Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə202/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   198   199   200   201   202   203   204   205   ...   307
333 felsefe muhazireler toplusu eyani

İkincisi,
praktika biliyin tətbiq üsulu olub, bu mənada idrakın məqsədidir. Bi-
liklər yalnız o halda praktiki məna kəsb edirlər ki, onlar bilavasitə həyata keçmiş 
olsunlar. Praktika sanki biliyin gücünü nümayiş etdirən sınaq meydanıdır. Öz-özlü-
yündə idrakın son məqsədi bilik əldə edilməsi deyil, cəmiyyətin maddi və mənəvi 
tələbatını ödəmək məqsədilə gerçəkliyin praktiki dəyişdirilməsidir. 
Üçüncüsü,
praktika idrakın nəticələrinin, bu prosesdə qazanılmış biliklərin hə-
qiqiliyinin meyarı, ölçüsüdür. Ancaq praktikanın sınağından keçən bilik obyektiv-
lik, səhihlik, həqiqilik statusu qazana bilir. 
Beləliklə, praktika bütün mərhələlərdə idrakın formalaşmasının və inkişafının 
əsası, biliyin mənbəyi, idrak prosesinin nəticələrinin həqiqiliyi meyarıdır. İnsan 
dünyam ona tə'sir etdiyi və onun təsirinə məruz qaldığı dərəcədə dərk edə bilir. El-
mi nəzəriyyə və praktika insan fəaliyyətinin vəhdətdə olan elə tərəfləridir ki, bura-
da həlledici rol həmişə praktikaya məxsusdur. İstər empirik, istərsə də nəzəri səviy-
yədə idrakın xüsusiyyətləri praktika ilə determinə olunur. İdrak bəşəriyyətin spesi-
fik, mənəvi fəaliyyət forması olsa da, öz təbiəti e'tibarilə praktikidir, belə ki, mad-
di-praktiki fəaliyyət idrakın yalnız başlanğıc nöqtəsi, əsası və məqsədi olmayıb, 
həm də onun nəticəsinin göstəricisidir.
 
Biliyin mahiyyəti və stukturu. 
İdrak nəzəriyyəsinin mühüm məsələlərindən biri 
biliyin mahiyyəti, onun strukturu və yaranma mexanizmidir. Biliyin strukturunu və 
spesifikasını öyrəndikdə məlum olur ki, onun müxtəlif səviyyələri və tipləri vardır. 
Bilik maddi və mənəvi obyektlər haqqında, şeylərin xassələri və münasibətləri haq-
qında, cisimlərin kəmiyyət və keyfiyyət cəhətləri haqqında və s. ola bilər. Biliyin xü-


220
susi bir tipini isə problem və məsələ, yəni naməlum olanları açmaq haqqında biliklər 
təşkil edir. Belə biliklər, adətən, sual və əmr formasında ifadə olunurlar. 
Bilik elmin mənəvi tərəfi, şüurun mövcudluq üsuludur. Təbiət və cəmiyyət ha-
disələrinin obyektiv qanunauyğunluqlarını və mühüm əlaqələrini əks etdirən bilik 
nəzəri sistem olub, özünün məntiqi strukturu, nəzəri və ictimai xarakteri ilə səciy-
yələnir. Biliyi insanlara çatdırmaq üçün xüsusi dil və işarə formalarından istifadə 
olunur. Elmi dili səciyyələndirən mühüm xüsusiyyətlərdən biri onun adi danışıq di-
li ilə yanaşı, süni dilin spesifik formalarından da istifadə etməsidir. İzahedicilik və 
qabaqgörənlik elmi biliyin mühüm funksiyalarıdır. Biliyin təbiətinə fəlsəfi baxım-
dan yanaşılması onun bir sıra çox mühüm əlamətlərinin aşkara çıxarılmasına imkan 
verir. Bu əlamətlərdən 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin