Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə177/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   307
333 felsefe muhazireler toplusu eyani

1) mexaniki hərəkət;
2) fiziki hərəkət;
3) kimyəvi hərəkət;
4) bioloji hərəkət və
5) sosial hərəkət.
Bu təsnifat XIX əsrin ortalarında elm və təbiətşünaslığın verdiyi məlumatlara 
əsaslandığından, təbiidir ki, elmin bugünkü inkişaf səviyyəsi baxımından müəyyən 
dəyişikliklərə məruz qalmaya bilməz. Həmin dövrdə mexaniki hərəkət ən sadə hə-
rəkət növü hesab edilirdi və belə güman edilirdi ki, fiziki hərəkət ( istilik, elektro-
maqnetizm və s.) efir hissəciklərinin, atom və molekulların mexaniki hərəkətindən 
başqa bir şey deyildir. Deməli, belə çıxırdı ki, fiziki və digər hərəkət formalarının 
əsasında mexaniki hərəkət durur. Lakin mikrofizikanın bugünkü məlumatları sübut 
edir ki, əslində mexaniki hərəkətin özü yalnız elementar hissəciklərin çevrilməsi-
nin, elektromaqnit, nüvə, zəif və qravitasiya qarşılıqlı təsirlərinin mürəkkəb kombi-
nasiyasının nəticəsində mümkün olur. Nəhayət, o dövrdə belə güman edilirdi ki, fi-
ziki hərəkət kimyəvi hərəkət üçün baza rolunu oynayır. Lakin elm fiziki hərəkət 
haqqındakı təsəvvürlərə ciddi dəyişiklik gətirmişdir; bu gün fiziki hərəkətlə kimyə-
vi hərəkət arasındakı
 
münasibəti bir mənalı qiymətləndirmək olmaz. Mikroaləmdə 
gedən fiziki qarşılıqlı təsirlər kimyəvi hərəkəti, bu axırıncı özü isə fiziki hərəkətin 
başqa növü olan molekulyar-istilik proseslərinin mövcudluğunu şərtləndirir. 
Ümumiyyətlə, hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün 
keyfiyyətcə müxtəlif struktur təşkili səviyyələrinə malik olması ilə şərtlənir. Mate-
riyanın struktur səviyyələri onun sadədən mürəkkəbə,
 
ibtidaidən aliliyə doğru inki-
şafının pillələri olduğundan hər bir yuxarı hərəkət formasının tarixən təşəkkül tap-
masını da aşağı hərəkət formalarının inkişafının nəticəsi kimi təsəvvür etmək olar. 
Hərəkətin müxtəlif formaları arasında genetik əlaqə mövcuddur,
 
yəni hər bir yuxarı 
hərəkət forması birdən-birə deyil, yalnız aşağı formaların bazasında yaranır və on-
ları özündə əhatə edir. Lakin bu heç da o
 
demək deyildir ki, yuxarı hərəkət forması 
aşağı hərəkət
 
formaların mexaniki məcmusundan ibarətdir. Məsələn, bioloji hərəkət 
forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında yaranır və bu hər üç hərəkət 


194
formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cə-
mindən ibarət hesab etmək kobud səhv olardı. Yuxarı hərəkət forması aşağı forma-
larını özündə birləşdirir, bu birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən 
ibarətdir. Buna görə də hər bir yuxarı hərəkət forması keyfiyyət özünə məxsusluğu-
na malik olub, aşağı hərəkət formalarında fəaliyyət göstərmədən spesifik qanunlara 
tabedir. 
Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda müəyyən təkliflər də 
irəli sürülür. Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin 
formalarının qeyri-üzvi aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkat kimi üç forma-
sını qeyd edirlər. Bu bölgünü başqa şəkildə cansız təbiətdə, canlı təbiətdə və cəmiy-
yətdə hərəkət kimi də ifadə
 
edənlər var. Bu formaların hər birində yuxarıda qeyd 
olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı sintez halında fəaliyyət 
göstərirlər. Hərəkət formaları sırasında elektron hərəkəti, kosmik hərəkət, geoloji 
hərəkət və s. kimi yeni formalar təklif edənlər də vardır. Lakin onların sayını artır-
mağa ehtiyac yoxdur. Onlar hamısı qeyd olunmuş beş formanın bu və ya digər as-
pektləri, çalarlarıdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin