Nahid Hacızadə, yazıçı “Bənövşə xatirinə kol dibinə iz düşdü”- İlyasın misrası yaz-
dırıb mənə “Bənövşələr” şeirimi. İlyasın hər şeir kitabı bir qəm
bənövşəyə oxşayır, təzə tər, ətirli şeirlərindən hər şöz, hər misra
ürək kimi çırpınır”.
Xalq poeziyasına, aşıq şeirinə yaxından bağlılıq, vurğunluq
onun poeziyasına xüsusi bir oynaqlıq, səmimiyyət gətirir.
Hüseyn Arif, Xalq şairi
İlyas Tapdığın poeziyası son 50-55 ilin Azərbaycan şeirinin
keçdiyi yolun mənzərəsi barədə müəyyən təsəvvür yaradır. Təkcə
uğurları ilə deyil, hətta çətinlikləri ilə birgə. Və bu mənzərədə
İlyas Tapdığın da öz yeri görünür. İlyas Tapdığın ən gözəl və
deyərdim ki, şah şeiri elə Gədəbəyə həsr olunub.