Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


III HİSSƏ  FƏLSƏFƏNİN NƏZƏRİ PROBLEMLƏRİ



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə168/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   307
333 felsefe muhazireler toplusu eyani

III HİSSƏ 
FƏLSƏFƏNİN NƏZƏRİ PROBLEMLƏRİ 
 
VII FƏSİL 
FƏLSƏFƏDƏ VARLIQ VƏ MATERIYA PROBLEMI 
 
 
§ 1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası 
§ 2. Materiyanın elmi-fəlsəfi anlayışı 
§ 3. Hərəkət materiyanın mövcudluq formasıdır 
§ 4. Məkan və zaman materiyanın mövcudluq formalarıdır
 
§ 1. “Varlıq” anlayışı, onun əsas formaları və dialektikası 
"Varlıq" fəlsəfi dünyagörüşünün əsasında duran mühüm anlayışlardandır. Fəl-
səfənin əsas məsələsinin-təfəkkürlə varlığın ruhla təbiətin münasibətinin həlli ilə 
əlaqədar olaraq "varlıq" kateqoriyası və varlıq haqqında təlim olan ontologiya ətra-
fında həmişə kəskin mübahisələr getmiş və indi də getməkdədir. Çünki fəlsəfi dü-
şüncələr üçün bu anlayışın mənası və əhəmiyyəti olduqca böyükdür. 
İnsanın həyat fəaliyyəti, adətən, qəbul olunan bəzi sadə və anlaşıqlı ilkin şərt-
lərə əsaslanır. Onların içərisində birincisi və universal olam insanın belə bir inamı-
dır ki, dünya vardır, o, müəyyən məkan və zamanda mövcuddur, onda nə kimi də-
yişikliklərin baş verməsindən asılı olmayaraq, o həmişə saxlanılır. Bəzi filosoflar 
bildirirlər ki, dünya hər yerdə mövcuddur, eyni zamanda əbədidir. Başqaları isə id-
dia edirlər ki, dünya məkan və zaman etibarilə sonludur, onun əvvəli və axırı var-
dır. 
Varlıq probleminin birinci aspekti məhz varlıq haqqında fikirlər zənciri, hər bi-
ri sonrakı məsələnin qoyuluşunu doğuran suallara verilən cavablardır: Nə mövcud-
dur? Dünya harada mövcuddur? Burada və hər yerdə. O nə müddətə mövcuddur? 
İndi və həmişə. Bəs ayrı-ayrı şeylər, orqanizmlər, adamlar nə müddətə mövcuddur? 
Onlar sonlu və keçicidir. Yəni onlar yaranır, inkişaf edir və müəyyən müddətdən 
sonra ölüb gedirlər, lakin yox olmurlar, yeni formalar kəsb edir, başqa cisimlərə 
çevrilirlər. Problemin kökü, mənası, təbiətin keçici olmayan varlığının şeylərin 
müxtəlif hallarının ötəri olan varlığı ilə ziddiyyətli vəhdətindədir. Tam kimi dünya-
nın varlığı dünyada mövcud olan bütün şeylərin varlığından ayrılmazdır. 
Varlıq probleminin ikinci aspekti bundan ibarətdir ki, özlərinin mövcudluq for-
malarına görə müxtəlif olan təbiət, insan, fikirlər, ideyalar, cəmiyyət eyni dərəcədə 
mövcud olub, hər şeydən əvvəl öz mövcudluqlarına görə sonsuz, keçici olmayan 
dünyanın bütöv vəhdətini əmələ gətirirlər. 
Varlıq probleminin üçüncü aspekti bundan ibarətdir ki, hər bir adam öz prakti-
ki fəaliyyətində dünyanın vəhdətinin ilkin şərtini təşkil edən mövcudluğu qəbul 


183
edir. O həm də sadəcə olaq dünyanın var olması, daim mövcud olması haqqında 
deyil, həmçinin özlüyündə dünyanın bir-birindən fərqlənən cisimlərinin vəhdətində 
mövcud olması haqqında fikri də qəbul edir. İnsana dünyanın proseslərindən baş 
çıxarmağa imkan verən anlayışlar sistemində "varlıq" kateqoriyası və ona sinonim 
olan "gerçəkli" və "reallıq" anlayışları xüsusi yer tutur. Ontologiyanın ən geniş an-
layışı olan varlıq kateqoriyasının mahiyyətini dərk etmək və onu fəlsəfi kateqoriya 
kimi səciyyələndirmək üçün gerçəklik və reallıq anlayışlarına nəzər salmalıyıq. 
Ona görə ki, varlıq kateqoriyasının məzmunu məhz 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin