Èëéàñ Òàïäûã
190
Bathabatda
Ustad şairimiz, əziz dostum,
xalqımızın sevimlisi İlyas Tapdığa
Dilləndir sazını, ay İlyas Tapdıq,
Günəş qürubunda bathabatdadı.
Mərdin ocağını sazaq söndürər,
Namərdin ocağı çathaçatdadı.
Baxıram dağlara nakam, gileyli,
Ümmana dönübdü didəmin seli.
İtirdik vətəni, obanı, eli,
Bəxtimin naxışı yathayatdadır.
Qəsdimə durubdur nazlı bir sənəm,
Aman
da vermir ki, tərpənəm, dinəm,
Əzəldən
dərd-qəmlə elə sərsəməm,
Şeytan aramızı qathaqatdadır.
Bu
çərxi-fələk də verməyir aman,
Üstümə kükrəyir qərəzli zaman.
İndi qolu bağlı miskin
bir qulam,
Şubayı ucuzca sathasatdadı.
Şubay Qəmgin
Áèáëèîãðàôèéà
191
Dostları ilə paylaş: