Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tiplə-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə223/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   307
333 felsefe muhazireler toplusu eyani

Əksliklərin vəhdəti və mübarizəsi qanunu. Ziddiyyətlərin növləri və tiplə-
ri. 
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini, mənbələrini, hərəkətverici 
qüvvələrini müəyyən edir, "inkişaf nə səbəbə baş verir?" sualmı cavab verir. Bu 
nöqteyi-nəzərdən bir sıra materialist filosoflar "əksliklərin vəhdəti və mübarizəsinə 
inkişafın mənbələrini müəyyən etdiyi üçün "dialektikanın nüvəsi, məğzi, özəyi" ki-
mi baxırlar. Həmin filosoflara görə cisim və hadisələrin bir-biri və daxili tərəfləri 
arasındakı ziddiyyətlər, onların mübarizəsi və həll edilməsi hərəkət və inkişafın 
mənbəyi, səbəbidir, bunsuz, heç bir inkişaf baş verə bilməzdi. Bu mənada inkişaf 
"özinkişafdir", hərəkət "özhərəkətdir", "əksliklərin vəhdəti və mübarizəsidir". 
Əksliklərin vəhdəti və mübarizəsi qanununun
mahiyyətini, inkişaf prosesin-
də rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün "eyniyyət", "fərqlilik , 
"ziddiyyət", "əkslik", "münaqişə" ("konflikt") və s. anlayışların mahiyyətini bil-


240
mək, onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək 
olar: 
a)
"əkslik" gerçəklik hadisələrinə xas olan, onların inkişafını şərtləndirən ən 
ümumi müəyyənlikdir, digər anlayışlar ("fərqlilik", "ziddiyyət", "münaqişə"
 
və s.) 
isə əksliyin təzahür xüsusiyyətləridir; 
b)
"əkslik" ziddiyyətlərin kəskinləşməsi dərə-
cəsi, mənafe fərqlərinin artıb tam qütbləşməsi və barışmazlığı forması və təzahürü-
dür. Bu mənada "əkslik"
 
fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və 
münaqişəyə çevrilməsi prosesinin ifadəsi, ziddiyyətin yüksək və kəskin dərəcəsidir. 
Bütün predmet və hadisələrlə ümumiləşdirən, eyniləşdirən oxşar cəhətlər, həm 
də onu başqalarından ayıran fərqli cəhətlər, müxtəlifliklər vardır. Deməli, bır hadi-
sədə onu həm ümumi hadisələrlə birləşdirən, "eyniləşdirən" 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin