Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


analiz (təhlil) və sintezdir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə208/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   307
333 felsefe muhazireler toplusu eyani

analiz (təhlil) və sintezdir. 
Elmi idrakda 
təhlil və sintezin mühüm rolu vardır. Elmi idrak bunlarsız keçinə bilməz. Təhlil elə 


226
bir idrak əməliyyatıdır ki, burada tədqiq edilən obyekt, onu daha ətraflı öyrənmək, 
onun ayrı – ayrı cəhətlərini aşkara çıxarmaq məqsədi ilə hissələrinə ayrılır və öyrə-
nilən hadisəni anlamağa imkan verir. Təhlilin məqsədi budur ki, mürəkkəb vahidin 
hissələri, ünsürləri dərk olunsun, onlar arasındakı əlaqə və tamam inkişafının qanu-
nauyğunluğu müəyyən edilsin. Əgər biz cəmiyyətin nə kimi ünsürlər-dən əmələ 
gəldiyini bilməsək, heç zaman onun mahiyyətini də anlamarıq, ondakı müxtəlif ün-
sürlərin münasibətini aydınlaşdıra bilmərik. Təhlil tədqiqat metodu kimi bütün 
elmlərdə geniş tətbiq edilir. (kimyada maddələrin kəmiyyət və keyfiyyət təhlili, tor-
pağın fiziki – kimyəvi və bioloji təhlili, iqtisadi və digər ictimai hadisələrin kəmiy-
yət və keyfiyyət təhlili, dilin məntiqi təhlili və s.) Təhlilin forma növləri müxtəlif-
dir, bunlar öyrənmənin məqsədindən, tədqiq edilən obyektin təbiətindən asılıdır. 
Təhlil ilə sintezin vəhdəti dialektik təfəkkür metodunun ən mühüm tələblərindən 
biridir. Sintez təhlil zamanı ayrılmış hissələri tam halında birləşdirir və ümumiləş-
dirir, bir tam kimi götürülən obyekt haqqında bilik verir. Obyekti daha tam dərk et-
mək üçün ayrılmış cəhətləri və ya hissələri elə birləşdirmək lazımdır ki, predmetə 
xas olan vəhdət pozulmasın. Burada sintez köməyə gəlir. Sintez müxtəlif cəhətləri 
vahid bir tam halında fikrən birləşdirməkdən, obyektin təhlil yolu ilə ayrılmış və 
öyrənilmiş xüsusiyyətlərinin ümumiləşdirilməsindən ibarətdir. Sintez təhlilin verdi-
yi məlumatları müqayisə etməyə, başlıca, mühüm olanı seçməyə, həmçinin pred-
metin yeni xassəsini aşkara çıxarmağa imkan verir. Sintez təhlilin əsasında həyata 
keçirilir. Sintez zamanı əldə edilən bilik qabaqkı təhlil əsasında hasil edilir.
Elmi idrakda 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin