Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Tarixi inkişaf baxımından materiyanın üç səviy-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə175/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   307
333 felsefe muhazireler toplusu eyani

Tarixi inkişaf baxımından materiyanın üç səviy-
yəsini, növünü, yaxud formasını fərqləndirmək olar: a) qeyri-üzvi, yaxud can-
sız materiya, b) üzvi, yaxud canlı materiya, v) ictimai-mütəşəkkil materiya.
Materiyanın birinci formasına bütün cansız təbiət və onun müxtəlif sistemləri, ikin-
ci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün ictimai 
sistemlər, onların müxtəlif növləri daxildir. Materiyanın inkişaf səviyyələrinin, 
növlərinin hər biri olduqca mürəkkəb olub, çox müxtəlif ünsürlərdən təşkil olun-
muş sistemlər kimi çıxış edirlər. 
 
§ 3. Hərəkət materiyanın mövcudluq formasıdır 
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar belə bir ümum-
fəlsəfi nəticə çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir re-
allıq mövcud deyildir. Bizi əhatə edən hər bir predmet və hadisədə həmişə bir-biri-
nə əks olan iki momenti görmək mümkündür: bir tərəfdən obyekt öz keyfiyyət mü-
əyyənliyini, bütövlüyünü və dayanıqlığını müəyyən zaman intervalı ərzində qoru-
yub saxlayaraq, sanki özünə bərabər qalır. Digər tərəfdən isə bəşər praktikası sübut 


192
edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər qalması nisbi xa-
rakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez predmetin 
yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet və ya hadisənin 
sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına gətirib çıxaran 
dəyişilmələr isə arasıkəsilməz proses olduğundan obyektlərin zəruri tərəfləri kimi 
çıxış edən sükunət momenti nisbi, dəyişkənlik isə mütləq xarakter daşıyır. Dünyaya 
olan bu dinamik baxış tarixən müxtəlif formalar alan fəlsəfi hərəkət konsepsiyanı 
meydana gətirmişdir. 
Fəlsəfədə 
hərəkət 
dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. 
Materializmə görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən 
ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik
 
prosesindən kənarda heç bir 
şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun "mövcudluq üsulu" 
kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə geniş təfsiri bütün tarixi dövrlər 
üçün xarakterik deyildir. 
Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili 
fəallığı və hərəkətliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt ki-
mi təsəvvür olunurdu, Belə bir dünyaduyumu, ümumiyyətlə dəyişkənlik kimi başa 
düşülən, mücərrəd hərəkət kateqoriyasını doğula bilməzdi. Təsadüfi deyildir ki, ilk 
yunan filosoflarının əsərlərindən bizə qədər gəlib çatmış fraqmentlərin heç birində 
hərəkəti ifadə edən mücərrəd terminlərə rast gəlmirik. Məsələn, Anaksimandr heç 
vaxt dünyanın ilk başlanğıcını - apeyronu əbədi hərəkətdə olan varlıq kimi deyil, 
"qocalmayan", "ölməyən'' və "məhv olmayan" kimi xarakterizə edir. Hətta qədim 
yunan dialektikasının nəhəng siması olan Heraklit belə ''hərəkət'', "dəyişiklik" və s. 
kimi mücərrəd sözlər işlətmir; universal ümumdünya prosesini o, "yuxarı - aşağı 
yol" - oddan dünyanın təşəkkül tapması və axırıncının yenidən oda çevrilməsi kimi 
ifadə edir. 
Hərəkət və sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız Eley filosofları 
diskussiya predmetinə çevirdilər. Bu vaxta qədər sarsılmaz və özlüyündə aşkar bir 
həyat faktı qavranılan hərəkətin mövcudluğuna olan "anadangəlmə" inam şübhə al-
tına alındı. Eley fəlsəfəsi hərəkət məsələsini məhz bir problem kimi bütün kəskinli-
yi ilə qədim yunan mütəfəkkirləri qarşısında qoydu. Lakin Eley məktəbi hərəkət 
problemini yalnız qoymaqla kifayətlənərək, onu nəzəri təhlilə cəlb etmədi. Fəlsəfi 
hərəkət konsepsiyasının formalaşmasında son dərəcə mühüm bir addımı Empedokl 
və Anaksaqor atdılar: onlar ilk dəfə olaraq hərəkətin mənbəyi (Empedoklda məhəb-
bət və nifrət,

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin