Microsoft Word s?may?kitab?sas doc


partiyası yaradıldı. Onun lideri Tanskredu Nevis prezident



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası yaradıldı. Onun lideri Tanskredu Nevis prezident 
seçildi, lakin vəzifəsinə başlamamış öldü. Vitse-prezident Joze 
Sarney 1985-ci ildə prezident oldu. O, liberal cəbhənin rəhbəri 
idi. O, koalisiyalı hökumət təşkil etdi. Demoarktik rejim bərpa 
olunmağa başladı. 1985-ci ilin mayında birbaşa prezident 
seçkiləri keçirildi.
Sarneyin prezidentliyi dövründə ölkədə 1,5 milyon yeni 
iş yeri açıldı. 1987-ci ildən sosial ehtiyaclara 4 mlrd. dollar pul 
ayrıldı. 1986-cı ilin noyabrında Müəssislər Məclisinə seçkilər 
keçirildi ki, yeni respublikanın konstitusiyasını hazırlasın. 
1988-ci ildə Braziliyanın yeni konstitusiyası qəbul edildi. 
Ölkədə idarəçilik sisteminin formasına aid ilk 


279
referendum keçirildi. Braziliya sənaye-aqrar dövlətinə çevrildi. 
90-cı illərin əvvəllərində maliyyə böhranı başlandı, istehsal 
aşağı düşdü. Xarici borclar artdı. İnflyasiyaya qarşı proqram 
hazırlandı və bu «real plan» adlandı. Real devalvasiya edildi, 
iqitsadiyyat 90-cı illərin ortalarında sabitləşməyə başladı. 
1990-92-ci illərdə prezident Fernando Kollar de Melo 
oldu. 1992-ci ildə isə Franeci oldu. 
Argentina ilə 1980-ci ildə atom enerjisindən istifadə 
haqqında saziş bağlandı. Belə bir saziş İraqla da bağlandı. 
1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 
1982-ci ildə Reyqan Braziliyaya gəldi. 1983-cü ildə Braziliya 
və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş 
bağladılar. Brazaliya Latın Amerikası ölkələri içərisində 
kosmosa ilk süni peyk göndərən ölkə idi. 
1994-cü ilin prezident seçkilərində sosial-demokrat 
Kordoza qələbə çaldı. Onun dövründə Latın Amerikası, Asiya, 
Afrika ölkələri ilə əlaqələr inkişaf etdi. 1998-ci ildə o, ikinci 
dəfə ölkənin prezidenti seçildi. 
ARGENTİNA
Argentina İkinci Dünya müharibəsindən sonrakı ilk 
illərdə. İkinci Dünya müharibəsinə Argentina 1945-ci ilin 
martında antihitler koalisiyasının tərəfində qoşuldu. 1945-ci 
ilədək o, Latın Amerika ölkələri içərisində bitərəfliyini 
saxlayan yeganə dövlət idi. Müharibə dövründə Argentina 
xeyli gəlir əldə etdi və aqrar sənaye dövlətinə çevrildi.
Bununla belə ölkədə xarici kapitalın ağalığı hələ də 
qalırdı. İqtisadiyyatda əsas yeri latıfundistlər və ticarət-maliyyə 
oliqarxiyası tuturdu. Hələ 1943-cü ildə Xuan Dominqo 
Peronun başçılığı altında Argentinada «Birləşmiş zabitlər 
qrupu» adlı təşkilat yarandı. 1946-cı ilin fevralında Peron 
Argentinanın prezidenti seçildi. Peron 1955-ci ilə qədər bu 


280
vəzifədə qaldı. İqtisadiyyatın dövlət bölməsi möhkəmləndirildi. 
1947-ci ildə iqtisadi müstəqillik deklarasiyası qəbul edildi.
Peronun prezidentliyi dövründə xarici kapitalistlərin 
əlində olan iqtisadiyyatın bir sıra sahələri milliləşdirildi. 
İngilislərin əlində olan dəmiryollar, qaz, sığorta, telefon, 
teleqraf onlardan pulla alındı. Ölkədə yeni müəssisələr tikildi. 
Banklar və xarici ticarətin bir hissəsi dövlətin əlinə keçdi. 
Dövlət bölməsi ölkə iqtisadiyyatında əsas yer tutmağa başladı. 
Argentinanın maliyyə vəziyyəti yaxşılaşdı. O, borclu dövlətdən 
borc verən dövlətə çevrildi. Avropa və Latın Amerikası 
ölkələrinə 4 mlrd. peso kredit verildi. Əmək haqqı artdı, fəhlə 
sinfinin sayı çoxaldı.
Peronun yaratdığı Milli İnqilab Partiyasının tərkibi
burjua nümayəndələri, dövlət qulluqçuları və fəhlələrdən ibarət 
idi. 
Peron xarici siyasətdə müstəqil kurs götürdü. 1946-cı ilin 
iyununda SSRİ ilə diplomatik əlaqələr yaratdı. O, ABŞ-ın 
ölkəyə iqtisadi və siyasi müdaxiləsini məhdudlaşdırmaq üçün 
addımlar atdı. 
1949-cu ildə Argentinanın yeni konstitusiyası qəbul 
olundu. Ölkə qarşısında milli iqtisadi inkişaf məsələsi və 
Peronun xustisializmi (ədalət) mühüm vəzifə kimi dururdu. Bu 
ideyaya görə Argentinada sinifsiz cəmiyyət qurulmalı, əhalinin 
aşağı təbəqələrinə xüsusi güzəştlər olunmalı idi. Həmçinin 
Argentinanın rəhbərliyi altında Latın Amerikası ölkələrindən 
ibarət xüsusi dövlətlər birliyi olan Cənub bloku yaradılmalı idi. 
Əslində Peronun idealogiyasının əsasını millətçilik təşkil 
edirdi.
Argentina XX əsrin 50-70-ci illərində. 1947-1953-cü 
illərdə Peron rejimi ölkədə siyasi üstqurum kimi formalaşdı. 
1951-ci ildə Argentina ABŞ ilə hərbi pakt bağladı. Lakin 
Peronun milli reformizm siyasəti sağların xoşuna gəlmədi. 40-
cı illərin sonu – 50-ci illərin əvvəllərində iqtisadiyyatda enmə 
başlandı. Daxili siyasi həyat kəskinləşdi. Dünya bazarında 


281
Argentinanın kənd təsərrüfatı məhsullarının qiyməti düşdü. 
Ölkənin maliyyə vəziyyəti çətinləşdi. Ticarət balansı passiv 
qaldı. Dövlət sənayeləşdirmə proqramından əl çəkdi, yerli və 
xarici kapitala güzəştə getdi. ABŞ banklarından 125 mln. dollar 
istiqraz alındı. Ölkədə yenidən xarici kapitalın nüfuzu 
gücləndi. 1955-ci ilin mayında hökumət ölkənin neft 
ehtiyatlarını ABŞ kompaniyasına istismara vermək haqqında 
saziş bağladı. Tətillər gücləndi. 1952-ci ildə ölkədə mühasirə 
vəziyyəti elan edildi. Parlament nümayiş və yığıncaqların 
qadağan edilməsi haqqında qanun qəbul etdi. 50-ci illərin 
ortalarında latifundistlər, ticarət-maliyyə və katolik kilsəsinin 
yuxarı dairələri Perona qarşı çıxdılar. 1955-ci il sentyabrın 16-
da general Leonardi başda olmaqla ordu hissələri Kordovada 
antihökumət çıxışları etdi. Peron ölkəni tərk etməyə məcbur 
oldu. 1956-ci ilin fevralına qədər hakimiyyətdə general 
Aramburınun başçılıq etdiyi müvəqqəti hərbi hökumət oldu. Bu 
hökumət burjua-mülkədar və xarici inhisarların mənafeyini 
müdafiə edirdi. Xarici siyasətdə isə ABŞ-la əlaqələri 
möhkəmləndirmək xətti götürüldü. Hökumət xalq hərəkatının 
qarşısını almaq üçün 1957-ci il iyunun 27-də ölkədə yenidən 
mühasirə vəziyyəti elan etdi. 1957-ci ilin sentyabr-oktyabr 
aylarında ölkədə 4 milyon adamın tətili hökuməti mühasirə 
vəziyyətini ləğv etməyə və prezident seçkiləri keçirməyə 
məcbur etdi. 1957-ci ildə Artur Frondisinin başçılığı altında 
Vətəndaş radikal partiyası yenidən təşkil edildi.
1955-1957-ci illərdə ölkədə hökm sürən hərbi 
diktaturadan sonra 1957-ci ildə prezident seçkiləri keçirildi. 
Frondisi ölkənin prezidenti seçildi. Onun dövründə daxili siyasi 
həyat bir qədər demokratikləşdirildi. «İqtisadi sabitləşmə 
proqramı» qəbul edildi. Siyasi amnistiya verildi. Siyasi partiya 
və təşkilatların fəaliyyətinə icazə verildi, fəhlə sinfinə bir sıra 
güzəştlər edildi. SSRİ ilə ticarət genişləndirildi. SSRİ ona 
1958-ci ildə neft sənayesini inkişaf etdirmək üçün 400 milyon 
rubl kredit verdi. Bütün bunlara baxmayaraq ölkədə iqtisadi 


282
vəziyyət pisləşməkdə davam edirdi. Kütləvi tətillər başlandı. 
Tezliklə hökumət yerli oliqarxiya və xarici kapitalistlərə 
güzəştə getdi. O, latifundiyaları məhdudlaşdırmadı. Xarici 
ticarət üzərində dövlət nəzarəti azaldıldı. Ölkəyə xarici 
kapitalın axını gücləndi. Frondisi hökuməti ABŞ-la ölkənin 
neftli torpaqlarının 30 il müddətinə ABŞ-a icarəyə verilməsi 
haqqında saziş bağladı. ABŞ Argentinaya 329 mln. dollar 
kredit verdi.
1962-ci ildə Argentina ABŞ-ın təzyiqi nəticəsində Kuba 
ilə diplomatik əlaqələri kəsdi. Böhran şəraitində Argentinanın 
mühafizəkar qüvvələri ABŞ səfirliyinin razılığı ilə 1962—ci il 
martın 28-də hərbi çevriliş etdilər. Hakimiyyətə senatın sədri 
X.Mariya Qido gəldi. Demokpatik qüvvələrə qarşı mübarizə 
davam etdirildi. 1963-cü ilin iyununda keçirilən prezident 
seçkilərində Vətəndaş radikal partiyasından olan İlia qələbə 
qazandı. Onun dövründə milliləşdirmə siyasəti yeridilirdi. 
Ölkədə sosial sahədə mühüm tədbirlər həyata keşirildi. 
Prezident A.İlia tərəfindən mürtəce qanunlar ləğv edildi. Siyasi 
məhbuslar əfv olundu və siyasi partiyaların fəaliyyətinə icazə 
verildi. 1963-cü il noyabrın 15-də neft sənayesi milliləşdirildi. 
Bu siyasət ABŞ və bir sıra inhisarçı dairələrin narazılığına 
səbəb oldu. 1966-ci il iyunun 27-dən 28-nə keçən gecə general 
Onqaniyanın başçılığı altında çevriliş oldu, xunta yaradıldı. 
1966-cı ildə Onqaniya prezident seçildi. Onun əsas prinsipi 
intizam, qayda-qanun və kommunizmin kökünü kəsmək idi. 
Demokratik azadlıqlar ləğv edildi. ABŞ-la «səmimi 
münasibətlər» yaradıldı. Konqres buraxıldı. Bütün siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin