Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


"Hindistan şahzadəsi Kəmalüdövlənin



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə154/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   307
333 felsefe muhazireler toplusu eyani

"Hindistan şahzadəsi Kəmalüdövlənin 
öz dostu İran şahzadəsi Cəlalüdövləyə yazdığı üç məktub və Cəlalüdövlənin 
ona göndərdiyi cavab"
adlı fəlsəfi traktatında, 
"Həkimi-ingilis Yuma cavab"

"Yek kəlmənin tənqidi"

"Mollayi-Ruminin və onun təsnifinin babında"

"Al-
danmış kəvakib"
və b. əsərlərində şərh edilmişdir. 
M.F.Axundovun fəlsəfi-materialist dünyagörüşünün formalaşmasına qədim və 
orta əsr Şərq və Azərbaycan fəlsəfəsinin, Qərbi Avropanın materialist filosofları-
nın, xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVIII-ci əsrin digər fransız maarifçi-
ləri və rus inqilabçı-demokratlarının müəyyən təsiri olmuşdur. 
M.F.Axundovun fəlsəfi görüşləri ortodoksal islamın ideoloji əsasları sayılan 
sxolastika və mistikanın hələ də güclü olduğu bir mühitdə formalaşıb inkişaf etmiş-
di. O, dini fanatizm və despotizm, teologiyanı tənqid etməklə kifayətlənməmiş, 
dünyaya elmi-materialist baxışı əsaslandırmağa çalışmışdır.
M.F.Axundov varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söy-
ləyərək dünyanın Allah tərəfindən heçdən yaradılması haqqında dini ehkamına 
inanmamışdı. 0, göstərdi ki, mövcud olmayandan mövcudat, heç bir yaradıcıya de-
yil, gözlərimizlə gördüyümüz və duyduğumuz kainata mövcud varlıq kimi baxma-
lıyıq. Varlıq təkdir, yaradan da, yaranan da o özü-özünün səbəbidir, - Axundovun 
fəlsəfi-materialist əqidəsi belə idi. 
M.F.Axundov təbiətə Allahın müdaxiləsi, hər cür panteizm, ümumiyyətlə tə-
biətin kənar qüvvətdən asılılığı ideyasının əleyhinə çıxaraq yazmışdı: “Biz bu dün-
yanın mövcud olduğunu gözümüzlə görürük... bu varlıq öz-özünə öz qanunları ilə, 
başqa bir xarici varlığa ehtiyac hiss etmədən mövcuddur”. O, həmçinin dinin axirət 
və ruhun ölməməzliyi ehkamlarını da qəbul etmirdi. Axundov göstərdi ki, idrak be-
yinsiz mövcud ola bilmədiyi kimi, orqanizm öldükdən sonra da ruhun mövcudluğu-
na inam ağılsızlıqdır. M.F.Axundov Azərbaycan fəlsəfəsi tarixindəki peripatetiklik, 
işraqilik, panteizm, “vəhdəti-vücud” ənənələrinə əsaslanaraq onlardakı idealist və 
dini mistik cəhətləri atır, materialist özəyi isə qəbul edirdi.
O, kainatın maddiliyini və yaradılmazlığını bir materialist fİlosof kimi təsdiq 


168
edirdi. Onun fikrincə, dünya maddidir və öz daxili qanunları əsasında inkişaf edir. 
Bütün hadisə və proseslərin bir-biri ilə əlaqədə qarşılıqlı təsirdə olduğunu düşünən 
filosof belə bir dialektik müddəa irəli sürürdü ki, təbiətdə bir hadisə üçün o biri ha-
disə şərtdir, varlıq özü-özünün səbəbidir, səbəbi hadisənin öz daxili qanunauyğun 
inkişafında axtarmaq lazımdır; maddə daim hərəkət və inkişafdadır. Lakin 
M.F.Axundov hərəkət və inkişafın mənbəyinin “əksliklərin vəhdəti və mübarizə-
sində” olduğunu axıradək aydın təsəvvür etmirdi. 
M.F.Axundov maddənin məkan və zaman daxilində mövcudluğu və sonsuzlu-
ğu ideyasını da materialistcəsinə şərh edirdi: bu kainat elə bir varlıqdır ki, “əvvəli 
də budur, axırı da budur... zaman da, məkan da onun mövcudluğu şərtidir”. Yəni 
məkan və zaman maddi varlıqların atributlarıdır, zaman və məkan xaricində varlıq 
mümkün deyildir. Səbəbiyyət məsələsini də dialektikcəsinə həll edən M.F.Axun-
dov qeyd edirdi ki, gerçəklikdə bütün hadisə və proseslər səbəblə bağlıdır, lakin sə-
bəbi cismin, prosesin daxilində axtarmaq lazımdır, o, “ilkin səbəb”, “ilahi səbəb” 
ideyalarını qəbul etmirdi. Təbiət, maddi varlıq hadisələrinin izahında tam materia-
list mövqedə baxışlarında tərəddüdlərə, ziddiyyətlərə yol vermiş, axıradək idea-
lizmdən uzaqlaşa bilməmişdir. 
M.F.Axundov dinlə əxlaqın, şəriət normaları ilə davranış qaydalarının qarşılıq-
lı əlaqəsi və təsiri məsələsinin təhlilinə xüsusi diqqət yetirmişdi. O, insanın əxlaqı-
na və davranış normalarına təsir etmək cəhdini hər bir dinin əsas məqsədi sayırdı. 
O, belə hesab edirdi ki, din əsasən əxlaqa və davranışa təsir etmək yolu ilə insanları 
itaətə və ibadətə cəlb edə bilir və bu yolla da öz sosial funksiyasını həyata keçirir. 
M.F.Axundov dinin təbliğ etdiyi axirət ehkamını, cəhənnəm zülmü və cənnət 
xoşbəxtliyi ideyasını qəbul etmir, onları elə “bu dünyanın əks-sədası” adlandırırdı. 
O, qeyd edirdi ki, kim ki, cəhənnəm qorxusunu və cənnətə düşmək ümidini - xeyir-
xahlığın, xoşbəxtliyin əsasına qoyursa, o, çox

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin