Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə147/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   307
333 felsefe muhazireler toplusu eyani

Rəcəbəli Təbrizi.
Molla Rəcəbəli Təbrizinin anadan olduğu il məlum deyildir. 
Mənbələrdə 1669– cu ildə vəfat etdiyi göstərilir. Təbriz şəhərində doğulmasına 
baxmayaraq ömrünün çoxunu İsfahanda yaşamışdır. 
XVII əsrin ən böyük Azərbaycan filosoflarından biri hesab olunur. Rəcəbəli 
Təbrizi öz əsərlərində Aristotel, Əbunəsr Fərabi, İbn Sina, Sədrəddin Konəvi, Mah-
mud Şəbüstəri və ümumiyyətlə peripatetik və sufi mütəfəkkirlərinin əksəriyyətinin 
adlarını böyük hörmətlə çəkmiş, onların fikirlərinə əsaslanmışdır. Onun əsərləri 
içərisində iki fəlsəfi traktat başlıca yer tutur. Onlar “Vacib varlığın isbatı” və “Hə-
kimanə əsaslar” adlanır. Birinci əsər müqəddimə, beş fəsil və nəticədən ibarətdir. 
Müqəddimədə ümumi fəlsəfi anlayışlar, onları ifadə edən islahatlar nəzərdən keçi-
rilir. Fəsillərdə öz– özlüyündən vacib varlığın tərkibə ayrılan olmaması, vahidliyi, 
onun atributlarının öz substansiyası ilə eyniyyət təşkil etməsi, varlıq sözünün daşı-


161
dığı mənalar araşdırılır. Nəticədə varlıq haqqında mühakimələr ümumiləşdirilir. 
Ümumiyyətlə, onun fəlsəfəsində işraqilik və sufiliyin təsiri aydın görünür. Peripa-
tetik filosof kimi, onun fəlsəfəsində ordodoksal islam ilahiyyatına zidd cəhətlər 
çoxdur. Onun varlıq təlimində bu, özünü daha aydın göstərir. Rəcəbəli Təbriziyə 
görə, materiya və forma, səbəb və nəticə kateqoriyaları arasında substansional bağ-
lılıq əlaqələri vardır. O, allahı ilkin forma, zəruri– vacib varlıq hesab etmişdir. 
XVIII əsr Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikrində və mənəvi mədəniy-
yət tarixində görkəmli yer tutan alim-filosof və səyyah 
Hacı Zeynalabdin Şirvani
Azərbaycan, İran, Əfqanıstan, İraq, Türkiyə, Yunanıstan, Misir, Suriya, Hindistan, 
Orta Asiya ölkələrinin sosial quruluşunu, dini, elmi, əxlaqi, fəlsəfi görüşlərini öy-
rənmiş, müxtəlif dil, din və mədəniyyətə malik olan bu bölgələr haqqında “Cənnət 
bağı səyahətləri”, “Səyahət bağları”, “Səyahət gülşəni” risalələrində məlumatlar 
vermişdir. H.Z.Şirvani öz dünyagörüşü mövqeyindən Mənsur Həllac, Cəlaləddin 
Rumi, Mahmud Şəbüstəri, Əvhədi Marağayi, Əbdürrəhman Cami və qeyri-orto-
doksal baxışları ilə tanınmış başqa panteist sufilərin irsindən bəhs edir. H.Z.Şirva-
ninin əsərlərindəki vəhdət əl-vücud, sufi qnoseologiyası və sufilik dünyagörüşünün 
başqa sahələrinə həsr olunmuş ümumiləşdirilmiş xüsusi bölmələr sufi fəlsəfəsi tari-
xinin öyrənilməsi üçün mühüm mənbədir. H.Z.Şirvaninin dünyagörüşündə idea-
lizmlə panteizm, qnoseoloji baxışlarında sufi qnosisi – mərifət və universal əqllə 
insan əqlinin bağlılığı, elmlə praktikanın vəhdəti, kamil insan və təkmil cəmiyyət 
haqqında konsepsiyaya və humanist əxlaq normalarına söykənən ədalətli şahlıqlar 
qurmaq ideyaları əsas yer tuturdu. Həmin ideyalarına görə o, təqiblərə məruz qal-
mışdı. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin