Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 2. Dialektikanın prinsipləri. Qanun və qanunauyğunluq



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə215/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   211   212   213   214   215   216   217   218   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 2. Dialektikanın prinsipləri. Qanun və qanunauyğunluq 
Dialektikanın yuxanda qeyd etdiyimiz prinsiplərdən ikisi 
predmet və hadisə-
lərin ən ümumi əlaqəsi və inkişaf prinsipləri 
xüsusi əhəmiyyətə malik olduğun-
dan onlar üzərində ayrıca dayanmaq lazımdır. 
Obyektiv aləmin mühüm xassələrindən birini predmet və hadisələrin ən ümumi 


232
əlaqəsi təşkil edir. 
Bu məsələdə dialektika metafizikanın tam əksinədir.
Predmet 
v
ə
 hadis
ə
l
ə
rin öyr
ə
nilm
ə
sind
ə
 analitik t
ə
dqiqat metodunun birt
ə
r
ə
fli t
ə
tbiqi üzün-
d
ə
n onlar
ı
 qar
ş
ı
l
ı
ql
ı
 
ə
laq
ə
d
ə
n k
ə
narda, t
ə
crid olunmu
ş
 halda öyr
ə
n
ə
n metafizika-
n
ı

ə
ksin
ə
 olaraq, dialektika bel
ə
 hesab edir ki, bizi 
ə
hat
ə
 ed
ə
n dünya bütöv bir 
tamd
ı
r v
ə
 onu t
əş
kil ed
ə
n bütün predmet v
ə
 hadis
ə
l
ə
r ümumi qar
ş
ı
l
ı
ql
ı
 
ə
laq
ə
d
ə
dir. 
H
ə

ş
eyin h
ə

ş
eyl
ə
 universal qar
ş
ı
l
ı
ql
ı
 
ə
laq
ə
d
ə
 v
ə
 t
ə
sird
ə
 oldu
ğ
u dünyada bir-bir-
l
ə
rind
ə
n t
ə
crid olunmu
ş
 predmet v
ə
 hadis
ə
l
ə
r yoxdur. 
İ
ki bax
ı
ş
da t
ə
crid olunmu
ş
 
kimi görün
ə
n predmet v
ə
 hadis
ə
l
ə
r aras
ı
nda çox müxt
ə
lif 
ə
laq
ə
l
ə
r vard
ı
r.
Bəs əlaqə 
nədir? 
Əlaqə 
obyektlər arasında mövcud olan şərtlənmədir ki, onu bilmək predmet və 
hadisələrin yalnız keçmiş və indiki halını deyil, həm də gələcək halını müəyyən et-
məyə imkan verir. "Əlaqə" anlayışı həcmcə "hərəkət" və "inkişaf anlayışlarından 
daha geniş olub, yalnız dəyişikliyi və prosesləri deyil, ümumiyyətlə, hadisələrin hər 
cür şərtlənməsini və asılılığını əhatə edir. 
Hazırda 
əlaqənin iki aktual növü

dinamik v
ə
 genetik
növləri fərqləndirilir. 
Aktual əlaqə baxılan anda obyektlər və orqanların ünsürləri arasında qarşılıqlı təsir-
dir. Aktual əlaqə dinamik əlaqə olub hökmən müəyyən qüvvə vasitəsi ilə həyata 
keçirilir. Məsələn, cisimlərin cazibəsi, qarşılıqlı təsiri aktual əlaqədir. Genetik əlaqə 
isə bilavasitə qarşılıqlı təsirdə olmayan bir cinsli obyektlərin və eyni bir prosesin 
müxtəlif hallarının ümumi cəhətlərini ehtiva edən əlaqədir. Məsələn, Uralda bitən 
şam ağacı ilə Şimali Qafqazda bitən şam ağaclarının ümumi cəhətləri onların gene-
tik əlaqəsini əks etdirir. 
Predmet və hadisələrin ən ümumi əlaqəsi haqqında dialektika prinsipinin ob-
yektiv əsasını gerçəkliyin bütün predmet və hadisələrinin maddi ümumiliyi təşkil 
edir. Tarixən ictimai praktika və idrakın nəticələrinin ümumiləşdirilməsi kimi mey-
dana çıxan ümumi əlaqə anlayışı dünyanın ən müxtəlif predmet və hadisələrinin 
əlaqəsini, hərəkət, məkan və zamanın zəruri dialektik əlaqəsini, yəni materiyanın 
özünün obyektiv varlıq formaları ilə əlaqəsini ehtiva edir. "Ən ümumi əlaqə" anla-
yışında bütün maddi olanın, habelə maddi və idealın, onların tarixi hərəkət və inki-
şafında təzahür edən münasibət və qarşılıqlı təsiri ifadə olunmuşdur. 
Real əlaqələri mürəkkəblik dərəcəsinə, xarakterinə, dərinliyinə, ümumilik də-
rəcəsinə və s. görə qruplaşdırmaq olar. Dialektika bütün əlaqələri deyil, yalnız 
maddi və mənəvi aləmin bütün sahələrində təzahür edən ən ümumi əlaqələri öyrə-
nir. Bu əlaqələr sırasında müstəqil və dolayı, daxili və xarici, mühüm və qeyri-mü-
hüm, zəruri və təsadüfi, səbəbiyyət və s. əlaqələri göstərmək olar. 
İki və daha çox predmet bir-birilə bilavasitə əlaqədədirsə bunlar arasındakı əla-
qə müstəqimdir. Məsələn, orqanizm onun yaşadığı təbii mühitlə müstəqim, bilava-
sitə əlaqədədir. Predmetləri hər hansı aralıq vasitələrilə bağlayan əlaqə dolayı (vasitə-
li) xarakter daşıyır. Məsələn, insan əmək fəaliyyəti prosesində təbiətlə bilavasitə de-
yil, müəyyən əmək alətləri vasitəsilə əlaqəyə girir. Daxili əlaqə predmetin, hadisənin 
cəhətləri, ünsürlərinin əlaqələridir. Xarici əlaqə isə predmet və hadisənin onu əhatə 
edən başqa predmet və hadisələrlə əlaqəsidir. Məsələn, növ daxilində orqanizmlərin 
əlaqələri daxili, müəyyən növün başqa növlərlə əlaqəsi isə xarici əlaqədir. 


233
Öz əhəmiyyəti cəhətdən də əlaqələr müxtəlifdir. Bəzi əlaqələr müəyyən prose-
sin inkişafında mühüm, başqaları isə az əhəmiyyətli rol oynayır. Müəyyən hadisə 
üçün vacib olub onun simasını, daxili təbiətini müəyyən edən əlaqələr mühüm, yer-
də qalan müəyyənedici olmayan əlaqələr isə qeyri-mühümdür. Məsələn, bitkilərin 
Günəş ilə əlaqəsi mühüm xarakter daşıyır, çünki Günəş enerjisi olmadan onlar ya-
şaya bilməz. Bitkilərin başqa səma cisimləri ilə əlaqəsi isə qeyri-mühümdür. 
Göründüyü kimi, elmin və ictimai praktikanın inkişafı gedişində əlaqələrin 
müxtəlif növləri müəyyən edilmiş və onları ifadə etmək üçün müvafiq anlayışlar - 
qarşılıqlı təsir, səbəbiyyət, zərurət və təsadüf, məzmun və forma, mahiyyət və təza-
hür, imkan və gerçəklik və s. kimi anlayışlar işlənib hazırlanmalıdır. 
Yuxanda qeyd etdiyimiz kimi, cisim və hadisələrin əlaqə formalarından biri 
genetik, yəni inkişaf əlaqəsidir ki, bu da əksliklərin mübarizəsi vasitəsilə köhnənin 
aradan qalxması və yeninin meydana gəlməsini əks etdirir. Müəyyən hüdud və tari-
xi məzmunda götürüldükdə inkişaf təbiət, cəmiyyət və təfəkkürün tarixidir, tarixilik 
isə öz növbəsində dialektikanın mahiyyətidir. Buna görə də inkişaf prinsipi mate-
rialist dialektikanın başlıca prinsiplərindən biridir. Dialektika inkişafın obyektiv 
aləmin predmet və hadisələrinin qarşılıqlı əlaqəsi ilə üzvi surətdə bağlı olduğunu 
göstərir. Obyektiv aləmdə qarşılıqlı təsir sayəsində heç bir şey dəyişməz qalmır, 
hər şey dəyişir, bir haldan başqa hala keçir. Lakin gerçəklikdəki dəyişikliklər xa-
rakterinə, mahiyyətinə görə fərqlənirlər. Onlardan bəziləri sadədən mürəkkəbə ke-
çidi ifadə edir və buna görə yüksələn xətt üzrə baş verən dəyişikliyi mütərəqqi hə-
rəkəti təşkil edir. Bir qisim dəyişikliklər isə obyektiv aləmin mürəkkəb maddi ob-
yektlərinin sadələşməsinə və ya dağılmasına səbəb olur və buna görə də tənəzzül 
hərəkətini təşkil edir. Buradan aydındır ki, hərəkət və inkişaf nə qədər yaxın olsalar 
da, onları eyniləşdirmək olmaz. Hərəkət dedikdə hər cür dəyişiklik nəzərdə tutuldu-
ğu halda, inkişaf yalnız yüksələn xətt üzrə baş verən hərəkətdir. 
Dialektikaya görə, inkişaf obyektiv qanunauyğunluq olub, həm təbiətdə, həm 
cəmiyyətdə, həm də təfəkkürdə baş verir. Cansız təbiətdə inkişaf maddi obyektlərin 
əlaqələrinin və hərəkət formalarının mürəkkəbləşməsi ilə səciyyələnən dəyişikliklər 
şəklində özünü göstərir. Məsələn, mineralların və süxurların, müəyyən fiziki cisim-
lərin meydana gəlməsi; fiziki sahələrdə elementar zərrəciklərin, elementar zərrəcik-
lər atomların, atomlardan molekulların, molekullardan isə fiziki cisimlərin əmələ 
gəlməsi buna aydın misaldır. 
Canlı təbiətdə inkişaf canlıların biokimyəvi strukturunun və funksiyalarının 
təkmilləşməsində ifadə olunur. Bu sahədə mütərəqqi inkişaf hüceyrəyə qədərki 
canlılardan hüceyrə quruluşuna malik canlıların meydana gəlməsi, bitki və heyvan-
lar aləminin yaranması və inkişaf edərək daha da təkmilləşməsi xətti ilə baş verir. 
İnsan cəmiyyəti də dəyişib inkişaf edir. Həm də burada inkişaf daha sürətlə baş ve-
rir. Ümumiyyətlə, hərəkətin daha yüksək formasına keçildikcə inkişafın sürəti artır. 
İnkişaf mənəvi aləmə, təfəkkür sahəsinə də aiddir. İnsanların şüuru, təfəkkürü, ide-
yaları, nəzəriyyələri, baxışları da əks etdirdikləri maddi aləmin inkişafına uyğun 
olaraq dəyişir, inkişaf edir. 
Deyilənlər göstərir ki, dialektikanın ən mühüm cəhətlərindən biri dünyanın fa-


234
siləsiz və qanunauyğun inkişafını qəbul etməkdir. Lakin inkişaf prinsipini qəbul et-
mək özlüyündə kifayət deyildir. Əsl məsələ onun necə başa düşülməsindədir. Bu-
nunla əlaqədar olaraq inkişafın bir-birinə əks olan iki metafizik və dialektik kon-
sepsiyaları meydana çıxır. 
Hərəkət və inkişafın metafizik konsepsiyasında öz-özünə hərəkət, onun hərə-
kətverici qüvvəsi, mənbəyi, motivi kölgədə qalır, yaxud kənara yalnız, ilk təkana 
və s. keçirilir. Bu nəzəriyyə inkişafa ancaq adicə böyümə və artma kimi baxır. O, 
inkişafa yalnız kəmiyyət dəyişmələri kimi baxaraq inkişafın müəyyən mərhələsində 
yeni keyfiyyətə keçilməsini qəbul etmir. Həmin nəzəriyyə inkişafın mənbəyi və is-
tiqaməti məsələsini də düzgün həll edə bilmir. 
İnkişafın dialektik konsepsiyası isə obyektiv gerçəklikdə baş verən proseslərə 
tam uyğun olaraq inkişafa kəmiyyət dəyişmələrinin toplanaraq yeni keyfiyyətə keç-
məsi kimi baxır. Bu nəzəriyyə inkişafın mənbəyini predmet və hadisələrdəki əks tə-
rəflərin, meyllərin qarşılıqlı münasibətində və mübarizəsində görür. Həm də o, in-
kişafa sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru gedən irəliləmə prosesi kimi ba-
xaraq göstərir ki, əmələ gələn yeni, inkar olunan köhnə keyfiyyətlə varislik əlaqə-
sində olub onun bəzi müsbət cəhətlərini daha yüksək pillədə təkrar edir. 
İnkişafın bəhs etdiyimiz metafizik və dialektik nəzəriyyələrinin müqayisəsi ay-
dın göstərir ki, obyektiv gerçəkliyin inkişafının düzgün başa düşülməsi yalnız inki-
şafın həqiqi elmi nəzəriyyəsi olan dialektika əsasında mümkündür. Məhz həmin nə-
zəriyyə dünyanın elmi surətdə, doğru-düzgün dərk edilməsinə imkan verir və ob-
yektiv gerçəkliyin inkişafını qanunauyğun proses sayaraq onun ümumi qanunlarını 
tədqiq edir. Dialektikanın qanunlarının mahiyyətini düzgün başa düşmək üçün əv-
vəlcə 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin