“Sonra sizin üçün onunla (o su ilə) xurma və
üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox
meyvələr vardır ki, onlardan yeyirsiniz.” (əl-
Muminun, 23/19).
“Biz orada xurma və üzüm bağları əmələ gəti-
rir bulaqlar qaynadırıq ki, ... Onların meyvələrin-
dən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmə-
diklərindən)
yesinlər. Hələ də şükür etməzlər?”
(Yasin, 36/34,35)
“Orada onlar üçün (hər cür) meyvə və
istədikləri hər şey vardır” (Yasin, 36/57).
Zeytun, əncir, xurma və üzüm islamda müqəddəs
hesab edilir.
190
“Hə m də tumurcuqları (salxım-salxım) bir-
birinin üstünə düzülmüş , hündür xurma ağ acları
(bitirdik)
.” (Qaf, 50/10).
“(Qurumuş ) xurma ağ acını özünə tə rə f silkə lə ,
üstünə tə zə yetiş miş (xurma) tökülsün!” (Məryəm,
19/25).
Bu ayələrlə yanaşı, “ət – Tin” surəsinin ilk ayə-
sində əncir və zeytuna and içilərək insanların diqqəti
onların faydalarına yönəldilir.
“And olsun ə ncirə və zeytuna.” (ət-Tin, 95/1).
Bu həmin meyvələrin yüksək qədir – qiymətindən
irəli gəlir.
“...(O cavan xidmətçilər Cənnətdə olanların)
bəyənib seçdikləri meyvələr”. “Salxım – salxım
sallanmış möüz (banan) ağacları altında; Çəkilmə-
yən (daimi) kölgəliklərdə; Axar su kənarlarında;
Bol meyvələr. Tükənməz və qadağan edilməyən
(meyvələr)
içində ...” (əl-Vaqiə, 56/20, 29-33).
Elə ayələr vardır ki, orada dünya meyvələrindən
bəziləri cənnətin vəsfində istifadə olunmuşdur.
“Orada (o iki cənnətdə) növbənöv meyvələr,
xurma və nar vardır.” (ər-Rəhman, 55/68).
“Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər
müqabilində varis olduğunuz Cənnətdir”. “Orada
sizin üçün bir çox meyvələr vardır, onlardan
yeyəcəksiniz!”(əz-Zuxruf, 43/72-73).
Meyvələr və ağaclar arasında ərəb cəmiyyətində
ə
sas tikinti materialı və ən başlıca qida məhsulu hesab
olunan xurmaya daha çox yer verilir.
“Yer üzündə bir – birinə yaxın (qonş u) qitə lə r
(münbit, qeyri-münbit, ş irin-ş oran, dağ lıq-aran yerlə r,
müxtə lif iqlimli torpaq sə hə lə ri)
eyni su ilə sulanan
191
üzüm bağ ları, ə kinlə r, ş axə li – ş axə siz xurma ağ ac-
ları vardır. Halbuki, Biz yemə k baxımından onların
birini digə rində n üstün tuturuq.” (ər-Rəd, 13/4).
“Xatırlayın ki, siz (müə yyə n müddə t sə hrada
qalmalı olduğ unuz zaman):
” “Ya Musa! Biz (hə r gün
yediyimiz)
eyni tə ama (qüdrə t halvasından və bildirçin
ə
tindən olan yeməyə)
heç vaxt dözmə yə cə yik! Rə bbinə
dua et ki, bizim üçün torpağ ın bitirdiyi ş eylə rdə n –
tə rə və zində n, sarımsağ ından, mə rcimə yində n və
soğ anından yetirsin!” - dediniz. (əl – Bəqərə, 2/61).
“(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl,
bitki)
, zeytun, xurma, üzüm və bütün (baş qa)
meyvə lə rdə n yetiş dirir. Düş ünüb daş ınanlar üçün
bunda (Allahın və hdaniyyə tini sübut edə n) də lillə r
vardır!” (ən – Nəhl, 16/11).
Ayrı – ayrı meyvələr haqqında verilən
məlumatlarla bərabər onlardan istifadə haqqında da
ayələr mövcuddur.
“Yer üzünə sə rilmiş və sə rilmə miş bağ – bağ atı
(bostanları və bağ ları)
, dadları müxtə lif xurmanı və
taxılı, bir – birinə bə nzə yə n, hə m də bə nzə mə yə n
zeytunu və narı yaradan Odur. (Onların hə r biri) bar
verdiyi zaman barından yeyin, yığ ım günü haqqını
(zə katını və sə də qə sini)
ödə yin, lakin israf etmə yin.
Allah israf edə nlə ri sevmə z!” (əl – Ənam, 6/141).
Buradan görünür ki, meyvəsi bol olan şəxslər üçün
Allah Təbarəkə Təala onun zəkatının da verilməsini
insanlara göstərir.
Digər mövzular kimi meyvələrin növ və əhəmiy-
yətindən söz açmaqda məqsəd Allahın qüdrət və əzə-
mətini bəyan etmək, onun tükənməyən nemətləri
müqabilində şükrü yerinə yetirmək, onlardan səmərəli
192
istifadə etmək, hər birinin quruluş, dad və
faydalarından ibrət almaqdır. Diqqət yetirmək lazımdır
ki, “Qurani Kərim”də xurmanın meyvə və ağacından
istifadə olunması haqqında daha çox söz açılır.
“Daha sonra insanların bol yağ ış (bə rə kə t) görə -
cə yi bir il gə lə cə k. Onda da adamlar (zeytun, üzüm,
xurma və s. meyvə lə rin)
ş irə sini sıxacaqlar (onlardan
bol-bol istifadə edib bə hrə lə nə cə klə r)
”. (Yusuf, 12/49).
“Siz xurma ağ aclarının meyvə sində n və
üzümlə rdə n şə rab (yaxud sirkə ) və gözə l ruzi (kiş miş ,
mövüc, bə hmə z, quru xurma və s.)
düzə ldirsiniz.
Ş
übhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir
ibrə t vardır.” (ən – Nəhl, 16/67).
Göründüyü kimi bu ayələrdə meyvələrdən alınan
qidalı məhsullarla yanaşı, şərabdan da söhbət gedir. Bir
daha qeyd olunmalıdır ki, təfsirlərdə bu ayənin içki ha-
ram edilməzdən əvvəl Məkkədə nazil olduğu göstərilir.
Peyğəmbərimiz (s.ə.v.) insanların qidalanmasında
meyvə və tərəvəzə xüsusi yer vermişdir. Bu xüsusda
Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur: “Süfrənizi
yaş ıl meyvə – tə rə və zlə doldurun”, “Üzə rində
yaş ıllıq olmayan süfrə ağ ılsız ş ey kimidir.”
Qaynaqlarda göstərilir ki, Peyğəmbərimiz (s.ə.v.)
“Mə rcimə klə qabağ ı birlikdə biş irib yemə yi sevə r-
di”, “Qarpızı tə zə xurma ilə yeyə rdi”, “Üzümlə
qarpızı sevə rdi.”
Rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyur-
muşdu: “Əgər cənnətdən gələn bir meyvə olduğunu
söyləsə idim, bunun əncir olduğunu söylərdim.
Çünki cənnət meyvələrinin çəyirdəyi olmaz”.
“Üzüm yeyin yorğunluğu çıxarır. Sinirləri qüvvət-
ləndirir. Bir kimsə gündə 21 ədəd quru üzüm yeyər-
193
sə vücudunda xoş lanmayan bir ş eyə rastlaş maz.”
Alma yemək mədəni ətirli edər.
Heyva zərif ürəyə qüvvət verər, mədəni ətirlən-
dirər, huşu iti edər və övladı gözəlləşdirər. Hamilə qa-
dınlara heyva verin ki, övladlarınız gözəl olsun.
Cənnət meyvəsi - xurma
“Qurani-Kərim”də və hədislərdə ən çox adı
çəkilən meyvələrdən biri də xurmadır. Xurma “Qurani-
Kərim”in 26 surəsinin bir çox ayələrində vəsf olunur.
“Göydə n su (yağ ış ) endirə n Odur. Biz onunla
hə r bitkini yetiş dirdik, yaş ıl fidanlar göyə rtdik,
onlardan bir-birinə sarmaş mış (sünbül olmuş ) də -
nə lə r çıxartdıq. Biz xurma ağ acından, onun tumur-
cuğ undan bir-birinə sarmaş ıq salxımlar yetiş -
dirdik… “. (əl-Ənam, 6/99).
Mütəxəssislərin fikrincə, xurma Fars körfəzindən
gətirilmişdir. Hələ eramızdan əvvəl Nil və Dəclə
çayları arasında yetişdirilmiş və insanlar tərəfindən
geniş istifadə olunmuşdur. Tarixi mənbələrin yazdığına
görə, hətta Daş dövründə Hindistanın şimalında xurma
ağacının bir neçə növü mövcud olub. Ərəbistanın
qərbində isə xurmanın yetişməsi ilk dəfə eramızdan
4000 il əvvələ aid olunur. Bədəvi həyat tərzi sürən
ə
hali xurmaya xüsusi əhəmiyyət verər və onu
yeməklərinin əsas hissəsi sayardılar. Sonralar calaq
vasitəsilə xurmanın müxtəlif növləri alınır və ərəblər
Ispaniyanı fəth etdikdən sonra onu özləri ilə aparırlar.
Indinin özündə xurmanın 300 növünə rast gəlmək olur.
194
Xurmanın yetiş mə mə rhə lə lə ri
Xurmanın meyvəsi dörd mərhələ keçdikdən sonra
yeməli olur.
Birinci mərhələdə xurma yaşıl, bərk və acı olur.
Bu mərhələdə xurma tərkibində qlükoza və fruktoza
toplanır.
Ikinci mərhələ 6 həftə davam edir. Bu mərhələdə
də hələ meyvə bərk olur. Rəngi sarıdan narıncıya, daha
sonra qırmızıya dəyişir. Və bu müddət ərzində
xurmanın tərkibində qlükoza və fruktozadan saxaroza
sintez olunur.
Üçüncü mərhələ 4 həftə çəkir. Bu müddət ərzində
meyvəsi yarıkal və qəhvəyi rəngdə olur.
Sonuncu – dördüncü mərhələ isə 2 həftə çəkir. Bu
mərhələdə meyvəsi artıq tam yetişir və yığılır. Xurma
təzə və qurudulmuş halda istehlak edilir.
Xurmanın kimyəvi tərkibi
Xurmanın tərkibində 75% karbohidrat (əsasən
şə
kərlər), 20% su, 2,2% protein, 2,4% vitaminlər
vardır. 100 qram xurmada 72 mq fosfor, 65 mq kal-
sium, 65 mq maqnezium və 5 mq dəmir var. Aparılan
araşdırmalardan belə məlum olur ki, gün ərzində 7
ə
dəd (100 q) xurma yeməklə orqanizmin gündəlik
bütün tələblərini ödəmək olar. Xurma həm də həzm
prosesini yaxşılaşdırır. Xurmanın toz halına salınmış
tumu böyrək daşlarının tökülməsinə müsbət təsir gös-
tərir. Eyni zamanda baş gicəllənməsinin, iştah pozğun-
luğunun, astma xəstəliyinin, öskürəyin və mədə
xəstəliklərinin aradan qaldırılmasına kömək edir.
Xurma ağacı səhralıq kimi qeyri-münbit yerdə inkişaf
203
edir. Adətən hündürlüyü 30 m olan xurma ağacı nadir
hallarda 75 m-ə qədər uzana və 60 il bar verə bilir.
Dünyanın ən qədim bitkilərindən hesab olunur
(eramızdan 5000 il əvvəl), Iran, Iraq, Səudiyyə
Ə
rəbistanı yarımadası və bir çox ölkələrdə yetişdirilir.
Xurma ağ acından çoxmə qsə dli istifadə
Ə
rəblər arasında belə bir atalar misalı var: «Xur-
manın faydası ilin günlərinin faydası qədərdir». Bədəvi
ə
rəblər indinin özündə də yaşıl xurmanın yarpaq və
qabıqlarından səbət və həsirlər toxuyurlar. Tumunu un
halına salaraq una qatıb çörək bişirir, ədviyyə qataraq
qəhvə kimi istifadə edir, qalığını dəvələrinə yedirdir,
meyvəsindən isə şirə çəkirlər. Xurmadan müalicəvi və
pəhriz əhəmiyyəti olan doşab da (bəhməz) hazılanır.
Səhrada yeganə bitki olan xurma, demək olar ki,
bədəvi ərəblərin bütün ehtiyaclarını aradan qaldırır.
Qədim ərəblər xurmanın günəşdən enerji aldığını
hesab edər, elə bu səbəbdən də güc tapmaq məqsədilə
ondan çox istifadə edərdilər. Ərəblər cinsi zəifliyin
aradan qaldırılması üçün kal xurmadan da istifadə
edərdilər. Kal xurmanın tumundan isə müalicəvi
məhsul
hazırlayaraq,
cinsiyyət
orqanlarının
müalicəsində istifadə edirlər. Xurma tumundan
hazırlanan müalicəvi dərmanlardan həm də kirpiklərin
tökülməsinin qarşısını almaq məqsədilə istifadə olunur.
Ə
rəblər hələ qədim zamanlar xurmanın meyvəsi və
tumu ilə yanaşı, gülündən də bir çox xəstəliklərin
müalicəsində istifadə edərdilər. Daim fiziki işlərlə
məşğul olan və cinsi yaxınlığa meyl göstərməyən şəxs-
lər gündəlik xurmadan istifadə etməklə çətinliklərini
204
birdəfəlik aradan qaldıra bilərlər. Xurma ağacına xas
olan xüsusiyyətlərdən biri də təklikdə inkişaf edə
bilməməsi və əks cinsdən olan xurma ağacına ehtiyac
duymasıdır. Başqa ağaclardan fərqli olaraq, xurma
ağacı başdan kəsildikdə bir daha bar verə bilmir. Xurma
ağacına xas olan xüsusiyyətlərdən biri də onun
sayılması ilə əlaqədardır. Sən demə, ərəblər xurma
ağaclarını saydıqları zaman dənə əvəzinə insana xas
olan «nəfər» kəlməsindən istifadə edirlər. Məsələn, 100
xurma ağacı əvəzinə 100 nəfər xurma ağacı deyirlər.
Məryəmin (ə) xurması
Quran ayələrindən bizə belə məlum olur ki,
Həzrəti Məryəmin doğuşu yaxınlaşdıqda şəhərdən
çıxaraq çöllüyə üz tutur və orada qurumuş xurma
ağacının altında oturur. Bu barədə “Qurani-Kərim”in
Məryəm surəsində bir neçə ayə var.
“…Kaş ki, mə n bundan ə vvə l ölüb qurtaraydım
və ya tamamilə unudulub getmiş olaydım!”.
(Məryəm, 19/23).
Allahdan ona belə bir vəhy gəlir:
“…Kədərlənmə, Rəbbin sənin üçün (ayağının)
altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı
hörmət sahibi etdi)
”. (Məryəm, 19/24).
Haşiyə. Yeni il şənliklərində bəzədilən şam (yolka)
ağacının üstündəki müxtəlif formalı və bəzəkli şarlar
simvolik mənada meyvə gətirən xurma ağacını,
yolkanın altına qoyulan bir qab su isə Allah-Təalanın
xurma ağacının altından irmaq axıtmasına (su arxı
şə
klində) işarədir.
Bu an Ilahi möcüzə baş verir, Allahın əmrilə
205
qurumuş xurma ağacı bar verir və Məryəmə ağacı
silkələmək əmri verilir.
“(Qurumuş ) xurma ağ acını özünə tə rə f silkə lə ,
üstünə tə zə yetiş miş (xurma) tökülsün!”. (Məryəm,
19/25).
Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən
sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş
xurmalardan yeyir, ağacın altından axan sudan içir.
Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi
Günlərin biri Həzrəti Muhəmməd (s.ə.v.) Məkkə
ə
trafında yaşayan qəbilələri Islama dəvət edərkən
qəbilə başçıları belə şərt irəli sürürlər. Sənə yalnız
möcüzə göstərəcəyin təqdirdə iman gətirəcəyik.
Peyğəmbər (s.ə.v.) onlardan nə möcüzə görmələrini
soruşduqda deyirlər: “Sənə yalnız o zaman iman
gətirəcəyik ki, bağdakı xurma ağaclarından birini
yerindən çıxarıb gəzməsini və yenidən yerinə qayıt-
masını əmr edəsən”. Peyğəmbər (s.ə.v.) onların bu
təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə
yetirməkdə ona izn verməsini istəyir. Allahın izni ilə
bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir.
Lakin müşriklər bunu sehr adlandırıb yenə də iman
gətirməkdən imtina edirlər. Burada “Hər şey bir olan
Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır.
Dostları ilə paylaş: |