Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Xassə - predmet və hadisənin ancaq



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə220/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   216   217   218   219   220   221   222   223   ...   307
333 felsefe muhazireler toplusu eyani

Xassə - predmet və hadisənin ancaq 
konkret bir cəhətini, bir xüsusiyyətlərini ifadə edir. 
Məsələn, metalın bərkliyi, 
ərimə temperaturu, elektrik keçirməsi, atom çəkisi və s. onun konkret xassələridir. 
Deməli, xassə predmet və hadisənin ancaq bir cəhətini, konkret bir xüsusiyyətini 
bildirdiyi halda, keyfiyyət predmetin bütövlüyünü ifadə edir. Cisim bu və ya digər 
xassəsini itirməklə köhnə keyfiyyətindən çıxmır, yenə də yaşayır, lakin keyfiyyəti-
ni itirməklə köhnə halını da itirir, başqa keyfiyyət kəsb edir. Lakin cismin bütün 


238
xassələrini itirməsi, onun elə keyfiyyətini itirməsi deməkdir. "Alma" əgər dadını, 
iyini, görünüşünü, fiziki xassələrini və s. itirirsə, o artıq alma deyil, lazımsız bir əş-
ya, tullantıdır. Keyfiyyət və xassə obyektivdir, cisim və hadisələrə daxilən xasdır, 
atributiv səciyyə daşıyır. 
Kəmiyyət
- cisim və hadisələri fərqləndirən obyektiv dərəcədir. 
Kəmiyyət - 
predmet və əşyanın məkanda ölçüsünü,
 
çəkisini, yerləşmə ardıcıllığını, böyük-
lüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyi-
ni, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır. 
Bir 
qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur, ölçü, çəki, həcm və s bildirir. 
Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin 
vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir. 
Deməli, hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən ölçü daxilində mövcud 
olur. Bu mənada Hegel qeyd edirdi ki, ölçü cismin kəmiyyət-keyfiyyətidir. 
Ölçü-
kəmiyyət xassələrinin elə mövcudolma intervalıdır 
ki, 
həmin çərçivə daxilində 
mütləq cismin keyfiyyəti də mövcud olur. 
Ölçü pozulduqda, onun "sərhəddi ke-
çildikdə", necə deyərlər, cisim köhnə halında qala bilmir, o başqa cismə çevrilir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin