Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə149/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   307
333 felsefe muhazireler toplusu eyani

birin-
ci mərhələ
, XIX əsr. Bu mərhələdə maarifçilik ideyaları feodal-təhkimçilik üsul 
idarəsinin maariflənmə yolu ilə islah edilməsi, insaniləşdirilməsi; dini-fanatizm, 
mövhumat, cəhalətin, feodal əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırıl-
ması ilə ifadə olunurdu. Dünyagörüşlərindəki müəyyən məhdudluq və ziddiyyətlər, 
bəzən idealist və dini mahiyyət kəsb etməsinə baxmayaraq 
A.A.Bakıxanov, 
M.F.Axundov, İ.B.Qutqaşınlı, H.B.Zərdabi. N.B.Vəzirov, Q.B.Zakir
və basqa-
larının ideyalarını Azərbaycan maarifçiliyinin birinci mərhələsinə aid etmək olar. 


163
Azərbaycan maarifçiliyinin 
ikinci mərhələsi
-XIX əsrin sonu və XX əsrin əv-
vələrini əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokra-
tik ideyalara qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla 
həyata keçirməyə meylli olması ilə fərqlənir. 
C.Məmmədquluzadə, M.Sabir, 
Ö.Nemanzadə, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, N.Nərimanov
və b. ideyalarını 
ikinci dövrün radikal, inqilabi-demokratik maarifçiliyinə aid etmək olar. 
Dördüncüsü
, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fik-
ri üçün həm də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları maarifçi-
liyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz 
məqsədlərini həyata keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki, ilkin 
dövr maarifçiləri çıxış yolunu bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsin-
də, dinc, ümumi sosial-siyasi, iqtisadi və mənəvi islahatların həyata keçirilməsində 
görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri əsas taktiki vasitə kimi yalnız 
ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm də radikal taktiki təd-
birlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini, demokratik 
azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai bazası-
nı, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial baza-
sını cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və 
s.) təşkil edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin