Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə243/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   307
333 felsefe muhazireler toplusu eyani

a) Səbəb və nəticə.
Səbəbiyyət və determinizmin eyniləşdirilməsinin tarixi 
kökləri də var və bu, həqiqətə yaxındır. Hər iki prinsip ayrılmazdır. Səbəbiyyət 
(kauzallıq) – hadisələrin ən ümumi qanunauyğun əlaqəsi formalarından biridir. Bü-
tün elmlər hadisələrin meydana gəlməsi, inkişafı və məhv olması səbəblərini aydın-
laşdırmaq istəyir. Bilik hər şeydən əvvəl, səbəbləri bilmək deməkdir. İnsan səbəb 
və nəticə anlayışlarını yaratmaqla vahid obyektiv bir prosesin bu və ya başqa cəhət-
lərini təcrid edir. “Ayrı-ayrı hadisələri başa düşmək üçün, biz onları ən ümumi əla-
qə içərisindən qoparıb götürməli və ayrılıqda gözdən keçirməliyik, belə bir halda 
isə bir-birini əvəz edən hərəkətlərin biri səbəb kimi, digəri isə fəaliyyət kimi qarşı-
mıza çıxır” (F.Engels). 
Səbəb və nəticə bir-biri ilə bağlı anlayışlardır. Başqa bir hadisəni doğuran ha-
disə ona nisbətən bir səbəb kimi çıxış edir. Səbəbin təsirinin axırı nəticədir. Səbə-
biyyət hadisələr arasında elə bir əlaqədir ki, hər dəfə biri olduqda, digəri də onun 
ardınca gəlir məsələn, suyun qızdırılması onun buxara çevrilməsinin səbəbidir, zira 
hər dəfə su qızdırıldıqda buxar əmələ gəlməsi prosesi başlanır. Səbəbiyyət ən ümu-


256
mi, universal əlaqədir. 
Səbəbiyyət münasibətlərinin birinci və əsas əlaməti iki hadisə arasında istehsal 
və yaxud yaranmanın mövcudluğudur. Səbəb yalnız zamanda nəticədən əvvəl de-
yildir o, həmçinin nəticəni doğurur. Ona görə də səbəb əlaqəsi substansional əlaqə-
dir. Səbəbiyyət əlaqələrinin substansional xarakteri nisbilik nəzəriyyəsində inandı-
rıcı təsdiqini tapmışdır. Bu nəzəriyyədən məlum olur ki, yalnız elə hadisələr səbəb 
əlaqələri ola bilər ki, səs surəti ilə yayılan real fiziki siqnal-proses və s. ilə əlaqədar 
olsun. 
Genetik törəmənin münasibəti səbəbiyyət münasibətinin mövcudluğunun ikin-
ci əlamətini göstərir. Burada səbəbiyyət münasibətləri bir istiqamətliliyi və yaxud 
zaman assimetriyası kimi səciyyələndirilir. Bu, onu ifadə edir ki, səbəblərin forma-
laşması həmişə nəticənin yaranmasına gətirib çıxarır. Əksinə isə heç vaxt olmur. 
Səbəbiyyət münasibətlərinin üçüncü məcburi əlaməti onun zəruriliyi, birmənalılığı-
dır. Əgər səbəb ciddi müəyyənləşdirilmiş daxili və xarici şəraitdə yaranırsa, deməli 
həmin vaxt zəruri olaraq nəticə törənir. Bu isə məkan və zamanda səbəbiyyət mü-
nasibətinin lokallaşmasından asılı olmur. Səbəbiyyət qanununu formulə etsək deyə 
bilərik: bərabər səbəblər bərabər nəticələri doğurur. 
Səbəb – nəticə münasibətlərinin dördüncü əlaməti onun məkan və zaman fasi-
ləsizliyidir, yaxud qarışığıdır. Hər bir səbəb münasibəti diqqətlə nəzərdən keçirilsə, 
faktiki olaraq səbəblərlə əlaqələndirilmiş hadisələrin müəyyən zənciridir. Əgər in-
teqral səbəb və nəticə məkan fasilələri ilə seçilirsə, o zaman bu, səbəb zənciri mə-
kanda sınıb tökülür. Əgər səbəb və nəticə məkanın bir nöqtəsində yanaşı mövcud 
olursa, onda onlar zaman intervalı ilə ayrılır və səbəb zənciri zamanda reallaşır. 
Əlbəttə, səbəb ilə nəticə arasındakı münasibəti funksional asılılıq formasında 
təsəvvür etmək olar: nəticə səbəbin funksiyasıdır, lakin burada səbəbiyyətdəki baş-
lıca cəhət pərdələnmiş olur: real bir hadisə olmaq etibarilə səbəb başqa bir real ha-
disə olan nəticəni doğurur və şərtləndirir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin