tikintisi planlaşdırılır. Belə ki, 2009-2013-cü illərdə bu ərazidə də təhsil ocağının inşası
nəzərdə tutulub...
Ziring. Bir vaxtlar bu adda kənd mövcud olub və indi həmin ərazinin xarabalıqları
qalır. Tarixi Qədim Alban dövlətinə aid olduğu
ona görə güman edilir ki, bu sözün mənası
udi dilində “toyuqlu” deməkdir. İndiki Ziring isə Kov Murad dağının ətəyində salınan
kənddir. 1925-ci ildə yaradılıb və ona qədim yurd yerinin adını veriblər. Əhalisi İraqdan,
Kərkükdən gələn türkmənlərdir. Əvvəlcə onlar Palantökən deyilən ərazini özlərinə binə
seçiblər
və sonra bu ərazidə, Kov Murad dağının ətəyində məskunlaşıblar...
Hazırda kənddə 1210 nəfər əhali və 204 təsərrüfat var. Əhalinin maddi imkanları
günün tələbləri səviyyəsindədir. Əkin-biçinə meyllidirlər. Bağçılıq da inkişaf edib,
tərəvəz
sahələri, meyvəçiliyə xüsusi qulluq edilir. Ərazidən iki su xətti keçir. Mənbəyi Mirzəbəyli
kəndinin aşağısından başlanan və yeraltı qaynaqlardan ibarət olan
kanal Quşlara qədər
çəkilib və yol üstü bir neçə kəndin torpaqlarının suvarılmasında istifadə edilir. Hər il
yatağı təmizlənir. Ziringin yaxınlığında, “Tosik” deyilən ərazidə insanlar pay
torpaqlarında məhsul yetişdirirlər və həmin kanal vasitəsilə sahələri suvarırlar. Kəndin
içməli suyu isə artezian quyularından götürülür.
9 illik məktəb binası var və növbəti illərdə müasir səviyyədə məktəbin
tikintisi plana
salınıb. 2009-2013-cü illəri əhatə edən dövlət sənədinə əsasən onun inşası da reallaşacaq.
Bir vaxtlar kəndə gələn qaz xəttinin də bərpasına söz verilib...
Dostları ilə paylaş: