162
modellərə əsasən, axtarış sorğusundakı söz
sənəddə rast
gəlinirsə, onda həmin sənədin axtarılan sənəd olduğu qə-
bul edilir. Əks halda sənəd sorğuya relevant hesab olunur.
Nəzəri-çoxluqlar modelində sənədlərin və sorğuların
təsvir edilməsi üçün bul dəyişənlərindən istifadə olunur.
Məhz bu səbəbdən çox vaxt nəzəri-çoxluqlar modellərini
“bul modelləri“ adlandırırlar. Beləliklə, bul modellərində
sənədlər onun indeksində olan və bul dəyişənləri (məntiqi
dəyişənlər) kimi qəbul edilən terminlər çoxluğunun kömə-
yi ilə təqdim olunurlar. Əgər hər hansı termin sənəddə rast
gəlinirsə, onda bu termin
üçün uyğun məntiqi dəyişən
“True”, əks halda “False” qiymətini alır. Terminlərə hər
hansı çəki əmsallarının mənimsədilməsinə icazə verilmir.
Belə ki, burada yalnız terminin sənədə daxil olub-olma-
ması (True və ya False) faktı təsbit olunur.
Bu modelə uyğun olaraq, istifadəçilər öz sorğularını
məntiqi (bul) ifadələr şəklində formalaşdırırlar. Sorğulara
daxil olan terminlər AND, OR, NOT və s.
kimi məntiqi
əməllərin köməyi ilə bir-birinə bağlanırlar. Axtarış sistemi
tərəfindən istifadəçinin sorğusu qəbul edildikdən sonra in-
formasiya fəzasının hər bir sənədi üçün seçim statusunun
qiymətləri – retrial status values (RSV dəyişəni) hesab-
lanır. RSV dəyişəninin qiymətləri informasiya fəzasının
sənədlərinin istifadəçinin sorğusuna uyğunluğu dərəcələ-
rini müəyyən etməyə imkan verir. RSV dəyişəni “1” və ya
“0” qiymətlərindən birini alır. Əgər
verilmiş sorğu üçün
məntiqi ifadənin qiyməti “True” olarsa, onda RSV dəyi-
şəni “1” qiymətini alır və müvafiq sənədlər verilmiş sor-
ğuya relevant kimi qəbul edilir. Əgər ifadənin qiyməti
“False” olarsa, onda RSV=0 qiymətini alır və müvafiq sə-
nədlər sorğuya qeyri-relevant hesab olunur.
163
AND operatoru sorğuya cavab olaraq verilən sənədlərin
sayını çox kəskin surətdə azalda bilər.
Bu zaman hər şey ax-
tarış terminlərinin indekslər bazası üçün nə qədər xarakterik
olmasından çox asılı olur. OR operatoru isə əksinə sorğunun
özünü doğrultmayan genişlənməsinə gətirib çıxara bilər. Belə
olduqda isə faydalı informasiyanın lazımsız məlumatlar (in-
formasiya səs-küyü) arasında itib batmasına səbəb ola bilər.
Bul modeli əsasında qurulmuş informasiya-axtarış dili-
nin müvəffəqiyyətlə tətbiq edilməsi üçün sistemin leksika-
sını və tematik istiqamətini yaxşı bilmək tələb olunur.
Adətən, belə İAD olan sistemlər üçün xüsusi mürəkkəb lü-
ğətlərə malik sənədli leksik məlumat (indekslər) bazaları
yaradılır. Tezaurus adlanan bu lüğətlər terminlər arasında-
kı əlaqələr haqqında məlumatı özündə saxlayır.
Qeyd etmək lazımdır ki, məntiqi modellər reallaşdırma
üçün çox sadədir və bu baxımdan hazırda onlar bir çox
kommersiya əsaslı (özəl) axtarış sistemlərində
tətbiq olu-
nurlar. Onlar məntiqi əməllərin köməyi ilə istifadəçilərə
öz sorğularını ixtiyari mürəkkəb ifadələr şəklində forma-
laşdırmağa imkan verir.
Həmçinin qeyd olunmalıdır ki, məntiqi modeldə axta-
rışın effektivliyi, adətən, yüksək olmur. Belə ki, terminlərə
çəki əmsallarının mənimsədilməməsi
və relevant sənədlər
qismində tapılmış bütün sənədlər üçün RSV dəyişəninin
eyni qiymətlər alması səbəbindən axtarışın nəticəsini ni-
zamlamaq və sıraya düzmək mümkün olmur. Ona görə də,
tapılıb istifadəçiyə verilmiş sənədlərin siyahısında (onların
sayı minlərlə, bəzən isə yüz minlərlə ola bilər) daha vacib
sənədlər siyahının ortasına və ya axırına düşə və istifadə-
çinin diqqətindən kənarda qala bilərlər.
Bu modeldə axtarışın effektivliyini artırmaq
məqsədilə
çox vaxt istifadəçi ilə əks əlaqə üsulundan istifadə olunur.
164
İAS tapılmış sənədlərin siyahısını istifadəçilərə verərkən sis-
tem onlardan siyahının əvvəlində yerləşən bir neçə sənədin
həqiqətən relevant olub-olmamasını göstərməyi xahiş edir.
Məntiqi modelin dəyişdirilmiş (modifikasiya olunmuş)
variantı çəkiyə (qeyri-səlis çoxluqlar və münasibətlər nəzə-
riyyəsinin köməyi ilə qiymətləndirilir) əsaslanan bul axta-
rışıdır. Belə axtarışın ideyası olduqca sadədir. Fərz edilir ki,
termin sənədin məzmununu hər hansı dəqiqliklə təsvir edir
və bu dəqiqlik terminin həmin sənəd üçün çəkisi kimi qəbul
olunur. Bu zaman
həm sənədin terminlərinin, həm də sor-
ğuya daxil olan terminlərin çəkisini müəyyənləşdirmək
olar. Sorğular yuxarıda təsvir olunmuş informasiya-axtarış
dilinin köməyi ilə formalaşdırıla, axtarışın nəticəsi isə isti-
fadəçiyə verilən zamanı sənədlərin sorğuya yaxınlıq dərə-
cəsinə uyğun olaraq nizamlana bilər. Burada yaxınlığın öl-
çülməsi elə aparılır ki, məntiqi axtarış modeli çəkiyə əsas-
lanan bul axtarışının xüsusi halını təşkil etsin.
Dostları ilə paylaş: