Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə116/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   307
333 felsefe muhazireler toplusu eyani

Tənqidi rasionalizm
XX əsrin 90-cı illərində postpozitivizmin ən inkişaf et-
miş məktəblərindəndir. Onun banisi XX əsrin görkəmli filosofu Karl Popperdir 
(1902-ci ildə anadan olmuşdur). K.Popper təqidi rasionalizmi elmin əsas metodu və 
alimin davranışının ən rasioial strategiyası adlandırmışdır. K.Popperin "Məntiq və elmi 
biliyin artımı", "Obyektiv bilik", "Realizm və elmin məqsədi", "Açıq cəmiyyət və onun 
duşmənləri" kimi əsas əsərlərində elmi bilik, rasionallıq, elmi həqiqət, tarixi proses və 


127
onun inkişafı problemlərindən geniş bəhs edilir, bir sıra orijinal fəlsəfi-sosioloji ide-
yalar irəli sürülür və əsaslandırılır. 40-50-ci illərin axırlarında o, marksizmi tənqid edə-
rək sosial-reformizm ideyalarını irəli sürür. K.Popper marksizmi istorisizm (tarixizm) 
adlandıraraq onun determinizmini Laplasın mexaniki determinizminə oxşadır və belə he-
sab edir ki, marksizmin yoxsulluğu da məhz bundan ibarətdir. K.Popper sosial inkişafda 
qanunlarla meylləri, onların qarşılıqlı münasibətlərini fərqləndirməyi irəli sürür. Onun 
fikrincə, qanun ümumi olduğundan, istənilən hadisədə fəaliyyət göstörir, meyl isə bu 
cür əlamətə malik deyildir. K.Popper tarixi materializmi tarixi reallığı sxemlə əvəz et-
məkdə günahlandırır. 
K.Popperin ümumi fəlsəfi konsepsiyası isə onun üç dünyanın mövcudluğu haq-
qında
fikirlərində aşkara çıxır. Onun
fikrincə, 
f
ə
ls
ə
fi, mental v
ə
 obyektiv h
ə
qi-
q
ə
td
ə
n ibar
ə
t olan üç dunya mövcuddur
.
 
Üçüncü dünya insan ruhunun nəticələri olan 
nəzəriyyələr, hipotezlər, ideyalar dünyasından ibarətdir. Bu elmi biliyin artım dünya-
sıdır. K.Popper göstərir ki, gec və ya tez təkzib oluna bilən nəzəriyyələr və prin-
siplər elmidirlər. Deməli, bilik bütün hallarda nisbi xarakter daşıyır.
Biliyin faktlarla adekvatlığından ibarət olan həqiqətin anlaşılması K.Popper 
tərəfindən hərtərəfli surətdə nəzərdən keçirilir, Onun fikrincə, həqiqətin statusunu 
daim dumanlarla örtülü olan dağın zirvəsi ilə müqayisə etmək olar. Lakin dumanla-
rın mövcudluğu zirvənin mövcud olmasını aradan qaldırmır. Çünki obyektiv bilik 
bizim idrakımızın imkanlarından, onu dərk etməyin çətin olmasından asılı deyil-
dir. Hətta səhv və şübhəli ideyalarda obyektiv həqiqət vardır, biliyin artım me-
xanizmi "sınaq və səhvlər"dən keçən bir yoldur. K.Popper elmi biliyi qeyri-elmi 
bilikdən ayıran, müəyyən norma və standartlardan təşkil olunan "elmi
rasional-
lıq nəzəriyyəsi"nin
 
yaradılmasını zəruri hesab edir. Bu nəzəriyyə isə alimlərə üç və-
zifəni həll etməyə imkan verəcəkdir. Həmin vəzifələr sadəlövh empirizmdən 
qaçmaqdan, klassik alman fəlsəfəsi ruhunda mövcud olan spekulyativ mulahi-
zələrə yol verməməkdən və irrasionilizmə yuvarlanmamaqdan ibarətdir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin