Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə141/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   ...   137   138   139   140   141   142   143   144   ...   166
(«Üçüncü Divan», səh. 
612) 
 
Bu  vaxt  prof.  T.Kuroda  Şaiqin  mobil  telefonuna 
zəng  vurdu,  məsələnin  nə  yerdə  olduğunu  soruşdu, 
uçuşumun  sabaha  qaldığını  öyrəndi.  Şaiqdən  mənim 
keyfimi  xəbər  aldı,  dedi  ki,  məsələ  gözlədiyi  yaxşı 
sonluqla qurtardı, narahat olmağa dəyməz. Onunla danışıb 
qurtaran Şaiq adətincə yenə də «narahat olma» dedi. Bu an 
böyük 
şairimiz 
Bəxtiyar 
Vahabzadəyə 
müraciətlə 


  Йапонийа сяфярнамяси 
 
 
201 
yazdığım  «Həmişə  narahat»  şe’rimi  xatırladım.  Şe’rdən 
bə’zi bəndlər: 
 
«Yaman narahatsan» mənə deyirlər, 
A belə deyənlər, başa düşün bir. 
Narahat deyilsə hər ürək əgər, 
Bir daş parçasıdır, ürək deyildir. 
 
Yoxdur rahatlığı bircə anımın, 
Neyləyim, rahatlıq məndən ötüşüb. 
Mənim yaranmağım yaradanımın 
Büsbütün narahat vaxtına düşüb. 
 
Bəli, müharibə qızmışdı yaman, 
Göylər yerə heyran, yerə mat idi. 
Fəlakət, müsibət, qırğın ah-aman... 
Onda bütün cahan narahat idi. 
 
Narahat yaşadıq o illərdə biz, 
Hər il ürəyimdə dərin iz salıb. 
Bir də dəyişilməz şəksiz-şübhəsiz, 
Məndə narahatlıq ömürlük qalıb... 
 
Görsəm bir nəfərin ağrıyır başı 
O saat ürəyim üzülür mənim. 
Birinin üzündən axan göz yaşı 
Elə bil gözümdən süzülür mənim. 
 
Bədxah hər əməli sayğac tək sayır, 
Bu halda ürəyin nə rahatlığı? 
Məni bir an belə sakit qoymayır 
Yetim balaların narahatlığı... 
 
Şahin Fazil 
 
 
202 
Yaman sınamışam, deyim eşidin, 
Bu sözüm çoxuna təəccüb gəlir. 
Mən rahat olanda dolaşır işim, 
Narahat olanda dərhal düzəlir... 
 
Deməyin əbəsdir həmin vərdişim, 
Başqadır könlümün səsi, sorağı. 
Rahatlanmayınca hər hansı işim 
Narahat olmaya bilmirəm axı. 
 
Hələ baş tutmayan arzum, diləyim, 
Bir deyil, beş deyil, yığım-yığımdır. 
Narahat olmayım necə eləyim? 
Narahatlıq mənim rahatlığımdır. 
 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin