yaşamasına və 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışmasına baxmayaraq,
Qutqaşınlı öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini necə məhəbbətlə
qoruyub saxlamışdır.
Tədqiqatçılar yazırlar ki, Məkkə ziyarətindən sonra İsmayıl bəy Qutqaşınlının həm
zahiri görünüşündə, həm də həyata baxışında, davranış və hərəkətlərində xeyli
dəyişikliklər baş vermişdi. Uzun illər rus hərbçiləri ilə bir yerdə işləyən bu şəxs birdən-
birə saqqal saxlamış, dini ayinləri müntəzəm yerinə yetirmiş, oruc tutmuş, namaz qılmış,
Quran oxumağa başlamışdır. Bu hadisələrlə əlaqədar İsmayıl bəy Qutqaşınlının Türkiyəyə
meyili, ərəb ölkələrində olması, dinə bağlılığı çar hökumətində şübhələr oyatmışdır. 25 il
qüsursuz hərbi xidmət göstərən, öz sədaqəti ilə seçilən, işinə görə müxtəlif medal və
ordenlərlə mükafatlandırılan, general-mayor rütbəsinə qalxan İsmayıl bəy Qutqaşınlıya
çar hökuməti axıra qədər inam göstərə bilmədi...
İsmayıl bəy Qutqaşınlı yeganə azərbaycanlıdır ki, çar hökuməti zamanı hərbi qulluqda
qüsursuz fəaliyyətinə görə ən yüksək və müxtəlif dərəcəli ordenlərə, böyük həcmdə pul
mükafatlarına, qiymətli hədiyyələrə, fərqlənmə nişanlarına, qızıl və gümüş qılınclara layiq
görülmüşdür. Generalın sinəsini 10-dan yuxarı orden bəzəyib. Maraqlı bir fakt da var ki,
uzun illər İsmayıl bəy Qutqaşınlı nasir kimi təhlil edilib. “İki quşun söhbəti” adlı şeiri
İsmayıl bəy Qutqaşınlının poetik dünyasından da xəbər verir. Bu şeir 2004-cü ildə ilk dəfə
“Azərbaycan” qəzetində çap edilərək oxucuların diqqətinə çatdırılıb. Son illərdə
“Azərbaycan” qəzetinin İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı ilə bağlı diqqət
çəkən axtarışları fərəh və qürur doğurur. “Azərbaycan” qəzetinin 2004-cü il 7 fevral
sayında generalın hərbi təltiflərinin tam siyahısı ilk dəfə dərc olunur.
İsmayıl bəy Qutqaşınlı təkcə hərbçi deyildi. Onun çiyinlərinə müxtəlif sahələrin
inkişafına nail olmaq missiyası da düşmüşdü. O, həm də böyük maarifçi idi və
Azərbaycanda dünyəvi məktəblərin açılması üçün uzun illər mübarizə aparmışdı.
Azərbaycan xalqı, o cümlədən qədirbilən Qəbələ camaatı öz böyük həmyerlilərinə,
Azərbaycanın ilk generalına və nasirinə şəhərin mərkəzində möhtəşəm abidə ucaltmış,
ölkəmizin hər yerində küçələrə, məktəblərə onun adı verilmişdir. Bəli, qədirbilən
xalqımız öz ləyaqətli oğullarına həmişə böyük ehtiram və hörmət göstərir və onları
özünün milli dəyər xəzinəsinin ən qiymətli inciləri kimi qoruyaraq, nəsildən-nəsilə
ərmağan edir...
Dostları ilə paylaş: