Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Sovet hakimiyyəti dövründə fəlsəfi fikir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə164/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   160   161   162   163   164   165   166   167   ...   307
333 felsefe muhazireler toplusu eyani

Sovet hakimiyyəti dövründə fəlsəfi fikir.
1920-ci ildə Azərbaycanda sosial-
siyasi həyat və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, mil-
lətin siyasi və mənəvi baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyəti-
nin süqutuna, ideoloji həyatda getdikcə marksizmin kök salmasına və yeni sosial 
quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni hakimiyyət dövründə terror və siyasi 
repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və ideoloji müxalifəti, xüsu-
sən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi ideologiyanın hakim 
ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və ardıcıl siya-
si və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-le-
ninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus təkamül dövrünü keçdi. Bu 
dövrdə Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfək-
kirlərinin bir qismi siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edə-
rək xaricdə siyasətlə bərabər fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdi-
lər. Beləliklə, Azərbaycanın qeyri-marksist fəlsəfəsi mühacirətdə, Şərq və Avropa 
ölkələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Hüseyn Baykara, Mirzəba-
la Məmmədzadə, Əbdülvahab Yurdsevər və b. tərəfindən inkişaf etdirilir və yayılır-
dı. XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikrinə xas türkçülük, 
islamçılıq və müasirlik prinsipləri üzərində yüksələn və müstəmləkə Şərqinin dirçə-
liş ideologiyası kimi səciyyələndirilən bu ideyalar qlobal məkanda türk xalqlarını 
müstəqilliyə hazırlamaq baxımından zəruri idi. Bu zərurətin nəticəsidir ki, sovet ha-
kimiyyətinin süqutundan sonra bu üç prinsip zamanın sınaqlarından çıxaraq milli 
ideologiya və fəlsəfi dünyagörüşünün ontoloji və sosioloji aspektlərinin müddəaları 
kimi yaşamaqdadır. Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra ölkədə 
marksizm-leninizmə müxalif olan ideoloji cərəyanların fəaliyyəti dayandırıldı, qey-
ri-marksist fəlsəfi və ictimai-siyasi problemlərin tədqiqinə son qoyuldu. Sovet İtti-
faqının daxilində Azərbaycan Respublikasının marksist olmayan filosofları ilə ya-
naşı, bir çox həqiqi marksist filosoflar da müxtəlif illərdə siyasi təqibə məruz qaldı-
lar. Onların fəlsəfi irsinin məxfi arxivlərdə saxlanılmış kiçik bir hissəsi Azərbaycan 
alimi Z.Göyüşovun “Sovet Azərbaycanında fəlsəfi fikir” (1979) kitabı vasitəsilə 
Azərbaycanın fəlsəfə tarixi elminə daxil edildi. 
Sovet dövründə fəaliyyət göstərmiş bir neçə görkəmli filosof barəsində qısa 


177
məlumat verək: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin