128
gər inkişaf modellərindən fərqli olaraq yeganə mütərəqqi və yaradıcı model hesab
olunur. Həqiqətən də digər sivilizasiyaların 6–8 min illik tarixindən fərqli olaraq
müasir sivilizasiyanın olduqca az zaman kəsiyində böyük tərəqqiyə nail
olduğu göz
qabağındadır. Ona görə də qloballaşmanın amerikanlaşma ilə eyni olduğu yaxud da
onun bəşəriyyət tarixində keyfiyyətcə yeni bir proses olduğunu dəqiqləşdirmək ol-
duqca vacibdir. Ümumiyyətlə, qloballaşma proseslərinin qarşılıqlı asılılıq və qarşı-
lıqlı şərtlənməyə tabe olduğunu da qeyd etmək lazımdır. Lakin burada da bir sıra
suallar meydana çıxır. Qloballaşma prosesi mərkəzi Afrika və cənubi Amerika tay-
falarını da əhatə edirmi? Yəni qloballaşma prosesi yayılma baxımından məhdud
hüdudlara malikdirmi? Əlbəttə, qloballaşma prosesi ümumbəşəri prosesdir və gec–
tez bütün ölkələri və xalqları əhatə edəcəkdir.
XX əsrin sonunda qloballaşmanın o qədər də geniş ərazidə yayılmaması haq-
qında V.Ştolun fikirləri ilə razılaşmaq lazımdır. O yazırdı ki,
faktiki olaraq real
dünya iqtisadiyyatı XX əsrin 30–cu illərində olduğu səviyyədən o qədər də irəli
getməmişdir. Bəşəriyyətin mühüm hissəsi (50 faizdən çoxu),
mütəxəssislərin he-
sablanmasına görə qloballaşmadan kənarda qalmışdır.
Qlobalizm nədir? sualına tədqiqatçılar belə cavab verir: Qlobalizm dünya ba-
zarının siyasi fəaliyyəti sıxışdırması və yaxud dəyişdirməsi deməkdir. Bu dünya
bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir, sırf iqti-
sadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə–
təsərrüfat ölçüsünə
müncər edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, si-
yasi, ictimai– sivilizasiyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarı-
nın başçılıq etdiyi ölçüyə tabe edir. Bu zaman qloballaşmanın mərkəzi rolunu, o
cümlədən, təsərrüfat fəaliyyətinin aktlarının qavrayışı və seçimi prinsipini inkar et-
mək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji nüvəsi siyasətlə iqtisadiy-
yatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca vəzifəsi hüquqi,
sosial və ekoloji hüdud şəraitini müəyyənləşdirmək sayəsində ümumiyyətlə təsər-
rüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir.
Qlobalizm mürəkkəb
qurum olan dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə etməyə
imkan verir.
Dostları ilə paylaş: