Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə198/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   194   195   196   197   198   199   200   201   ...   307
333 felsefe muhazireler toplusu eyani

birinci pilləsi
hissi idrakdır. 
Hissi 
idrak
xarici aləmin cisim və hadisələrinin insan beynində 
bilavasitə, konkret ini-
kasından 
ibarət psixi prosesdir. Hissi idraka verilən bu xarakteristikadan aydın 
olur ki, idrak forması olmaq etibarilə hissi idrakın iki başlıca əlaməti vardır.
Əvvəla
, hissi idrak gerçəkliyin bilavasitə inikasıdır. O, hiss üzvləri vasitəsilə 
xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır. İnsan bələd olmadığı bir şeyi öy-
rənmək qərarına gəldikdə, hər şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əli ilə 
ona toxunur, dadına, rənginə baxır və i.a. Şeylərin bilavasitə canlı seyri idrak yo-
lunda başlanğıc mərhələ, 
birinci addımdır
. Hiss üzvləri bir növ elə qapılardır ki, 
bunların vasitəsilə xarici aləm insan şüuruna daxil olur. 
İkincisi,
hissi idrak gerçəkliyin konkret inikasıdır. Bu o deməkdir ki, hissi id-
rakın elementləri, o cümlədən, duyğu və qavrayış konkret insana məxsusdur, rasio-
nal idrak formalarından fərqli olaraq hissi idrak formaları ümumiliyə malik deyil-
dir. Anlayışlardan fərqli olaraq insan öz duyğu və təsəvvürlərini kiməsə olduğu ki-
mi verə bilməz, onları maddiləşdirib başqaları ilə bölüşdürə bilməz. 
Hissi idrak amorf olmayıb, mürəkkəb struktura malikdir. Hissi idrakın forma-


216
ları 
duyğu, qavrayış və təsəvvürdür. 
Duyğu
insan idrakının və ümumiyyətlə, insan şüurunun ən sadə elementidir. 
Duyğu biliklərimizin yeganə mənbəyidir, duyğuların mənbəyi isə obyektiv reallıq-
dır. Duyğu predmetin ayrı-ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin insan 
şüurunda inikasıdır. Predmetlər isti və soyuq, hamar, yaxud kələ-kötür, acı və ya-
xud şirin ola bilər ki, onların bu və bir sıra başqa xassələri hiss üzvlərimizə təsir 
göstərərək bizdə müəyyən duyğular yaradır. Orqanizm bu təsirləri, hər biri mürək-
kəb əsəb mexanizmi olan analizatorlar vasitəsilə ayırır. Bu mexanizm informasiya-
nı ötürən qəbuledici cihazdan - reseptorlardan, periferiyadakı reseptorları idarə 
edən müvafiq beyin şöbəsindən və reseptorlardan beyinə gələn əsəb kanallarından 
ibarətdir. İnsan orqanizmindəki analizatorlar yüksək dərəcədə ixtisaslaşmışlar: on-
lardan hər biri cisimlərin tükənməz xassələrindən yalnız müəyyənini seçərək təhlil 
edir. Buna uyğun olaraq reseptorlarla idarə olunan əsəb mərkəzinin həyəcanlanması 
zamanı beyində yaranan psixi proseslər - duyğular da yüksək dərəcədə ixtisaslaş-
mışlar. Məsələn, lamisə -cisimlərin temperaturu, görmə - cisimlərin forması, rəngi, 
eşitmə - mühitin rəqsləri haqqında məlumat verir. Elmi dəlillərlə sübut edilmişdir 
ki, "informasiya qabiliyyəti" baxımından insanda birinci yerdə görmə, ikinci yerdə 
lamisə, sonra isə eşitmə, dad və iybilmə durur. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin