Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə169/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   307
333 felsefe muhazireler toplusu eyani

gerçəklik və reallıq
anlayışları 
vasitəsilə açılıb konkretləşdirilir. 
Gerçəklik
keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün 
şeylərin, proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə möv-
cud olan şeylər, hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sis-
temləri, şəxsi həyəcanları, fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentlə-
ridir. Gerçəkliyə daxil olan hadisələrin sürəkliliyi olduqca müxtəlifdir: bəziləri 
uzun ömürlüdür, bəziləri isə ani baş verir. Buna görə də gerçəklikdə daim yeni-yeni 
cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra isə yenilərinə 
çevrilirlər. 
Gerçəklik anlayışına sinonim olan 
reallıq
anlayışıdır. Reallıq çox geniş olub 
obyektiv və subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurun-
dan kənarda mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Kvarklar, elementar 
hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika, fiziki sahənin 
müxtəlif növləri, ictimai proseslər və s. obyektiv reallığın ayrı-ayrı elementləridir. 
İnsan şüurunda, insan təfəkküründə, insan təxəyyülündə mövcud olan gerçəklik isə 
subyektiv reallıqdır. Subyektiv reallıq insanın zehni fəaliyyətinin, daha doğrusu, 
onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan fikirlər, anlayışlar, 
mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə deyildiyi 
kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. Şifahi xalq ədəbiyyatında geniş işlə-
nən cin, şeytan, pəri, əjdaha, yaxud elmi fantastik əsərlərdə təsvir olunan müəyyən 
hadisələr subyektiv reallıqdır. İnsan şüurundan xaricdə mövcud olan obyektiv real-
lıq və onun inikası kimi ancaq insan şüurunda mövcud olan subyektiv reallıq ciddi 
surətdə fərqlənsələr də möhkəm vəhdətdə və əlaqədə olub bir-birinə qarşılıqlı təsir 
göstərirlər. Obyektiv və subyektiv reallığın bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsə-
fənin "varlıq" kateqoriyasında tapır. İnsan obyektiv reallığın məhsulu, subyektiv re-
allığın: xülyalar,
kəşflər, ixtiralar, fantaziyalar aləminin yaradıcısıdır. Deməli, o,
obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mənada varlığın mərkəzidir. 
İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq olduğuna görə informasiya-
ları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq, hifz etmək və 
sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin
yaşaması üçün 
olduqca vacibdir. 
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mənəvi varlıqdan ibarət ol-
masını xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına 
yaxındır. 
Varlıq kateqoriyası universal əlaqəni-predmetlərin, hadisələrin, ideyaların və s. 


184
mövcudluğunu özündə ifadə edir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin