5.4. Relevantlığın yüksəldilməsi üçün istifadəçi ilə
əks əlaqənin istifadəsi
Adətən, axtarış sistemlərində sənədlər terminlər vasitə-
silə qeyri-dəqiq təqdim olunurlar. Ona görə də istifadəçilər
axtarış prosesini qeyri-dəqiq, yəni natamam sorğular əsa-
sında aparmağa məcbur olurlar. Bu isə təbii ki, arzu olu-
nan nəticələri əldə etməyə imkan vermir. Amma sonra
prosesin növbəti mərhələlərində istifadəçilər iterativ yolla
öz sorğularını dəqiqləşdirərək tədricən effektivliyi artıra
və axtarışın nəticəsini yaxşılaşdıra bilərlər.
Bunun üçün axtarış sistemlərində istifadəçi ilə əks əla-
qə mexanizmi reallaşdırılır. Bu mexanizm istifadəçiyə
onun ilkin sorğusuna əsasən sistem tərəfindən tapılmış sə-
nədlərin relevantlıq dərəcəsini qiymətləndirərək öz fikrini
sistemə ötürməyə imkan verir. Bu, iki və ya çoxsəviyyəli
münasibətlərin əsasında həyata keçirilir.
İkisəviyyəli münasibətlərdə istifadəçi aşağıdakı iki va-
riantdan birini göstərə bilər: sistem tərəfindən verilmiş sə-
nədlər sorğuya ya relevant olur, ya da qeyri-relevant. Çox-
səviyyəli münasibətlər istifadə olunduqda isə bu iki va-
riantdan əlavə həm də sənədlərin qismən relevant olması
münasibəti müəyyən edilə bilər. Əks əlaqə üsullarının
reallaşdırılmasının sadələşdirilməsi üçün, adətən, ikisəviy-
yəli relevantlıq münasibətlərindən istifadə olunur.
Hazırda iki əks əlaqə üsulu istifadə olunur:
- sorğunun təqdimatının dəyişdirilməsi;
- sənədin təqdimatının dəyişdirilməsi.
Sorğunun təqdimatının dəyişdirilməsi üsulları cari seansda
axtarışın effektivliyini artırmaq üçün nəzərdə tutulmuşdur,
onlar digər sorğular üzrə axtarışın effektivliyinə təsir etmir.
157
Sənədin təqdimatının dəyişdirilməsi üsulları isə sənəd-
lərin təqdimat formasını dəyişdirir və ona görə də yalnız
cari axtarış seansda deyil, həmçinin sonrakı seanslarda da
axtarışın nəticəsini yaxşılaşdırmağa imkan verir.
Sorğunun təqdimatının dəyişdirilməsi üsullarının kö-
məyi ilə axtarışın effektivliyinin artırılması üçün üç üsul-
dan istifadə olunur:
- terminlərin çəkilərinin dəyişdirilməsi;
- sorğunun genişləndirilməsi;
- sorğunun parçalanması (hissələrə ayrılması).
Terminlərin çəkilərinin dəyişdirilməsi üsulu sorğuya
daxil edilmiş terminlərin çəkilərinin yaxşılaşdırılmasını
həyata keçirir. Terminlərin çəkilərinin korrektə edilməsi
üçün sorğu vektoru ilə müsbət əks əlaqəli sənədlərin vek-
torlarını toplamaq lazımdır. Terminlərin çəki əmsallarını,
həmçinin sorğu vektorundan mənfi əks əlaqəli sənədlərin
vektorlarının çıxılması yolu ilə də korrektə etmək olar.
Qeyd olunmalıdır ki, müsbət əks əlaqəli sənədlər dedik-
də axtarış nəticəsində istifadəçiyə verilmiş və istifadəçi
tərəfindən sorğuya relevant sənəd kimi qiymətləndirilmiş
sənədlər başa düşülür.
Axtarış sisteminin verdiyi sənədlər içərisindən istifadə-
çi tərəfindən qeyri-relevant sənəd kimi qeyd olunmuş sə-
nədlər isə mənfi əks əlaqəli sənədlər kimi qəbul olunur.
Sorğu korrektə edildikdən sonra axtarış sistemi tərəfin-
dən verilmiş relevant sənədlərin sayı korreksiyadan əvvəl-
kindən çox olmalıdır. Belə ki, əvvəlki relevant sənədlər-
dən əlavə əks əlaqənin köməyi ilə onlar arasından istifadə-
çi tərəfindən müsbət qeyd olunmuş relevant sənədlərə ox-
şar yeni sənədlər də bu çoxluğa əlavə olunur.
Relevant sənədlərin keyfiyyətində və sayında arzu olu-
nan səviyyə əldə edilənə qədər istifadəçi bu prosesi davam
etdirə bilər.
158
Sorğunun genişləndirilməsi üsulu ilkin sorğuya yeni
terminlər əlavə etmək yolu ilə onu daha əhatəli edir. Belə
ki, əvvəlcə müsbət əks əlaqəli sənədləri təsvir edən ter-
minlər çoxluğu seçilir. Bu çoxluq terminlərin vaciblik də-
rəcələrinə görə nizamlandıqdan sonra siyahının əvvəlindən
verilmiş sayda termin götürülür və sorğuya əlavə edilir.
Sorğunun parçalanması (hissələrə ayrılması) üsulu ax-
tarış nəticəsində tapılmış sənədlər arasında müsbət əks
əlaqəli müxtəlif xarakterli sənədlər olduqda tətbiq olunur.
Belə hallarda istifadəçiyə verilmiş sənədlər çoxluğu eyni
xarakterə malik sənədlərdən ibarət bir neçə alt çoxluğa
(klasterə) bölünür. Əgər bu mümkün olarsa, onda istifadə-
çinin sorğusu elə alt sorğulara (yəni ilkin sorğunun alt his-
sələri olan bir neçə ayrı-ayrı sorğulara) bölünür ki, hər bir
alt sorğu ayrı-ayrı sənədlər alt çoxluğuna uyğun olsun.
Bundan sonra hər bir alt sorğu üzrə ayrı-ayrılıqda axta-
rış aparılır, onların terminlərinin çəki əmsalları yaxşılaşdı-
rılır və ya bu alt sorğular əvvəl qeyd olunmuş üsulların kö-
məyi ilə genişləndirilir. Beləliklə, axtarışın effektivliyinin
səviyyəsi yüksəldilmiş olur.
Sənədlərin təqdimatının dəyişdirilməsi üsulları istifadəçi
ilə əks əlaqənin köməyi ilə axtarış sisteminin indekslər baza-
sında sənədlərin təqdim olunması vektorunu yaxşılaşdırma-
ğa imkan verir. Bu zaman terminlərin çəki əmsalları elə şə-
kildə korrektə edilir ki, tapılmış relevant sənədlərin vektoru
sorğunun vektoruna müəyyən qədər yaxınlaşmış olsun, qey-
ri-relevant sənədlərin vektorları isə əksinə ondan uzaqlaşsın.
Sənədlərin təqdim olunması vektorlarının belə korrek-
siyasından sonra növbəti dəfə analoji axtarış sorğusu daxil
edildikdə sistem əvvəlki axtarış seanslarına nisbətən daha
relevant sənədləri tapıb istifadəçiyə verir.
|