Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə172/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   307
333 felsefe muhazireler toplusu eyani

substansiya
(lat. substantio-əsasda duran deməkdir) kateqo-
riyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə, o cümlədən materiyanın ayrı-
ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu halda, substansiya 
olmaq etibarilə materiyanın mövcudluğunun səbəbi onun özündədir: materiya özü-
özünün səbəbidir. 
Atomizm təliminin əsasını qoyan Qədim Yunan filosofları
Levkipp, Demokrit 
və Epikür materiyanın atom quruluşu fərziyyəsini irəli sürərək bildirmişlər ki, möv-
cud olan bütün
şeylər ən kiçicik, dəyişməz və bölünməz hissəciklər olan atomlar-
dan (yunan sözü olub bölünməz deməkdir) təşkil olunmuşdur.
Atomistika fərziyyə-
sində materiya özünün ölçü və formalarına görə fərqlənən bölünməz, dəyişməz his-
səciklərlə eyniləşdirilir və gerçəkliyin bütün müxtəlifliyinin, dünya binasının ilk 
kərpiccikləri sayılan bu hissəciklərin müxtəlif birləşməsi və qarşılıqlı təsirinin nəti-
cəsi kimi izah edilirdi. 
Sonralar, xüsusilə XVII-XVIII əsrlərdə materiyanın quruluşu və xassələri haq-
qında biliklər inkişaf edərək dəyişsə də, o dövrün təbiətşünasları və filosofları yenə 
də materiyanı onun
növlərindən biri olan maddə ilə, hərəkətdən, daxili fəallıqdan 
məhrum, inert (ətalətli) bir şey kimi baxılan kütlə ilə eyniləşdirir, maddəyə isə də-
yişməz, bölünməz atomların məcmusu kimi baxırdılar. 
Bununla yanaşı, XVII-XVIII əsrlər fəlsəfəsində materiya haqqında təbii-elmi 
təsəvvürlərə nisbətən daha ümumi olan vahid maddi substansiya anlayışı yaratmaq 
kimi mütərəqqi meyl meydana çıxır. Artıq Holland filosofu B.Spinoza (1632-1677) 
atomlardan deyil, substansiyadan, ümumiyyətlə, materiyadan bəhs edirdi. B.Spino-
za və xüsusilə substansiya anlayışının işlənilməsi kimi mütərəqqi meylin ifadəçiləri 
olan XVIII əsr fransız materialistləri materiyanın daha geniş və tam fəlsəfi tərifini 
verməyə cəhd etmişlər
 
(substansiya latınca "substancia" sözündən olub mahiyyət, 
ilkin əsas deməkdir). Məsələn, P.Holbax materiyanı artıq maddi obyektlərin konk-
ret fiziki və ümumiyyətlə, xüsusi növləri və xassələri ilə eyniləşdirməyərək ona fəl-
səfi kateqoriya kimi tərif verməyə cəhd etmişdir. O yazırdı ki, bizə nəzərən materi-
ya, ümumiyyətlə, duyğu orqanlarımıza hər hansı şəkildə təsir edən hər şeydir. 
"Hisslərimizə təsir edən hər şey materiyadır". Lakin materiyanın mahiyyətcə düz-


187
gün olan bu tərifi kifayət qədər təbii-elmi materialın olmaması və metafizik məh-
dudluq üzündən lazımınca əsaslandırılmamışdı və məzmunca məhdud idi. Yəni 
materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli kütlə kimi dəyişməz xassələrin 
isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də materiya anlayışına tərif vermək 
üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. Belə ki, bizim hisslərimizə yalnız 
maddi deyil, mənəvi hadisələr də təsir edir və müəyyən şəraitdə sonuncuların təsiri 
daha güclü olur. 
Metafizik materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya 
haqqında fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun obyek-
tivliyini, "bizdən xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu qeyd 
etsə də, materiyaya fəlsəfi tərif verməyərək onu materiyanın konkret növləri ilə ey-
niləşdirirdi. O yazırdı ki, təbiət işıqdır, elektrikdir, maqnetizmdir, havadır, sudur, 
oddur, torpaqdır, heyvandır, bitkidir, insandır. Beləliklə, L.Feyerbax da materiya 
anlayışının onun konkret növlərinə münasibəti məsələsini düzgün həll edə bilməyə-
rək onları eyniləşdirmişdi. 
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti 
olan bu vacib məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin 
baniləri fəlsəfi kateqoriya olmaq etibarilə materiya anlayışının məzmununu açaraq 
göstərdilər ki, materiya şüurdan asılı olmadan mövcud olan və duyğu orqanlarımıza 
təsir edərək şüurumuzda əks olunan obyektiv reallığı ifadə edir. Məsələn, F.Engel-
sə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz duyğu ilə qavranılan müxtə-
lif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən sərfnəzər edərək 
onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də materiyanın fəl-
səfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən və 
ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvür-
lərlə eyniləşdirmək olmaz. 
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX 
əsrin sonu XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş 
verən və materiya haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiət-
şünaslıqda əsl inqilab yaradan kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mü-
hüm əhəmiyyət kəsb etmişdi. 
Məlum olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və 
filosoflar materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz 
hissəciyi sayılan atomla eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni kəşf-
lər, birinci növbədə, radioaktivliyin (1896) və elektronun (1897) kəşfi atomun mü-
rəkkəbliyini, daha kiçik hissəcik olan elektronlardan təşkil olunduğunu aşkara çı-
xartdı. Materiyanı bölünməz sayılan atomların məcmusu kimi başa düşməkdə da-
vam edən "fiziki" idealistlər atomun mürəkkəbliyi faktının müəyyənləşdirilməsin-
dən atomun maddilikdən çıxması, materiyanın heç bir maddi daşıyıcısı
olmayan xa-
lis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək "yox olması" nəticəsini çı-
xartdılar. Məsəbn, L.Ulviq "Elmlərin təkamülü" kitabının "Materiya mövcuddur-
mu?" fəslində yazırdı ki, "atom materiyalıqdan çıxır, materiya yox olur". Bu fikir 
bir sıra digər alimlərin əsərlərində də öz əksini tapmışdı. 


188
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-
elmi tərifini fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın 
fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika 
həll etməlidir. Məhz bu sadə və mühüm həqiqəti anlamadıqlarından "fiziki" idea-
listlər materiyanın mürəkkəb quruluşa malik olduğunun aşkar edilməsini "materi-
yanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın quruluşu haqqın-
da elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun 
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi 
qətiyyən "materiyanın yox olmasına" dəlalət etmir. 
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klas-
sik mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların 
aradan qalxmasına "əsaslanırdılar". 
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük 
kütləli və yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi 
onların nisbi sükunət halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələ-
rindən asılı olmayaraq, dəyişməz qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsi-
nin yaradılması göstərdi ki, elektronun kütləsi mütləq, dəyişməz olmayıb onun ya-
ratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq dəyişir, belə ki, elektro-
nun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli, elektron iki küt-
ləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının öl-
çüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də 
"materiyanın yox olması" kimi şərh edildi. 
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseo-
loji cəhətdən dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin 
məğzinin təhlili göstərir ki, həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq, 
dəyişməz sayılan bəzi xassələrinin yox olması və materiyanın bəzi hallarına məx-
sus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə, materiyanın həmin xassələri-
nə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması deməkdi. 
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxı-
mından materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, xassə-
ləri ilə bağlılıqdan azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və 
hər dəfə yeni kəşflərlə əlaqədar olaraq materiyaya yenidən tərif verilməsi lüzumu 
meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsini mühüm 
vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi inkişafının nai-
liyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi mübarizənin nəticələri-
ni, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları, ən yeni kəşfləri təhlil 
edib ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən 
əsaslandırılmış belə tərif vermək olar: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin