Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 3. Struktur əlaqələri ifadə edən kateqoriyalar



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə239/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   307
333 felsefe muhazireler toplusu eyani

 
§ 3. Struktur əlaqələri ifadə edən kateqoriyalar 
 
a) Məzmun və forma 
- struktur əlaqələrini ifadə edən kateqoriyalardan biridir. 
Bu və ya
digər cismi, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhət-
lərin, tərəflərin, qabiliyyət, əlaqə və münasibətlərin məcmusuna məzmun deyi-
lir. Forma isə məzmunun qurulması qaydaları, məzmunun təşkili sistemi və 
strukturunun ifadəsidir, onun tərkib hissələri arasında əlaqə vasitəsidir; hə-
min cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmunun 
ifadəsi və təzahürü vasitəsidir, onun mövcudluq üsuludur. 
Forma məzmunun 
zahiri ifadəsi deyil, ona daxilən xasdır. Buna görə də formanı ''zahirilik", "görünüş" 
anlayışlarından fərqləndirmək lazımdır. Görünüş də məzmuna bağlıdır, lakin görü-
nüş məzmuna daxilən xas deyil, forma isə məzmunun daxili strukturu, yerləşməsi 
qaydasıdır. Görünüşün dəyişməsi və hətta itirilməsi məzmunda o qədər də dəyişik-
lik əmələ gətirmir. Forma məzmunun strukturu, quruluşudur, həm də forma məz-
muna nisbətən zahiri bir şey deyil, ona daxilən xasdır. 
Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı əlaqə və 
qarşılıqlı təsirdədir

ob-
yektiv vəhdət 
halındadır. Onlar bir-birindən aynlıqda mövcud ola bilməzlər. Hər bir 
məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər. 
Ümumiyyətlə, məzmun yoxdur, yalnız formalaşmış, yəni müəyyən forması 
olan məzmun vardır. Eyniylə xalis məzmunsuz forma yoxdur. Forma daim məz-
munludur, o müəyyən məzmun olmasını nəzərdə tutur və bu məzmunun strukturu-
nu, quruluşunu təşkil edir, məzmun formaya nisbətən fəallığı ilə seçilir. Məzmun 
özünə xas ziddiyyətlərin mövcudluğu ucbatından daim hərəkətdə, inkişafda olur. 
Məzmunun dəyişməsindən asılı olaraq, forma da dəyişir. 
Məzmun formanı müəyyən edir. Lakin bu o demək deyildir ki, forma passivdir 
və məzmuna təsir etmir. O, məzmuna fəal təsir göstərir, məzmunun inkişafına kö-
mək edir və ya əngəl törədir. Öz məzmununa uyğun gələn yeni forma məzmunun 
inkişafına, irəliləməsinə kömək edir. Öz məzmununa uyğun gəlməyən köhnə forma 
isə məzmunun inkişafına əngəl törədir. 


253
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki, 
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər. 
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir, 
ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki, 
məzmun ilə forma arasında müəyyən vaxtlarda kəskin ziddiyyətlər də meydana çı-
xır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə də forma məzmunun in-
kişafından daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onunla toqqu-
şur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın 
atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun sayəsində məzmu-
nun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun müxtəlif tipləri mövcud-
dur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar, maddi və “ideal” olanlar 
və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur. 
Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal münasibətləri üstqu-
ruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə forma-
dır. Forma və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prin-
siplərlə aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rənga-
rəngliyi; 3. Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı – formanın məzmunu və 
yaxud əksinə, məzmunun formaya müvafiqliyi. 
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma olma-
sın. Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də 
forma ilə məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s. üçün forma 
olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmi-
şə davam edir. Dialektika özü də bunu tələb edir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin