121
ekzistensialistlərin “o dünya” haqqında, başqa sözlə desək, allah haqqında yeritdik-
ləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi möv-
cudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi
sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən
bir aləm kimi təsvir edirlər.
Haydegger deyir ki, “aləm ona görə mövcuddur ki,
mövcudluq vardır.
Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz”.
İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. La-
kin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu
şəraitində keçir. Onların
fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq
və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə
alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov,
K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Pon-
ti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki,
insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də,
bu adamlar əslində öz-
lərini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spe-
sifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin
II dünya müharibəsindən
sonra yazdığı “Günah haqqında məsələ” əsəri vardır. Onun mövzusu müharibəyə
görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə
görə günah,
siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Meta-
fizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik
günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də
Fuçik xəbərdarlıq edirdi. “İnsanlar sayıq olsun!”
Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır.
Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfin-
dən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun
dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah icti-
mai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik ol-
maq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti
Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir.
İnsanın mahiyyəti ictimai münasibətlərin məcmusudur. İnsan hazır ictimai münasi-
bətlər dünyasına gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş verir
və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə
probleminə görə özlərinin sələflərindən biri hesab etmişlər.
Özgələşmə problemi
ekzistensialistlərdə də mərkəzi problem olmuşdur. Lakin əgər Marksda özgələşmə
sosial özgələşmə idisə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas xarak-
teristikası idi. Ekzistensializm bir növ “həyat fəlsəfəsi”ndən, xüsusilə Nitşe fəlsəfə-
sindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.
Dostları ilə paylaş: