124
list anlayışına da inamsızlıq
yaranmağa başladı. H.Markuze həln 1932-ci ildə yaz-
dığı "Marksizmin yeniləşməsinin yeni məktəbləri" adlı əsərində K.Marksın "1844-
cü illərin iqtisadi-fəlsəfi əlyazmadarı"na istinad edərək marksizm fəlsəfəsini antro-
poloji cəhətdən yeniləşdirməyə cəhd göstərdi. O, bu məqsədlə M.Haydeqqerin ek-
zistensial varlığı ilə tarixin materialist anlaşılmasının bir sıra müddəalarını birləş-
dirməyə çalışsa da, ondan yeni bir şey alınmadı. Çunki marksizm özünün ehkamçı
variantlarında onun hər cür atropoloji tamamlanmasını istisna edirdi, göstərilirdi ki,
marksizm cəmiyyətin kommunizmə doğru hərəkətinin qanunlarını kəşf etdiyindən,
onun özü əslində humanist və insanpərvər bir tə'limdir.
60-cı illərdə antropoloji mövzuya qayıtmaq və sənaye cəmiyyətini onun anti-
humanist mahiyyətinə görə tənqid etmək Frankfurt məktəbinin
sosial-fəlsəfi kon-
sepsiyasını xeyli populyarlaşdırmışdı. Markuze "Azadlıq haqqında esse" və "Bir öl-
çülü insan" kimi əsərlərində sosial inqilablardan sinfi mübarizə forması kimi deyil,
iisanın mahiyyəti, tarixi mövcudluğu mə'nasında bəhs edir, inqnlaba tənqidi qəbil-
dən olan layihə kimi, zəka ilə gerçəklik arasındakı ziddiyyətləri aradan qaldıran va-
sitə kimi yanaşır. Ümumiyyətlə "tənqidi cəmiyyət nəzəriyyəçiləri" postsənaye cə-
miyyətindəki kəskin sosial ziddiyyətlərdən çıxış yollarını göstərir, mövcud cəmiy-
yəti tamamilə islahata məruz qoymağı irəli sürürlər
Dostları ilə paylaş: