Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə201/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   307
333 felsefe muhazireler toplusu eyani

duyğu, qavrayış, təsəv-
vür
, təxəyyül və emosiyalardır. Soruşula bilər: dünyanı dərk edə bilmək üçün insa-
nın hiss orqanlarının sayı kifayətdirmi? Müasir elm sübut etmişdir ki, insanın hiss 
orqanlarının sayı dünyanı bir küll halında dərk etmək üçün kifayət qədərdir. Məsələ 
burasındadır ki, hissi qavrayışlara müyəssər olmayan cisim və hadisələri insan icti-
mai praktikada duyğu və təfəkkürün qarşılıqlı əlaqəsi zəminində dərk edir. İnsanın 
duyğu orqanlarının fəaliyyəti başa çatdığı yerdə onun rasional idrakı, məntiqi təfək-
kürü fəaliyyətə başlayır. İnsan duyğular vasitəsilə dərk edə bilmədiklərini məntiqi 
təfəkkür, ağıl və zəka vasitəsilə dərk edir. Ətraf aləmin dərk edilməsi dərəcəsi insa-
nın duyğu orqanlarının bioloji kamilliyi ilə deyil, ictimai praktika zəminində onun 
əqli inkişaf səviyyəsi ilə müəyyən olunur. 
 
§ 3. İdrak prosesində praktikanın rolu 
İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyət kəsb məsələlərdən biri praktika 
problemidir. İdrak nəzəriyyəsində praktikanın həlledici rolu bu fəlsəfi kateqoriya-
nın xüsusi və diqqətli təhlilini tələb edir. 
Fəlsəfə tarixində müxtəlif cərəyanların nümayəndələri "praktika" anlayışının 
məzmununu müxtəlif cür anlamışlar. Obyektiv idealist və böyük dialektik olan He-
gel praktika dedikdə "mütləq" ideyanın, daha sonra isə insan şüurunun "iradə fəa-
liyyətini" başa düşürdü. Subyektiv idealizmə görə isə praktika insanların zəka, ira-
də, intuisiya ilə şərtlənən psixi fəaliyyətidir. Bununla da subyektiv idealizmdə in-
san fəaliyyətinin maddi tərəfi onun psixi fəaliyyətinin funksiyası, nəticəsi kimi başa 
düşülərək bir növ onun içərisində əridilirdi. Halbuki idrakın mənbəyi insanların fə-
al, maddi-praktiki fəaliyyətində, onun dünyanı dəyişdirən ictimai-tarixi praktikasın-
da və birinci növbədə, istehsal əmək fəaliyyətində axtarılmalıdır. 
Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən maddi, hissi-
predmetli, məqsədyönlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial ob-
yektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. Praktika in-
san cəmiyyətinin və idrakın inkişafının hərəkətverici qüvvəsini, əsasını təşkil edir. 
İstər öz məzmununa, istərsə də həyata keçirilməsi üsullarına görə praktika ictimai 
xarakter daşıyır. Müasir praktika öz strukturu etibarilə mürəkkəb sistem olub, in-
sanların real tələbatlarını, məqsədlərini, ayrı-ayrı fəaliyyət formalarını, hərəkətləri-


219
ni, onların motivlərini, məqsədə çatmağın üsul və vasitələrini və nəhayət, fəaliyyə-
tin nəticələrini ehtiva edir. 
İnsanların məqsədyönlü maddi fəaliyyət formaları müxtəlifdir. Onlar həm icti-
mai istehsal prosesində, həm elmi idrakda, həm də siyasi sahədə fəaliyyət göstərir-
lər. Bu baxımdan praktikanın aşağıdakı formalarını fərqləndirmək olar: 
1) 
Praktikanın əsas və müəyyənedici forması olan maddi istehsal fəaliyyəti; 
2) 
İstehsal münasibətləri, əməyin təşkili, sosial fəaliyyət - siyasi mübarizə, sinfi 
toqquşmalar, milli-azadlıq hərəkatları, sosial inqilablar, müharibələr; 
3) 
Obyektin dərk edilməsi məqsədilə həyata keçirilən eksperimental fəaliyyət, 
o cümlədən kosmik texnika, cihaz və elektron hesablayıcı maşınların tətbiqi ilə 
aparılan elmi müşahidələr; 
4) İnsanların ailə-məişət sahəsindəki fəaliyyəti. 
İdraka münasibətdə praktika üç qat rol oynayır. 
Əvvəla
, praktika idrakın mənbəyi, əsası və hərəkətverici qüvvəsi olub, ona 
ümumiləşdirmək və nəzəri cəhətdən işləmək üçün zəruri olan faktiki materiallar ve-
rir. Bununla da praktika idrakı durmadan yeni-yeni materiallarla qidalandıraraq onu 
real həyatdan ayrı düşməyə qoymur. İdraka göstərilən cəhd insanın praktiki fəaliy-
yəti ilə birlikdə yaranır. İnsanın həyat mənafeyi onun praktiki fəaliyyətinin gedişin-
də daim dəyişdirdiyi gerçəkliyin bütün sahələrinin dərk edilməsini tələb edir. Tarix 
göstərir ki, elmi idrak, edilən elmi kəşflər insanların həyatı, praktiki tələbləri ilə 
şərtlənib bilavasitə bəşər praktikasının inkişafından irəli gəlir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin