223
Kopernikin heliosentrik sisteminin təsəvvürləri də bütövlükdə reallığa tam adekvat
deyildir. Bu natamamlığa səbəb sadəcə olaraq astronomik müşahidələrin çatışmama-
sı idi. Bu sahədə mövcud olan boşluğun doldurulmasında Keplerin kəşfləri müstəsna
rol oynadı. Kepler, Tixo Bragenin təcrübələrinə əsaslanaraq göstərdi ki, planetlər Gü-
nəş ətrafında çevrələr üzrə deyil, ellipslər üzrə hərəkət edirlər. Müasir astronomiya
planetlərin trayektoriyalarını və hərəkət qanunlarını daha dəqiq hesablamışdır. Gətiri-
lən misallar obyektiv həqiqətin tarixən inkişaf etdiyini və yeni kəşflər sayəsində də-
qiqləşdiyini göstərir. Konkret tarixi şəraitdən asılı olan obyektiv həqiqətin idrakın ba-
xılan inkişaf səviyyəsində əldə edilmiş dəqiqlik, tamlıq dərəcəsini ifadə edən forması
nisbi həqiqət adlanır. İnsan idrakını, o cümlədən elmin inkişafı nisbi həqiqətlərin bir-
birini əvəz etməsi prosesidir. Zaman ötdükcə həqiqət insan tərəfindən daha tam, daha
dolğun formada dərk olunur.
Hadisə haqqında qazanılmış dolğun, hərtərəfli bitkin formada olan, elmin və
praktikanın sonrakı inkişafı ilə təkzib olunmayan bilik mütləq həqiqət adlanır. Tez-
tez soruşulur: mütləq həqiqəti dərk və ifadə etmək mümkündürmü? Bu suala mənfı
cavab verən aqnostiklər öz fikirlərini, adətən, bununla əsaslandırırlar ki, insanlar
idrak prosesində ancaq nisbi həqiqətlər ilə iş görürlər. Onlar nisbi həqiqətləri ya-
rımçıq və gerçəkliyə tam adekvat olmayan biliklər adlandıraraq belə nəticə çıxarır-
lar ki, obyekti tam, bitkin, adekvat əks etdirən bilik əldə edilə bilməz. Lakin aqnos-
tiklərin fikri ilə razılaşmaq olmaz. Düzdür, hadisə mürəkkəbləşdikcə onun haqqın-
da mütləq həqiqəti dərk etmək bir o qədər çətin olur. Bununla belə mütləq həqiqət
mövcuddur və biz onu insan idrakının can aldığı son hüdud, ali məqsəd kimi başa
düşməliyik. Hər bir nisbi həqiqət insanı bu məqsədə aparan pillədir, addımdır.
Nisbi və mütləq həqiqət obyektiv həqiqətin müxtəlif səviyyələri və formaları-
dır. Konkret biliklərimiz cəmiyyətin, elmin, texnikanın inkişaf səviyyəsindən asılı
olan nisbi həqiqətlərdir. İdrakın səviyyəsi yüksəldikcə biz mütləq həqiqətə daha
çox yaxınlaşırıq. Lakin tarixi inkişafın hər bir mərhələsində biz dünyanın yeni-yeni
qanunauyğunluqlarını kəşf edərək onun haqqında daha dolğun, daha bitkin biliklər
əldə edə bildiyimizdən bu proses sonsuz davam edə bilər. Obyektiv həqiqətin bir
nisbi formasından digərinə keçilməsi dialektikanın idrak prosesində təzahürünün
ifadəsidir. Mütləq və nisbi həqiqətlərin dialektikası haqqında deyilənləri aşağıdakı
nəticə ilə yekunlaşdıra bilərik;
Dostları ilə paylaş: