Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə163/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   307
333 felsefe muhazireler toplusu eyani

Cəlil Məmmədquluza-
də, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Üzeyir 
Hacıbəyov, Səməd bəy Mehmandarov, Hüseyn Minasazov
və b. əsərlərində və 
xüsusən dövrün kəskin sosial satirasında əksini tapmışdı. Vaxtilə irfani fəlsəfi poe-
ziyada əks edilən sosial fəlsəfə problemləri üçün Azərbaycan siyasi satirası bu döv-
rün təsiredici janrına çevrilmişdir. 
Həmin dövrdə Azərbaycan 
Romantizm 
fəlsəfəsi də təşəkkül və inkişaf mərhə-
ləsini keçirirdi. Bu fəlsəfə Azərbaycan Maarifçiliyi kimi dövrdən və şəraitdən do-
ğan özünəməxsusluqlarla yanaşı, Qərb Romantizm fəlsəfəsi ilə tipoloji oxşarlığa 
malik bir sıra cəhətlərlə səciyyələnirdi. Qərb, Şərq, o cümlədən Azərbaycan Ro-
mantizminə xas cəhətlər Maarifçilik fəlsəfəsinə inamın itirilməsi, ənənəvi mistik 
panteist fəlsəfəyə qayıdış və bu mövqedən dinə və cəmiyyətə nəzər, dünyaya, insa-
na və vətənə təzadlı münasibət, milli dilə, milli mənəvi-mədəni dəyərlərə, etnikliyi 


176
təsdiqləyən, onun yaşamasını şərtləndirən amillərə münasibət, xoşbəxt utopik cə-
miyyətə inam və s. universal sosio-mədəni fenomen olan Romantizmin keyfiyyət 
cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan Romantizm fəlsəfəsi 
əvvəlcə dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına, sonra isə so-
sializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz 
tutur, mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin 
rəng olması” (Səməd Mənsur) qənaətinə gəlmişdi. 
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı təmsil 
edən fəlsəfi poeziyanın nümayəndələri 
Məhəmməd Hadinin (1879–1920)
utopik 
bərabərlik cəmiyyətindən bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların 
tarixi faciələri, yaxud əlvahi-intibah” və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin, 
Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini tapmışdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin