Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


b) Qanun və qanunauyğunluq kateqoriyaları



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə238/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   307
333 felsefe muhazireler toplusu eyani

b)
Qanun və qanunauyğunluq kateqoriyaları
.
c)
Mahiyyət və
təzahür 
- dialektikanın ən ümumi, universal kateqoriyaların-
dan biridir. 
Mahiyyət-cisim, hadisə və
prosesin müəyyənliyidir, mənliyidir, onu 
başqa cisim, hadisə və proseslərdən fərqləndirən, onu məhz
həmin cisim və ha-
disə edən başlıca keyfiyyətdir.
Mahiyyət cisim, hadisə və prosesin daxili mənası,
 
nisbi sabit cəhəti, özünə-
məxsusluğudur. Fəlsəfə üçün "mahiyyət" anlayışı hər hansı sistemi, substansiyanı 
başqalarından fərqləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. 
Təzahür - mahiyyətin xarici ifadəsi, formasıdır; təzahür - elə konkret ci-
sim, hadisə və prosesdir ki, onun vasitəsilə
gerçəkliyin və
onun müxtəlif tərəf-
lərinin mahiyyəti, müəyyənliyini zahirən ifadə olunur; təzahür edir. 
Mahiyyət 
təzahür vasitəsilə özünü göstərir. 
Mahiyyət və təzahür (hadisə) arasında möhkəm qarşılıqlı əlaqələri vardır. Tə-
sadüfi deyildir ki, mahiyyət anlayışından danışarkən onun məzmun anlayışına ya-
xın olduğu qeyd olunur. Lakin onlar bir– birinin eyni deyildir. Çünki məzmun mü-
əyyən predmeti təşkil edən bütün ünsürlərin və proseslərin məcmusu olduğu halda, 
mahiyyət predmetin başlıca daxili, nisbətən sabit tərəfidir və ya onun tərəfləri və 
münasibətlərinin məcmusudur. Mahiyyət predmetin təbiətini müəyyən edir, pred-
metin bütün qalan tərəfləri və əlamətləri mahiyyətdən irəli gəlir. Təzahür isə ma-
hiyyətin bilavasitə xarici vasitəsidir, onun meydana çıxması formasıdır. 
Dialektik fəlsəfə elmi və əməli fəaliyyətin nailiyyətlərini ümumiləşdirərək
mahiyyət ilə təzahürün vəhdət təşkil etdiyini irəli sürür. Doğrudan da məzmun və 
formada olduğu kimi, mahiyyət ilə təzahür də qarşılıqlı əlaqədədir, qırılmazdır. Əs-
linə qalanda mahiyyət təzahür edir, təzahür mahiyyətlidir. Təzahür eyni mahiyyət-
dir, lakin bilavasitə gerçəkliklə meydana çıxması cəhətdən götürülmüşdür. Təzahür 
gerçəkliyin xarici, səth tərəfidir, şeylərin ayrı – ayrı xassələri, momentləri, cəhətlə-
ridir. Mahiyyət həmin təzahürlər, müxtəlif momentlər, tərəflərdir, lakin ən sabit
dərin, ümumi şəkildə götürülmüşdür. Bəzən mahiyyəti obrazlı şəkildə sürətli çayın 
nisbətən sakit, güclü, dərin axını ilə müqayisə edirlər. 
Maraqlı cəhətlərdən biri budur ki, bir təzahürdə hökmən mahiyyət aşkara çıxır, 
lakin tam şəkildə deyil, onun müəyyən bir hissəciyi aşkara çıxır. Əslində təzahür 
mahiyyəti tamamilə əhatə etmir, onu yalnız hər hansı bir tərəfdən səciyyələndirir. 
Bununla yanaşı, xalis mahiyyət, yəni heç bir şeydən meydana çıxmayan mahiyyət 
də yoxdur. Hər bir mahiyyət özünü bir sıra təzahürlərdə büruzə verir. 
Bir məsələni də qeyd etmək lazımdır ki, mahiyyət ilə təzahür nəinki vəhdət 
təşkil edir, habelə onlar bir – birinə əksdir, bunlar heç zaman bir – birinə mütabiq 
gəlmir. Onların əksliyi gerçək predmetlərinin özlərinin daxili ziddiyyətlərinin ifa-


252
dəsidir. Çox vaxt mahiyyət də üzdə olmur, yəni görünmür. O, gizlidir, bilavasitə 
müşahidə oluna bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli öyrənil-
məsi prosesində aşkara çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir – birinə bi-
lavasitə müvafiq olsaydı, onda hər hansı bir elm gerçəksiz olardı (K.Marks). Bu, o 
deməkdir ki, elmin vəzifəsi məhz gerçəkliyin çoxlu təzahürləri, xarici tərəfləri, cə-
hətləri arxasında mahiyyəti, bunların əsasını təşkil edən daxili, dərin prosesləri ax-
tarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip olur: 1. Adekvat təzahürlər və 2. Adek-
vat olmayan təzahürlər. Zahirilik qeyri – adekvat tipi kimi iki növə bölünür: a) ma-
hiyyət daxili və b) mahiyyətlərarası. 
Ümumiyyətlə, «təzahür» və «mahiyyət» kateqoriyalarının təhlili zamanı həmin 
tiplər onların hər ikisinə aid edilir. Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm 
proses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin