Fə
lsə
fə
Fə
nni Üzrə
İ
mtahan Suallarının Cavabları
1. Fə
lsə
fi problemlə
rin tə
snifatı: ontologiya, qnoseologiya və
sosial fə
lsə
fə
.
Fəlsəfi problemlərin birinci qrupu dünyanın mənşəyi və mahiyyəti ilə bağlı məsələləri
ə
hatə edir. Dünyada heç nə əbədi deyil, hər şey dəyişir; mövcud olan nə varsa,
hamısının zamanca başlanğıcı və sonu vardır. Bütün bu ardı-arası kəsilməz
dəyişkənliyin mənası, səbəbi nədir? Ardı-arası kəsilməz dəyişkənlik və hadisələr
axınında bir nizam, onların yönəldikləri hansısa üstün istiqamətlər mövcuddurmu?
Fəlsəfi dillə desək, dünyada nə hökm sürür: zərurət, yoxsa təsadüflər? Qanunlar, yoxsa
xaos? Filosofları həmişə düşündürən suallardan biri də insanın bu dünyada yeri və rolu,
insan həyatının mənası haqqında məsələlərlə bağlıdır. İnsanın yer üzündə hansısa
spesifik missiyası mövcuddurmu? O, öz taleyinə sahib çıxaraq, ona istədiyi kimi
sərəncam verə biləcək qədər güclüdürmü? Bütün bü və buna bənzər problemlər fəlsəfi
biliyin mühüm tərkib hissəsi olan ontologiyanın (qədim yunan mənşəli «ontos»-
«varlıq» sözündən əmələ gəlmişdir) predmetini təşkil edir.
Fəlsəfi biliyin ikinci mühüm sahəsini təşkil edən idrak nəzəriyyəsi və ya
qnoseologiya (yunanca «qnosis» - «bilik» sözündən əmələ gəlmişdir) insan idraknın
mənşəyi və gerçəkliyə münasibəti, biliyin yaranma xüsusiyyətləri, onun gerçəkliyə
uyğunluğu, təcrübə və nəzəriyyə arasındakı münasibətlər kimi məsələlərlə məşğul olur.
İ
nsan dünyanı dərk edirmi? İnsanın şüura, təfəkkürə malik olması, ilk baxışda
göründüyü kimi, bu suala müsbət cavab vermək üçün yetərli deyil. İnsan həyatı boyu
səhvlər edir və bir çox hallarda bu səhvlər çox ciddi nəticələr doğurur. Burada əsas
məqamlardan biri budur ki, bizim həyat təcrübəmizin və biliklərimizin zənginliyi
səhvlərin sayını azalda bilər, lakin onun qarşısını ala bilməz.
Fəlsəfi problemlərin üçüncü böyük qrupu sosial fəlsəfənin predmetini təşkil edir.
Sosoial fəlsəfə sosial həyatın mənşəyi və mahiyyətini, bütöv bir tam kimi götürülmüş
cəmiyyəti, onun təkamül xüsusiyyətlərini və insanla cəmiyyət arasındakı qarşılıqlı
münasibətləri öyrənir.