Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə232/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   228   229   230   231   232   233   234   235   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
Fəlsəfə - cəmiyyətdə onun yeri və rolu.
 
Bakı, 1996 
13.
Tağıyev Ə. Fəlsəfə. Bakı, 2012
 
14.
Адорно Т. В. Негативная диалектика. Пер. с нем. Москва, 2003 
15.
Алексеев П.В. Философия (Учебник). Москва, 1998 
16.
Алексеев П. В., Панин А. В. Теория познания и диалектика. Москва, 
1991 
17.
Берти Э. Древнегреческая диалектика как выражение свободы мысли 


246
слова // Историко-философский ежегодник 1990. Москва, 1991 
18.
Волчек Е.З. Философия (Учебник). Минск, 2003 
19.
Габидулин Р. Основы философии. Москва, 2003 
20.
Горелов А.А. Основы философии. (Учебник для вузов). Москва, 2010 
21.
Джохадзе Д. В., Джохадзе Н. И. История диалектики: Эпоха антично-
сти. Москва, 2005 
22.
Диалектика и её критики. Москва, 1986. 
23.
Диалектическое противоречие Москва, 1979 
24.
Философия: Учебник. / Под ред. А.Ф. Зотова, В.В. Миронова, A.B. 
Разина.— 2-е изд., перераб. и доп. Москва, 2004. 
25.
Канке В.А. Основы философии. (Учебник для вузов) Москва, 2008 
26.
Оруджев З. М. Диалектика как система. Москва, 1973 


247
XI FƏSİL 
 DİALEKTİKANIN KATEQORİYALARI 
 
 
§ 1. Dialektikanın kateqoriyaları haqqında ümumi anlayış 
§ 2. Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar 
§ 3. Struktur əlaqələri ifadə edən kateqoriyalar. 
§ 4. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar 
 
 
§ 1. Dialektikanın kateqoriyaları haqqında ümumi anlayış 
Kateqoriyalar gerçəklikdəki obyektiv, universal, ən ümumi, determinasiya, 
struktur, sistemlilik və i.a. əlaqə və münasibətləri ifadə edir, 
"Kateqoriya" 
yunan 
dilində "fikir söyləmək", "mülahizə yürütmək", "mühakimə etmək", "şahidlik et-
mək" və s. deməkdir. Fəlsəfi mənada kateqoriyalar - real gerçəklikdə (təbiətdə, cə-
miyyətdə və təfəkkürdə) mövcud olan obyektiv, qanunauyğunluğun və mahiyyətli 
əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır. 
Biz danışığımızda hər an müxtəlif sözlər deyir, anlayışları işlədirik. 
Anlayışlar 
olmadan heç bir fikir söyləmək mümkün olmazdı. Anlayışın əsas xüsusiyyətini 
onun ümumiləşdirmə qabiliyyəti təşkil edir. Anlayış hər bir əşyanı, hadisəni deyil, 
uyğun, eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək 
əks etdirir: məsələn, "çay", "torpaq", "vətən" və s. anlayışları kimi. Danışığımızda 
işlənən bu ümumi anlayışlardan başqa, bir də ayrı-ayrı elm sahələrində işlədilən an-
layışlar vardır: "elektrik", "komediya", "siyasət", "bazis" və s. Lakin elə anlayışlar 
da vardır ki, onların ümumiləşdirmə imkanı, əhatə dairəsi çox
genişdir; onlar nə el-
min bir sahəsi, nə də varlığın bu və ya başqa sahəsi ilə məhdudlaşmır, bütöv ger-
çəkliyə aid olurlar. Belə anlayışlar ən ümumilik və qanunauyğunluq bildirirlər. Bu 
cür ən ümumi, fundamental anlayışları kateqoriyalar adlandırmaq olar. Məsələn, 
"varlıq", "təfəkkür", "idrak", "qanun", "hərəkət", "inkişaf", "əlaqə", "səbəb" və s. 
fəlsəfi anlayışlar - kateqoriyalardır. 
Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar: 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin