Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


materiya insana öz duyğusu ilə verilən



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə173/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   307
333 felsefe muhazireler toplusu eyani

materiya insana öz duyğusu ilə verilən, 
duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla surəti alı-
nan, şəkli alınan, əks olunan obyektiv reallığı göstərmək üçün fəlsəfi bir kate-
qoriyadır.
Materiyanın bu tərifi fəlsəfənin əsas məsələsinin hər iki ontoloji və qnoseoloji 


189
tərəflərinin materialistcəsinə həllini əks etdirən aşağıdakı müddəalara əsaslanır: 
a) materiya insan şüurundan xaricdə və ondan asılı olmadan mövcud olan ob-
yektiv reallıqdır; 
b) obyektiv reallıq olan materiya hiss üzvlərimizə təsir edərək duyğularımızda 
əks olunur, yəni o, dərkediləndir. 
Bununla da həmin tərif öz məzmununa görə xarici aləmin obyektiv reallığını 
və şüura nəzərən birinciliyini rədd edən həm obyektiv, həm subyektiv idealizmə, 
eyni zamanda materiya və şüuru bir-birindən asılı olmayan müstəqil substansiyalar 
sayan dualizmə, həm də dünyanın dərkedilənliyini inkar edən aqnostisizmə qarşı 
yönəlmişdir. 
Materiyanın bəhs etdiyimiz tərifi gördüyümüz kimi, son dərəcə geniş olub öz-
lüyündə materiyanın bütün məlum formalarını, habelə hələlik məlum olmayan, la-
kin dünyanın sonsuz dərk olunması prosesində kəşf oluna bilən bütün formalarını 
əhatə edir. 
Qeyd etmək lazımdır ki, müasir fəlsəfədə də materiya qədim fəlsəfədə olduğu 
kimi, dünyanın substansional əsası kimi səciyyələndirilir. Lakin bu zaman iki mo-
menti nəzərdə tutmaq lazımdır. Əvvəla, materiya substansiya olmaq etibarilə bütün 
maddi törəmələrin əsası kimi çıxış etsə də, bu, artıq qədim filosofların qəbul etdik-
ləri dünyanın dəyişməz, mütləq əsası olmayıb nisbidir. İkincisi, bu substansionallıq 
əlaməti materiyanın tərifinə daxil edilən "obyektiv reallıq olmaq" xassəsi ilə üzvi 
əlaqədədir. Materiyanın şüura nəzərən birinciliyinin və onun mövcudluğunun şüur-
dan asılı olmamasının qəbul edilməsi materiyanın substansiya kimi səciyyələndiril-
məsini fərz edir. Bu sonuncusu əsas qnoseoloji məsələ daxilində materiya və şüu-
run bir-birinə qarşı qoyulmasının nisbiliyini aşkara çıxararaq göstərir ki, həmin 
əksliyin yalnız çox məhdud bir hüdud daxilində mütləq əhəmiyyəti vardır: burada 
onun əhəmiyyəti yalnız onlardan hansının birinci və hansının ikinci götürülməsi ki-
mi əsas qnoseoloji məsələ dairəsindədir. Bu dairədən kənarda məlum olur ki, onla-
rın hər ikisi mövcuddur. 
Fəlsəfi kateqoriya kimi materiya anlayışı onun haqqındakı təbii-elmi təsəvvür-
lərlə əlaqədar olsa da, ondan əsaslı surətdə fərqlənir. Materiyanın fəlsəfi anlayışı öz 
əhatə dairəsinə görə onun haqqındakı təbii-elmi təsəvvürlərdən daha geniş olub, so-
nuncular inkişaf etdikcə daha da zənginləşir. Lakin bu anlayış daha geniş və ümumi 
olduğundan idrakın inkişafı gedişində əsaslı dəyişikliklərə məruz qalan, bəzən hətta 
aradan qalxaraq yeniləri ilə əvəz olunan təbii-elmi təsəvvürlərdən fərqli olaraq heç 
vaxt kökündən dağılaraq aradan qalxmır. Buna görə də materiyanın fəlsəfi anlayışı-
nı qətiyyən onun haqqındakı konkret təsəvvürlərlə eyniləşdirmək olmaz. Çünki 
bunlar fəlsəfi və təbii-elmi kimi iki müxtəlif məsələdir və onların eyniləşdirilməsi 
XIX-XX əsrlərin qovşağında olduğu kimi, materiya anlayışına qarşı mübarizəsində 
idealizmə əsas verir. 
Məlum olduğu kimi, materiyaya mexaniki-metafizik baxış XIX əsrin sonuna-
dək öz hakim mövqeyini saxiamışdı. Doğrudur, XIX əsrin son rübündə bəzi təbiət-
şünaslar (rus kimyaçısı D.İ. Mendeleyev, ingilis alimləri V.Kruks və E.Rezerford) 
atomu nə isə dəyişməz, əbədi və ən sadə bir şey, materiyanın "bölünməz" və "so-


190
nuncu" hissəciyi sayan hakim fikrə şərik olmayaraq onun mürəkkəbliyini söyləmiş-
dilər. F.Engels də 80-ci illərdə atomun mürəkkəbliyi fikrinə şərik çıxaraq yazır-
dı:"... atomlar heç də bəsit bir şey deyildir. Maddənin bizə məlum olan, ümumiy-
yətlə, ən kiçik hissəciyi deyildir". Bununla belə materiyaya metafizik baxış XIX
 
əs-
rin sonlarınadək davam etmişdir. 
Yalnız XIX əsrin sonlarında fizikadakı bir sıra kəşflər, xüsusilə radioaktivliyin 
(1896) və elektronun kəşfi (1897) sayəsində atomun mürəkkəbliyi və dəyişkənliyi, 
bir kimyəvi elementin atomunun digər elementin atomuna çevrilənliyi aşkar edildi. 
Məlum oldu ki, atomlar daha kiçicik materiya hissəciklərindən təşkil olunmuş mü-
rəkkəb sistemlərdir. Bu kəşflərin mahiyyətini başa düşməyən və materiyanın fəlsəfi 
anlayışını onun haqqındakı təbii-elmi təsəvvürlərlə eyniləşdirən maxistlər "fiziki" 
idealizm mövqeyindən çıxış edərək həmin təsəvvürlərin aradan qalxmasını materi-
yanın özünün aradan qalxaraq "yox olması " kimi izah etdilər.
 
Bu, maxistlərin ma-
teriyanın fəlsəfi anlayışı ilə onun haqqındakı təbii-elmi təsəvvürlərin münasibətini 
anlamadıqlarını göstərir. Yalnız fəlsəfə üçün deyil, həm də fizika və bütövlükdə tə-
bii-elmi idrak üçün mühüm metodoloji əhəmiyyəti olan bu məsələni ancaq dialekti-
kanın tətbiqi əsasında aydınlaşdırmaq mümkündür. Həmin məsələyə dialektikcəsi-
nə yanaşdıqda aydın olur ki, dünyanın hər bir konkret, elmi (mexaniki, elektromaq-
nit, kvant-mexaniki və s.) mənzərəsində bir-birilə bağlı olan iki cəhət vardır: təbii-
elmi və fəlsəfi. Materiyanın quruluşu və xassələri haqqında təbii-elmi nəzəriyyələr 
maddi cisimlərin quruluşu, onların hərəkət formaları, qarşılıqlı təsirləri haqqında 
təsəvvürləri ilə, bu maddi obyektlərə, nə kimi konkret fiziki və kimyəvi xassələr is-
nad verilməsi ilə fərqlənir. Materiya haqqında nəzəriyyənin fəlsəfi cəhətinə gəldik-
də isə o, fiziki məzmunca müxtəlif olmasına baxmayaraq, fiziki aləmin maddiliyi-
nin, obyektivliyinin qəbul olunması ilə bağlıdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin