəni daha da yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan insanlar, şəxsiyyətlər 
öz fəallıqları ilə dünyada ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək 
göstərməlidirlər. 
3. «Avesta»da köçəri heyat tərzi pislənir, ona dünyada şərin təzahürü kimi ba-
xılır, oturaq həyat, əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kimi baxı-
lır. Bununla da köçəri tayfaların hücumlarına etiraz bildirilir. 
4. Zərdüştiliyin ictimai-tarixi görüşləri ziddiyyətli, mifik səciyyə daşıyır. Zər-
düştə görə dünya tarixi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir və şər qüvvə-
lərin hökmranlığı bir-birini əvəz edəcəkdir. 3 min il Hörmüz ardıcıllarının “qızıl 
əsr” olacaq, sonra isə onu Əhrimən və şər qüvvələrin hökmranlığı əvəz edəcəkdir. 
Lakin şər müvəqqətidir, onun ardıcılları axirətdə hər cür əzab-əziyyətə məhkum-
durlar, axirət məhkəməsində ağır cəza alacaqlar. Xeyrin - Hörmüzün tərəfdarları 
isə axirət xoşbəxtliyinə yetişəcəkdir. 
5. Zərdüştiliyin dünyagörüşü dualist səciyyə daşıyırdı. Həm maddi, həm də 
ideal olan başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla, iki hissəni vəh-
dətdə ifadə edirlər. Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai di-
ni ənənələrini də ifadə edən, kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət ol-
masına inadla bağlı ritual və mərasimlər geniş yer tutmuşdur. “Avesta”nın animis-
tik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana və heyvana 
məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh həmin ci-
simlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir ki, 
onun vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir, 
mövcud olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da “Avesta”da öz ək-


135
sini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. 
tənzim edir, onların mənbəyidir. 
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələ-
rində məşəl yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban kəsilmiş, pərəs-
tiş olunmuşdur. Elə bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilmişdir. 
7. Zərdüştiliyin mənəvi-əxlaqi idealı da xeyirlə, ədalətlə sıx bağlı olmuşdur. 
“Avesta”da zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün 
fəaliyyətini “xeyir fikir, xeyir söz və xeyir işin (əməlin) vəhdəti əsasında qurmalı-
dır. Deməli, o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyirli danışmalı və fay-
dalı, gözəl işlər görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştiliyin əxla-
qi, saflaşdırıcı prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah 
olmalıdır. O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüştlükdə yalançı ilə düşmən, 
şər eyni mənalı anlayışlar kimi işlədilir. 
8.”Avesta”nın cəmiyyətə, dövlət idarəçiliyinə baxışlarında qəbilə-tayfa müna-
sibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da
“Avesta”nın sonrakı tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi 
forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan-şöhrətin insana Allahdan ye-
tirməsi ideyası da müdafiə olunurdu. 
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: “Mən o şəxsəm ki pak 
bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdanın (Hör-
müzün) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dö-
zümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm”, “Doğruluq atası Məz-
danı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl uğrunda is-
tər dildəki danışıq və pak xəyal ilə bağlı sözlərlə, istərsə də qolların görəcəyi iş və 
təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən”, “Aləmi-təsəvvürdə 
ilk özünü göstərən o iki əkiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda 
yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu iki-
likdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə” və i.a. 
Daha sonrakı dövrlərdə (e.ə. VII -VI əsrlər) zərdüştlükdə xeyir allahı Hörmüzə 
(Ahura-Məzdaya) pərəstişə əsaslanan 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin