283
Kordova şəhərində xalq üsyanı baş verdi. Ölkədə iqtisadi
vəziyyət pisləşdi. Hökumət əleyhinə çıxışlar başlandı. «Milli
azadlıq uğrunda vətəndaş cəbhəsi» yaradıldı və 1973-cü ildə o,
«Xustisialist azadlıq cəbhəsi»nə çevrildi. Onqanyanın
siyasəti
xalq kütlələri içərisində yenidən Peronun ideyalarına qayıdış
yaratdı.
1973-cü ildə Peronun tərəfdarlarından olan Kampora
prezident seçildi. Kampora dərhal Peronu ölkəyə çağırtdırdı və
öz vəzifəsini ona verdi. 1973-1975-ci illədə Peron yenidən
prezident oldu. Normal həyat qaydaları bərpa olundu.
İqtisadiyyatda dövlət
bölməsi möhkəmləndirildi, neft sənayesi
milliləşdirildi, əmək qanunvericiliyi genişləndirildi,
aqrar
islahat hazırlandı. 1975-ci ildə Peronun vəfatından sonra bu
vəzifəni onun arvadı Mariya Peron tutdu. Hər tərəfdən
təzyiqlər başlandı. Faşist vıə terrorçu
təşkilat olan Argentina
Antikommunist Alyansı (AAA) öz fəallığını gücləndirdi. 1976-
cı il martın 24-də baş verən hərbi çevriliş nəticəsində prezident
general X.P.Videla oldu. O, parlamenti buraxdı, 48 siyasi
partiya və demokratik təşkilatın fəaliyyəti qadağan edildi.
Kütləvi təqiblər başlandı. İqtisadi
sahədə xüsusi mülkiyyət
möhkəmləndi. Ölkəyə xarici kapital geniş şəkildə cəlb edildi.
Gəlir azad surətdə xaricə axmağa başladı. Dövlətin neft
kompaniyaları üzərində inhisarı ləğv edildi.
Argentina XX əsrin 80-90-cı illərində. 80-ci illərin
əvvəlində Argentinanın iqtisadi vəziyyəti surətlə pisləşdi.
Topdansatış ərzaq məhsulları 10% aşağı düşdü. 1981-ci ildə
hökumət xarici texnologiyanın idxalı üzərində nəzarəti
götürdü.1982-ci ildə sənaye məhsulu istehsalı 5,5% azaldı.
Real əmək haqqı 13% endi. Ölkənin xarici borcları 1982-ci
ildəki 22,3 mlrd. dollardan 1985-ci ildə 50 mlrd. dollara çatdı.
1981-ci ilin martında Videlanı general Viola əvəz etdi.
Viola həmin ilin dekabrında öz yerini general Qalteriyə verdi.
1982-ci il iyulun 1-dən isə onu istefada
olan general Binion
əvəz etdi. Ölkədə fəhlə və demokratik hərəkat gücləndi. Bütün
284
siyasi partiyalar dəyişikliklər tələb edirdi. Lakin xunta güzəştə
getmək istəmirdi.
1981-ci ilin iyununda demokratik vahid cəbhə təşkil
edildi. Qalterinin hərbi rejimi sabitləşdirmək cəhdi baş tutmadı.
1982-ci ilin martında ölkədə kütləvi tətillər başlandı. 1982-ci
ilin aprelində Folklend (Malvin) adaları üstündə İngiltərə ilə
münaqişə başladı və Argentinanın məğlubiyyəti ilə başa çatdı.
Bu, xuntanın beynəlxalq aləmdə nüfuzunu aşağı saldı. Siyasi
Dostları ilə paylaş: