NƏTICƏ Məqalənin nəticəsi və sözün xülasəsi ondan ibarətdir ki, Həkim Nizami əslən
İraqdan olub, Qumlu deyilsə də, Gəncədə doğulub, təhsilini burada alıb və bu şəhərdə də
dəfn edilmişdir. Fikrimizcə Nizami elə Gəncəlidir.
Yaşadığı dövr və ölüm tarixi 10 il fərqli rəqəmlərlə olsa belə, tarixi şəxsiyyət kimi
bizə ən qiymətli “Xəmsə” qoyub getmişdir. Hazırda indiki Gəncə şəhərinin ətrafında
məqbərəsi mövcuddur. Onu 900 ilə yaxın bir məsafə bizdən ayırsa da, əhali onu
ehtiramla yad etməkdədir.