Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Müstəqillik illərində fəlsəfi fikrin inkişaf meylləri



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə166/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   307
333 felsefe muhazireler toplusu eyani

Müstəqillik illərində fəlsəfi fikrin inkişaf meylləri.
Müstəqilliyin ilk illərin-
də fəlsəfi fikirdə inkişaf əvəzinə, bir tənəzzül və durğunluq müşahidə olunmuş, iq-
tisadiyyatda, elmdə, təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların dağı-
dılması halları fəlsəfədən də yan ötməmişdir.
Müasir Azərbaycanda fəlsəfənin inkişafı üçün, bir tərəfdən Qərb fəlsəfi fikri-
nin açdığı geniş və hamar yolla getmək, digər tərəfdən, əsasən qonşu müsəlman öl-
kələrindən daxil olan dini-fəlsəfi biliklərə yiyələnmək kimi əlavə imkanlar açılmış-
dır. Üçüncü bir yol isə kommunist ideologiyasından əl çəkmiş Rusiya ilə elmi-fəl-
səfi əlaqələri bərpa etməkdən ibarətdir ki, əhalinin rus dilini bilməsi və rusdilli fəl-
səfi kitabların və dövrü mətbuatın Azərbaycanda geniş yayılması bu yolun imkan-
larını xeyli artırır. 
Müstəqil Azərbaycan dövlətinin qurulması prosesi onun ideya siyasi təməlləri-
nin hazırlanması ilə müşayiət olunmuşdur. Burada biz, Azərbaycanın ümummilli li-
deri Heydər Əliyevin müstəsna rolunu qeyd etməyə bilmərik. Onun ictimai-siyasi 
fəaliyyətinin fəlsəfi mündəricəsini ortaya çıxarmaq xüsusi tədqiqatlar tələb edir və 
yəqin ki, bu istiqamətdə gələcəkdə də tədqiqatlar aparılacaqdır. Amma onun özü-
nün bilavasitə irəli sürdüyü ideyalar da çağdaş fəlsəfi fikrin səviyyəsini müəyyən 
edir. Bu baxımdan, Heydər Əliyevin aforizmlərinin seçilib nəşr edilməsi çağdaş 
fəlsəfi fikir üçün önəmli hadisə hesab edilə bilər. Heydər Əliyevin milli ideologiya-
mızın formalaşdırılması, azərbaycançılığın ideya siyasi əsaslarının işlənib hazırlan-
ması sahəsində xidmətləri də xüsusi diqqətə layiqdir. 
Azərbaycanda Heydər Əliyev ideyalarının şərhi və bunların həyata keçirilməsi 
üçün zəruri ideya siyasi mühitin hazırlanması sahəsində professor Ramiz Mehdiye-
vin xidmətləri, həm də Azərbaycanda fəlsəfi fikrin inkişafına müsbət təsir göstər-
məkdədir. O, öz əsərlərində Heydər Əliyev ideyalarına, klassik fəlsəfi irsə və müa-
sir dövrün peşəkar fəlsəfi tədqiqatlarına istinad etməklə Azərbaycanda müstəqil 
dövlət quruculuğunun elmi-nəzəri əsaslarını işləyib hazırlamış, habelə dünyada ge-
dən böyük miqyaslı ictimai-siyasi proseslərin Azərbaycan ictimai gerçəkliyində 
spesifik xüsusiyyətlərini araşdırmaqla bu sahədə daha konkret tədqiqatlar üçün yol 
açmışdır. Prof. Ramiz Mehdiyevin “XXI əsrdə milli dövlətçilik” və “Azərbaycan: 
qloballaşma dövrünün tələbləri” mövzusunda kitabları Azərbaycanda sosial-fəlsəfi 
fikrin inkişafı sahəsində ciddi addımlar hesab edilə bilər. Kitablarda köhnə ideolo-
giyadan imtina edərək yeni iqtisadi münasibətlərə və demokratik dəyərlər sisteminə 
keçən Azərbaycanın dövlət quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənə-
vi inkişaf yolu qloballaşma kontekstində nəzərdən keçirilir. Son dövrlərdə Azər-
baycanda bu problematika üzrə tədqiqatlar xeyli artmışdır ki, bu da mövzunun xü-
susi aktuallığına dəlalət edir.
Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması işində müəyyən təşkila-
ti addımlar da atılmışdır ki, bu da müstəqillik dövrünün uğurları sırasına daxil edilə 
bilər. 2002-ci ildə Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin fi-
losofları ilə əlaqəsini daha mütəşəkkil səviyyədə təmin etmək üçün Bakıda (Azər-


179
baycan Universitetində) keçirilən beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələ-
rinin bərpası istiqamətində mühüm addım oldu. Bundan sonra azərbaycanlı fəlsəfə 
tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən konfranslarda iştirakı müntəzəm 
xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis dillərində çıxan 
“Qlobalistika” ensiklopediyasının hazırlanması işinə cəlb edildilər. 2000-ci ilin av-
qustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika konq-
reslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə 
konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və 
Qazaxıstan sosioloqlarının konfransında, 2004-cü ildə Oksford Universitetində, 
2005-ci ilin avqustunda Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konf-
ranslarında, 2005-ci ilin oktyabrında Türkiyənin İzmit şəhərində keçirilən Türkdilli 
xalqların sosioloqlarının I Beynəlxalq qurultayında Azərbaycan nümayəndə heyətlə-
rinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsindən xəbər verir.
Son illərdə Bakı da bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur. 
2002-ci ildə fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan 
Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi filosofların daha 
yaxşı təşkilatlanmasına səbəb olmuş və elə həmin ildən Azərbaycanda “Fəlsəfə və 
sosial-siyasi elmlər” adlı jurnalın nəşrinə başlanmışdır. Assosiasiyanın təşəbbüsü 
ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının 100 illiyi, Kantın vəfatının 
və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 300 illiyi təntənə 
ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap etdirilimşdir ki, 
bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək sahə-
sində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasi-
yasının təşəbbüsü ilə habelə milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra 
beynəlxalq miqyaslı tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın 
görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yu-
bileyini və yubiley ərəfəsində çap olunan nəşrləri, habelə akademik Heydər Hüsey-
novun anadan olmasının 95 illik yubileyi münasibətilə görülən işləri, hər ilin no-
yabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını xüsusi qeyd 
etmək lazımdır. 2004-cü ilin oktyabrında professor Aida İmanquliyevanın yubileyi-
nə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı 
beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli 
filosofların iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə he-
sab edilə bilər. Həm də bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən 
təkrar beynəlxalq konfransda daimi fəaliyyət göstərən “Şərq və Qərb: fəlsəfələr 
arasında körpü” adlı Beynəlxalq Alimlər Assosiasiyası yaradılmışdır. Mərkəzi ofisi 
ABŞ-da yerləşən Ümumdünya Fenomenologiya İnstitutunun direktoru, professor 
Anna-Tereza Tumeniçkanın, M.V.Lomonosov adına MDU-nun kafedra müdiri Zo-
tovun, Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, professor Kənan 
Gursoyun, Qazi Universitetinin professoru Süleyman Hayrı –Bolayın, İstanbul 
Universitetinin professoru Ümit Meriçin, tanınmış türk yazıçısı və filosofu Mustafa 
Armağanın, Rusiya Fəlsəfə cəmiyyətinin birinci vitse-prezidenti, professor A.Çu-
makovun, Rusiya EA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor N.Smirnovanın, 


180
Hollandiyalı professor M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif 
konfranslarda və yubiley mərasimlərində, birgə seminarlarda iştirakı Bakıda elmi-
fəlsəfi yaradıcılıq mühitinin beynəlxalq miqyas aldığına dəlalət edir. 
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahə-
sində atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati işin, həm də el-
mi yaradıcılıq prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin