Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə200/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   307
333 felsefe muhazireler toplusu eyani

tə-
səvvür 
fəaliyyətə başlayır. 
Həm duyğu, həm də qavrayış ancaq predmetlə bilavasitə təmasda yaranır. La-
kin predmetin bizə təsirindən müəyyən vaxt ötdükdən sonra da biz beynimizdə 
onun obrazını canlandıra bilirik. Qavrayış əsasında yaranan bu hissi obraz təsəv-
vürdür.
Təsəvvür 
qavrayışın bir növ reproduksiyasıdır. Buna görə də cismin təsəvvür-
də bərpa olunan obrazı qavrayışda verilən obrazından müəyyən cəhətlərinə görə 
fərqlənir:
Əvvəla
, təsəvvür qavrayışa nisbətən daha ümumidir, idrakın məqsədəuyğunlu-
ğu təsəvvürdə daha güclüdür, təsəvvürdə predmetin insanı maraqlandıran cəhətləri 
ön plana çəkilir və qeyri-mühüm tərəflərdən sərfnəzər edilir. Buna görə də təkcə bi-
lavasitə qavranılan predmetləri deyil, hətta heç bir zaman qavramadığımız predmet-
ləri də təsəvvür etmək mümkündür, çünki təsəvvür yalnız yaddaş ilə deyil, həm də 
təxəyyül 
və 
fantaziya 
ilə bağlıdır. Məsələn, qədim yunan mifologiyası yarıadam-
yarıat - kentavr haqqında təsəvvür yaratmışdır. Bu təsəvvürün tərkibinə nəzər sal-
saq görərik ki, o gerçəklikdə müşahidə etdiyimiz ayrı-ayrı varlıqların hissələrinin 
kombinasiyasından yaranmışdır. Təxəyyülün yaratdığı təsəvvürlər əslində real 
predmet və hadisələr haqqında təsəvvürlərə əsaslanır. 
Nəhayət
, təsəvvür həmişə 
yaradıcı xarakter daşıyır, belə ki, insan gerçəklikdə mövcud olan elementlər əsasın-
da real həyatda olmayan və yaxud da hələlik gerçəklikdə mövcud olmayan, lakin 
ya təbii prosesin, ya da praktikanın inkişafı nəticəsində gələcəkdə yarana biləcək 
yeni şeylər haqqında da təsəvvür yarada bilir. 
Özünün adi mənasında işlədilən "hiss" sözü duyğu, qavrayış, təsəvvürdən baş-
qa bir məna da kəsb edir; hiss anlayışı vasitəsilə biz insan emosiyasının qəzəb, qor-
xu, kədər, məhəbbət, nifrət, simpatiya, ləzzət, razılıq, narazılıq və s. növlərini də 


218
ifadə edirik. Hər bir adam digərindən həm də özünün emosional fərdiliyinə görə 
fərqlənir. Emosiyalar insanın bu və ya digər hadisəyə aydın, fəal münasibəti olub, 
hadisənin aşkar və ya gizli şəkildə qiymətləndirilməsini ehtiva edən "yaxşı", "xe-
yirxah", "ədalətli", "ədalətsiz", "gözəl", "ülvi" və b. anlayışlar vasitəsilə ifadə olu-
nur. Müasir elmi ədəbiyyatda mənəvi dəyərlər və ya sərvətlər adlanan bu anlayışlar 
heç də xalis fərdi səciyyə daşımayıb, bilavasitə tarixi dövrlə, insanların qrup və sin-
fi mənsubiyyəti ilə bağlıdır. Bu onu göstərir ki, emosiyalar konkret sosial-tarixi 
məzmuna və obyektiv informasiyaya malikdirlər. 
Hissi idrak haqqında yuxarıda deyilənləri yekunlaşdırıb belə nəticəyə gələ bilə-
rik ki, hissi fəaliyyətin və hissi idrakın başlıca formaları 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin