Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Mirzə Məhəmməd Əli Kazım bəy



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə152/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   307
333 felsefe muhazireler toplusu eyani

Mirzə Məhəmməd Əli Kazım bəy 
idi. Bir neçə Şərq və Avropa 


166
dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr 
Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı. Mirzə Kazım bəyin mə-
dəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və 
Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanuna-
uyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə 
fərqlənir. Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək də-
yərləndirmişdir. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi 
qeyd edirdi: “Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin isla-
hatçıları ölkənin özündə doğulmalıdırlar”. M.Kazım bəyin “Bab və babilər” əsərin-
də təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) 
aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatı-
nın isə azad iradə ilə bağlılığından bəhs olunur. Onun “Firdövsiyə görə mifologiya” 
əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və təşəkkülündə ədəbi və dini tə-
fəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, “Şamil və müridizm”, “Bab və 
babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərə-
katı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüş-
lərinin elmi şərhi verilmişdir. 
Azərbaycanda Maarifçiliyin fəlsəfi ideyalarının yayılması və inkişafında şair-
mütəfəkkir Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani və b. özlərinə məxsus yer tut-
muşlar. 
M.F.Axundov
1812-ci ildə Şəki şəhərində tacir ailəsində anadan olmuş, gənc 
vaxtlarından ərəb və fars dillərini, habelə ilahiyyatı öyrənmişdir. 1832-ci ildə Gən-
çə şəhərində mədrəsəyə daxil olmuş və orada böyük Azərbaycan şairi və azad fikir-
li alimi Mirzə Şəfi Vazehin təsiri altında dini təhsildən imtina etmiş və Şəki şəhə-
rində açılan rus nahiyə məktəbinə daxil olmuşdur. Lakin oranı da yaşı ötdüyünə gö-
rə tərk etmiş, 1834-cü ildə Tiflis şəhərində dövlət idarəsində şərq dilləri üzrə tərcü-
məçi vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər (1878-ci il) orada ya-
şamışdır. 
M.F. Axundov Tiflis ədəbi, ictimai-siyasi mühitində rus və qərbi Avropa mə-
dəniyyəti ilə yaxından tanış olmuş, rus dilini dərindən öyrənmiş, o vaxt Zaqafqazi-
yanın və Rusiyanın görkəmli yazıçıları, inqilabçı demokratları, mütərəqqi fikirli zi-
yalıları ilə ünsiyyətdə olmuş, onlarla dostluq etmişdir. M.F. Axundovun Tiflis mü-
hitindəki dostlarından 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin