264
əhatə etdi. Ərzaq və sənaye məhsulları 1962-ci ildən kartoçka
ilə paylanmağa başlandı.
Kuba XX əsrin 70-90-cı illərində. Ölkənin imkanlarını
nəzərə almadan 70-ci illərdə sənayeləşdirmə
kursuna
başlanıldı. Mərkəzləşdirilmiş iqtisadiyyatın qeyri-səmərəliliyi
onun hərbiləşdirilməsinə yönəldiliən müstəsna tədbirlərlə daha
da dərinləşdirildi. Bu, ABŞ tərəfindən təhlükənin aradan
qalxmaması ilə izah edilirdi.
80-ci illərin ortalarından etibarən SSRİ
və Şərqi Avropa
ölkələrində başlanmış dəyişikliklər Kuba rəhbərliyi tərəfindən
mənfi qarşılandı. Kommunist partiyasının rəhbər rolunun möh-
kəmləndirilməsi haqqında çıxış edərkən F.Kastro «Sosializm
və ya ölüm!» şüarını elan etdi. O bildirdi ki, sosializmdən
imtina edilməsi labüd surətdə Kubanı ABŞ-dan asılı
vəziyyətə
salar.
Kubanın keçirdiyi ağır iqtisadi vəziyyət 80-ci illərin
sonunda – 90-cı illərin əvvəllərində SSRİ-dən (sonra isə Rusi-
yadan) alınan ərzaq məhsulunun ixtisar olunması ilə mürəkkəb-
ləşdi. Çünki zəruri ərzaq məhsullarının 70%-ə
qədəri Kubaya
buradan gəlirdi.
Kuba həm də valyuta gəlirindən məhrum oldu. Belə ki, o,
Sovet İttifaqından aldığı neftin bir hissəsini yenidən xaricə
göndərirdi. 1985-ci ilə qədər mövcud olan azad kəndli bazarları
bağlandı.
Partiya, dövlət və hökumət başçısı, silahlı qüvvələrin baş
komandanı F.Kastro 2008-ci ilin fevralın 19-da dövlət başçısı
vəzifəsindən həmişəlik istefa verdi. Hazırda da o, kubalıların
xatirəsi də inqilabın lideri, milli müstəqillik uğrunda
imperializmə qarşı mərd mübariz olaraq qalır. 2009-cu ilin
fevralında o, vəfat etdi.
265
MEKSİKA
Meksika İkinci Dünya müharibəsindən sonrakı ilk
illərdə (1945-1950-ci illər). Müharibə
dövründə Meksika
antihitler koalisiyasının tərəfində iştirak edirdi. Onun iqtisa-
diyyatının xarakterik xüsusiyyəti bu dövrdə dövlət bölməsinin
genişlənməsi və möhkəmlənməsi idi. Neft, metal emalı artdı.
Dəniz ticarəti inkişaf etdi, dəmir və şosse yolları çəkilişi,
dəniz
limanlarının tikilməsi sürətləndi. Zəhmətkeşlər içərisində öz
nüfuzunu saxlamaq üçün Meksikanın hakim dairələri
«permanent inqilab» ideyasından geniş istifadə edirdilər. Bu
ideyanın reallaşması nəticəsində ölkədə sosial ədalət bərpa
edilməli idi. Faşizmin darmadağın edilməsi ölkədə demokratik
hərəkatın yüksəlməsinə səbəb oldu. Meksika inqilab
Dostları ilə paylaş: