Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə115/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   307
333 felsefe muhazireler toplusu eyani

Elm fəlsəfəsi. 
Təbiətşünaslıq elmləri nəticələrinin, birinci növbədə fizika və ri-
yaziyyat elmləri nəticələrinin başa düşülməsinə təlabat, həmin elmlərin strukturu-
nun və onların metodologiyasının izah edilməsi zərurəti fəlsəfənin müstəqil hissələ-
rini təşkil edən çoxsaylı fəlsəfəsi konsepsiyaların yaranmasına gətirib çıxartdı. Bu-
raya “riyaziyyatın fəlsəfəsi”, “fizikanın fəlsəfəsi”, “biologiyanın fəlsəfəsi” və s. da-
xil edilmişdir. Sovet fəlsəfəsində fəal surətdə təbiətşünaslığın fəlsəfi məsələləri iş-
lənirdi. Elmin fəlsəfəsinin meydana gəlməsinin əsas səbəblərindən biri neopoziti-
vist elm konsepsiyasının tənqidi təhlilinə olan zərurətlə əlaqədardır. 
 
Tanınmış fizik M.Born yazmışdı: “Fizikanın adi danışıqda ifadə oluna bilən 
ümumiləşdirici fəlsəfəyə ehtiyacı vardır”. Dünyanın məşhur təbiətşünaslarından 
olan H.Bor, M.Plank, V.Heyzenberq və başqaları fəlsəfəyə xüsusi diqqət yetirmiş-
lər. Məsələn, H.Bor qatı pozitivist nöqteyi– nəzəri tənqid edirdi. Həmin pozitivist 


126
baxışa görə, yeganə reallıq duyğulardır, yerdə qalanlar isə bizim əqlimizin konst-
ruksiyalarıdır. Elmin sürətli inkişafı, onun metodlarının təkamülü elə problemlər 
irəli sürdü ki, fəlsəfə cəlb edilməzsə onların həlli qeyri– mümkündür. Bu problem-
lər hansılardır? Elmin predmetinin dəqiqləşdirilməsi, biliyin həqiqiliyini, determi-
nizm və səbəbiyyət, eksperiment, müşahidə və s. bütün bunlarla yanaşı maddi dün-
yanın strukturunun dərk edilməsinin metodoloji aspekt-ləri də həmin problemlər-
dəndir. Elm fəlsəfəsinin görkəmli nümayəndələrindən biri, ingilis filosofu Karl 
Popper hələ vaxtı ilə Vyana dərnəyinin fəal iştirakçısı olmuşdur. Fəlsəfi baxışlarına 
görə, məntiqi pozitivizmin nümayəndəsi olan K.Popper eyni zamanda həmin fəlsə-
fənin bir sıra müddəlarına tənqidi münasibət bəsləmişdir. Bu tənqiddə başlıca cəhət 
pozitivizmin naturalizmə və apriorizmə böyük yer verilməsi ilə əlaqədardır. Özü-
nün “Məntiq və elmi biliklərin yüksəlişi” əsərində Karl Popper mərkəzi fəlsəfi 
problem kimi elmlə yalançı elm arasında demarkasiya kriteriya axtarışı vəzifəsini 
irəli sürmüşdür. O, elmiliyə iddia edən hər cür biliyi təkzib etməyi tələb edərək, hər 
cür biliyi təhrif etmək prinsipinin tətbiqinin tərəfdarı kimi çıxış etmişdir. Onun fik-
rincə, elmi tədqiqatların məntiqi hər cür subyektiv psixoloji təsirdən azaddır. Elə 
Popperin Vitgenşteynin və Rasselin məntiqi empirizmindən fərləndirici cəhəti bu-
nunla əlaqədardır. Beləliklə, Popperin elm fəlsəfəsi antipsixologizmi və riyazi mən-
tiqi aparata əsaslanır. Elmi metod nəzəriyyəsi empirik nəzəriyyə ola bilməz, öz spe-
sifikası ilə bu fəlsəfi, epistemoloji nəzəriyyə olmalıdır. Bununla yanaşı, fəlsəfə fak-
tiki olaraq elmi idrakın məntiqi nəzəriyyəsinə aid edilir.
Elm fəlsəfəsinin digər görkəmli nümayəndəsi Amerika filosofu T.Kun hesab 
olunur. Onun “Elmi inqilabların strukturu” əsəri çox məşhurdur. Burada o, elm 
problemlərinin təhlilinə mühüm yer vermiş, elmin inkişafının qanunauyğunluqları-
nı araşdırıb təhlil etməyə çalışmışdır. Elmə dair özünün xüsusi konsepsiyasını yara-
daraq onun tarixini normal və inqilabı dövrlərə bölmüşdür. İlk dəfə olaraq Kun tə-
biətin təhlilinə və elmi inqilabın xarakterinə geniş yer vermişdir. Onun ən çox cəlb 
edən XVII əsrdir. Həmin əsr ki, bu vaxt ilk elmi inqilab baş vermiş və Yeni Dövrün 
elmi yaranmışdır. Metodoloji təhlilin əsas məsələsi elmi biliklərin hazır strukturla-
rının tədqiqi deyil, elmdə mövcud olan təsəvvürlərin əvəz olunması və transforma-
siyası mexanizminin aydınlaşdırılmasıdır. Bu zaman paradiqma anlayışına daha bö-
yük yer verilir. Kuna görə, elmin əsl nəzəriyyəsinin yaradılması bilavasitə tarixin 
öyrənilməsindən keçir. Elmi hissələrə bölüb, onun ünsürlərini öyrənən pozitivist-
lərdən fərqli olaraq O, elmi vahid bir tam (bütöv) kimi görür.
Fəlsəfənin inkişafında elm fəlsəfəsinin mühüm rolu vardır. Hazırda elm fəlsə-
fəsi daha da inkişaf etdirilir. Kompüterləşmə və informasiya vasitələrinin çoxalma-
sı elm fəlsəfəsinin üfüqlərini, xüsusilə imkanlarını artırmaqdadır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin